Vergi inzibatçılığı rəqəmsal vergi idarəetməsinə transformasiya ediləcək

Bakı, 7 aprel, RezonansPress.az
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Rəqəmsal Transformasiya Şurası vergi idarəetməsində rəqəmsal yanaşmanı daha da genişləndirəcək. Şuranın yaradılması zərurəti də məhz vergi idarəetməsində tətbiq edilən rəqəmsal yanaşmanın və həllərin daha da genişləndirilməsi, bu məqsədlə mövcud olan resurslardan maksimum dərəcədə səmərəli istifadə edilməsi ehtiyacından irəli gəlir.
Dövlət Vergi Xidmətindən bildirilib ki, bu sözləri Vergi Xidməti rəisinin müşaviri Sərxan Həşimov deyib. Onun sözlərinə görə, hazırda qarşılarında duran əsas hədəf mövcud olan və kifayət qədər uğurla fəaliyyət göstərən elektron vergi inzibatçılığını rəqəmsal vergi idarəetməsinə transformasiya etməkdir.
S.Həşimov şuranın yaradılmasının məqsədi və onun əsas fəaliyyət prinsipləri barədə danışarkən əlavə edib ki, əsas məqsədlərdən biri vergi idarəetməsini sürətlə rəqəmsallaşdıraraq onun iştirakçıları, xüsusilə də vergi ödəyiciləri üçün vergi inzibatçılığı ilə qarşılıqlı münasibət zamanı rahatlıqlarının və yüksək effektivliyin təmin edilməsidir: "Bu məqsədlə Dövlət Vergi Xidmətinin informasiya texnologiyaları və rəqəmsallaşma sahəsində strategiyasının, vahid standartların hazırlanması və həyata keçirilməsi nəzərdə tutulur”.
O əlavə edib ki, strateji məqsədlərə çatmaq üçün informasiyanın toplanması, emalı və təhlili əsasında biznes təkliflərinin hazırlanması sistemi yaradılacaq. Rəqəmsal layihələrin həyata keçirilməsi zamanı fəaliyyətimizdə effektivlik, standartlaşma, təhlükəsizlik və fasiləsizlik prinsipləri əsas götürüləcək.
Qeyd edilib ki, Rəqəmsal Transformasiya Şurasının qarşısında duran əsas hədəflərdən biri də AVIS markası ilə tanınan Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin müasir və hətta gələcək tələblərə uyğun olaraq yenilənməsi üzrə işlərin koordinasiyasıdır. Bu işlərə artıq başlanılıb, hazırda isə şura tərəfindən prioritetlərin müəyyən edilməsi və müxtəlif maraqlı tərəflər arasında koordinasiyanın təmin edilməsi üçün müvafiq tədbirlər görülür. Eyni zamanda, Dövlət Vergi Xidmətinin elektron portalının yenilənməsi və mobil tətbiqinin yaradılması istiqamətində işlərə də start verilib. Dövlət Vergi Xidmətində rəqəmsal transformasiyanın əsas hədəflərindən biri də mövcud olan məlumatlar bazasının səmərəli və sürətli emalı sisteminin qurulması ilə çevik qərarların qəbul edilməsinə nail olmaqdır.
S.Həşimov deyib ki, burada söhbət yalnız vergi ödənişlərindən yayınan vergi ödəyicilərinin aşkarlanması prosesinin daha da sürətli və ədalətli həyata keçirilməsindən getmir, halbuki bu da önəmli məqsədlərdən biridir: "Bu yanaşmanın həyata keçirilməsi, həm də vergiödəyicilərinə yüksək səviyyədə xidmətin göstərilməsinə nail olmaqdır”.
Qeyd edək ki, Rəqəmsal Transformasiya Şurasının yaradılmasına Dövlət Vergi Xidmətinin rəisinin əmri ilə 2021-ci ilin yanvarında qərar verilib.
Xəbər lenti
-
13:44Sevinc Fətəliyeva: Ermənistanda və xaricdə bu ölkəni üçtərəfli Bəyanatı yerinə yetirməkdən yayındırmaq üçün süni maneələr yaratmaqda maraqlı dairələr var
-
13:22Deputat: Hacıqabuldakı Sənaye Məhəlləsi, aqroparklar Azərbaycanın postpandemiya dövrü üçün yeni inkişaf mərhələsinin mənzərəsidir
-
13:17Hindistanda koronavirusun yeni mutasiyası aşkarlanıb
-
13:08Bu gün İranda filosof-şair Sədi Şirazinin anım günüdür
-
13:06Regional inkişafın yeni mərhələsi
-
12:57Dmitri Savelyev: Prezident İlham Əliyevin göstərdiyi nümunələr Azərbaycanın sülhsevərliyinə dəlalət edir
-
12:55Derek Şoven Corc Floydun öldürülməsinə görə ittihamnamənin bütün maddələri üzrə təqsirkar hesab edilib
-
12:54Milli Məclisin deputatı: AŞPA Xocalı soyqırımı zamanı azərbaycanlılara qarşı törədilmiş faciələrə göz yumdu
-
12:30Nikol Paşinyan etiraz aksiyası səbəbindən Mehri şəhərini tərk edib
-
12:22İmmun sistemi zəif olanlar geomaqnit qasırğası günlərində COVID-19-a daha tez yoluxa bilərlər
-
12:20“Azərpoçt”un əməkdaşları fəxri adlarla təltif ediliblər
-
11:31“Xarı bülbül” festivalının iştirakçısı: Həmin gün Şuşa başqa görkəmdə idi...
