Türkiyədə COVID-19-a qarşı əhalinin peyvəndlənmə yaşı 12-ə endirilib

Türkiyədə COVID-19-a qarşı əhalinin peyvəndlənmə yaşı 12-ə endirilib

İstanbul, 6 sentyabr, RezonansPress.az 


Türkiyədə əhalinin COVID-19-a qarşı peyvəndlənməsi prosesi davam edir. Artıq qardaş ölkədə vaksin vurulanların yaşı 12-ə endirilib.

RezonansPress.az xəbər verir ki, bununla bağlı Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Məlumata əsasən, ölkədə yaşı 12 və daha yuxarı olanlar üçün COVID-19-a qarşı vaksinasiya sistemində növbə sırası aktivləşdirilib. Bu yaşda uşaqlara peyvənd valideynlərinin istəyi və razılığı əsasında vurulacaq.

Xəbər lenti