Türkiyə ordusundan üzücü xəbər - 33 əsgər şəhid oldu

Türkiyə ordusundan üzücü xəbər - 33 əsgər şəhid oldu

Türkiyə Silahlı Qüvvələrinin İdlibdə keçirdiyi hərbi əməliyyatları zamanı 33 hərbi qulluqçusu şəhid olub. 


İHA-ya istinadla xəbər verir ki, bu barədə Hatay valisi Rahmi Doğan bildirib.

Vali əlavə edib ki, hava hücumu nəticəsində 29 əsgər şəhid olub. Ağır yaralanan əsgərlərdən 4-ü də sonradan vəfat edib.

"Hal-hazırda 32 yaralı var və deyə bilərəm ki, yaralanan əsgərlərin heç biri üçün həyatı təhlükə yoxdur.

Bu yaralıların bütün müalicələri səhiyyə işçilərimiz tərəfindən aparılır".

Xəbər lenti