Taliblər 200 əcnəbinin Əfqanıstanı tərk etməsinə icazə verib

Taliblər 200 əcnəbinin Əfqanıstanı tərk etməsinə icazə verib

Bakı, 9 sentyabr, RezonansPress.az 


"Taliban” hərəkatı 200 amerikalının və digər ölkə vətəndaşlarının Əfqanıstandan çarter reysləri ilə uçmasına icazə verib.

RezonansPress.az xəbər verir ki, bu barədə AI Jazeera telekanalı hərəkatdakı mənbəyə istinadla məlumat yayıb.

ABŞ-ın dövlət katibi Entoni Blinken bir qədər əvvəl bildirmişdi ki, insanları Əfqanıstandan çıxarmaq üçün çarter aviareysləri hazırlanıb, amma taliblər uçuşlara icazə vermir.

"Biz 200 Amerika vətəndaşının və digər əcnəbi mülki şəxslərin təxliyəsini həyata keçirməyə icazə vermişik. Amerikalılar, habelə Avropa pasportuna malik olan şəxslər cümə axşamı günü Kabil aeroportundan uçacaqlar”, - deyə "Taliban”dakı mənbə telekanala bildirib.

Xəbər lenti