Vətəndaşlar məsuliyyətli olmalıdırlar - İlham Əliyev

Vətəndaşlar məsuliyyətli olmalıdırlar - İlham Əliyev

Bu gün Azərbaycanda dezinfeksiya vasitələrinin istehsalı da təşkil edilib.

Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban Əliyeva ilə birgə Sumqayıt Kimya Sənaye Parkında "Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak edərkən xalqa müraciətində deyib.

"Bu da qısa müddət ərzində ərsəyə gəlmiş bir məsələdir. Amma burada üstünlüyümüz ondan ibarət idi ki, ölkəmizdə bir neçə spirt zavodu var və bu spirt zavodlarında dezinfeksiya vasitələri istehsal edilməyə başlanmışdır və artıq satışa verilir. Beləliklə, mübarizəni daha da səmərəli şəkildə aparmaq üçün dəfələrlə qeyd olunub ki, vətəndaşlar daha da məsuliyyətli olmalıdırlar və şəxsi gigiyenasına fikir verməlidirlər. Ancaq bunu təmin etmək üçün vasitələr olmalıdır və bu gün bu vasitələr artıq bazara təqdim edilir – tibbi maskalar və dezinfeksiya vasitələri", - İ.Əliyev qeyd edib.

Xəbər lenti