-
11:09Daha 12 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib
-
10:20Leyla Abdullayeva: Ermənistan XİN-i eşitdiklərini istədiyi şəkildə yozaraq təqdim etmək istəyirsə, bu artıq onların mənfur niyyətinin göstəricisidir
-
09:44“Johnson & Johnson“ peyvəndinin Avropa İttifaqında tətbiqi tövsiyə edilib
-
09:30Nigar Arpadarai: Azərbaycanın Qərbə, Qərbin isə Azərbaycana ehtiyacı var
-
08:11Almaniya portalı Qarabağın azad olunması ilə yaranan yeni siyasi və iqtisadi reallıqlardan yazıb
-
07:39İstanbulda keçiriləcək “Əfqanıstan Sülh Prosesi” konfransı təxirə salınıb
-
07:25İranın nüvə proqramına dair Vyana danışıqlarına gələn həftəyədək fasilə verilib
-
06:57İsveçin Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb
-
22:35Prezident İlham Əliyev: Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaq
-
22:25Prezident İlham Əliyev: Bir çox xarici tərəfdaşlarımız Qarabağın bərpasında fəal iştirak etmək istəyirlər
-
21:51Prezident: Ümid edirəm ki, may ayının sonunadək Ağdam şəhərinin baş planının ilkin versiyası təqdim olunacaq
-
21:18Prezident: Vurulmuş ziyanın hesablanması prosesinə xarici mütəxəssislər də cəlb edilib
-
20:07Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsi
-
20:06Prezident İlham Əliyev: Azad edilmiş ərazilərin elektrik təchizatı bu ilin sonuna qədər başa çatacaq
-
19:20Hacıqabulda “Azərsun Şamaxı Aqropark”ın açılışı olub
-
19:07Hacıqabulda 110/35/10 kilovoltluq “Qarasu” yarımstansiyası istismara verilib
-
19:05Hacıqabulda “Agro Dairy” MMC-nin aqroparkının təqdimatı olub
-
18:58Hacıqabul-Muğan avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib Prezident İlham Əliyev tədbirdə iştirak edib
-
18:50Prezident İlham Əliyev Hacıqabulda fermer Elşən Xəlilovun pambıq tarlasında səpin prosesini izləyib
-
18:30Prezident İlham Əliyev Hacıqabul Sənaye Məhəlləsinin açılışında iştirak edib
-
15:38Peyvəndin birinci dozasından sonra COVID-19-a yoluxma baş verə bilər
-
15:26Üç ayda 2840 hüquqi şəxs fəaliyyətini bərpa edib
-
15:18İtaliya portalı: Azərbaycan İtaliyanın strateji tərəfdaşıdır
-
15:06Yaşar Əliyev: Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə bilərəkdən etinasızlıq göstərirdi
-
14:55Azərbaycan-Türkiyə İş Adamları Forumu keçirilib
-
14:52İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi növbəti 5 il üçün milli prioritet üzrə strategiya hazırlayır
-
14:33Sorğu: Pandemiya Ramazan bayramına necə təsir edəcək?
-
13:55Deputat Rafael Hüseynov Avropa Şurası Nazirlər Komitəsinin sədrinə Ermənistanın minaladığı ərazilərin xəritəsini verməməsi ilə bağlı sual ünvanlayıb
Digər xəbərlər
-
İqtisadiyyat
Deputat: Hacıqabuldakı Sənaye Məhəlləsi, aqroparklar Azərbaycanın postpandemiya dövrü üçün yeni inkişaf mərhələsinin mənzərəsidir
-
İqtisadiyyat
“Azərpoçt”un əməkdaşları fəxri adlarla təltif ediliblər
-
İqtisadiyyat
Azərbaycan-Türkiyə İş Adamları Forumu keçirilib
-
İqtisadiyyat
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi növbəti 5 il üçün milli prioritet üzrə strategiya hazırlayır
-
İqtisadiyyat
İqtisadiyyat Nazirliyi Yaponiyanın “NEXI” şirkəti ilə əməkdaşlıq edəcək
-
İqtisadiyyat
Vergi Xidmətinin nümayəndələri IOTA-nın Baş Əlaqələndiricilər Forumunda iştirak ediblər
-
İqtisadiyyat
Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi: “WhatsApp”da 2 təhlükəli boşluq aşkarlanıb
-
İqtisadiyyat
“Hökumət buludu”na keçidlə bağlı müzakirələr davam edir
-
İqtisadiyyat
“Kapital Bank” və “Qırmızı Ürəklər” şəhidlərin xatirəsinə ağac əkiblər