“SSRİ xüsusi təyinatlısı necə Türk dünyasının qəhrəmanı oldu” kitabının təqdimat mərasimi keçirildi

“SSRİ xüsusi təyinatlısı necə Türk dünyasının qəhrəmanı oldu” kitabının təqdimat mərasimi keçirildi

Milli Dəyərlər Üzrə Maarifləndirmə İctimai Birliyinin təşkilatçılıgı ilə 12 İyun Saat 14:00 -da Beynəlxalq Mətbuat Mərkəzində Rusiyalı hərbi ekspert, jurnalist Yevgeni Mixaylovun müəllifi olduğu "SSRİ xüsusi təyinatlısı necə Türk dünyasının qəhrəmanı oldu” kitabının təqdimat mərasimi keçirildi.


 

Tədbirdə Rusiya, Türkiyə, Özbəkistan, Qazaxıstan hərbi ekspertləri, tədqiqatçıları , jurnalistlər və bir sıra yerli ictimai fəallar iştirak edirdilər. Nəşr kəşfiyyat-diversiya qrupunun komandiri İbad Hüseynovun döyüş yoluna və Qarabağ müharibəsinin az bilinən hadisələrinə həsr olunmuşdu. 
Tədbiri giriş sözü ilə açan Milli Dəyərlər Üzrə Maarifləndirmə İctimai Birliyinin sədri Gülşən Behbud qonaqları salamlayıb, tədbirin mahiyyətindən danışdı. Sonra 15 iyun Milli Qurtuluş günü ərəfəsində oldugumuz dönəmdə Ümummilli Liderimiz Heydər Əliyevin uzaqgörən siyasətinin bü günkü inkişafımızdakı rolundan danışdı və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra könferansı davam etdirmək üçün söz Qafqaz Tarixi Araşdırmalar Mərkəzinin rəhbəri , araşdırmaçı -jurnalist , Milli Elmlər Akademiyasının Böyük elmi işçisi Rizvan Hüseynova verildi. Konferansda Rusiyalı tanınmış araşdlrmaçı-jurnalist Yevgeni Onegin, Özbəkistanlı tanınmış araşdırmaçı –jurnalist Şöhrət Barlas, Qazaxistanlı tarixçi Arman Süleymanov , Tarix Institutunun direktor müavini, professor Cəbi Bəhramov Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi məsələlər şöbəsinin diasporla iş sektorunun müdiri, YAP Siyasi Şurasının üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru Qafar Əliyev , keçmiş hərbçi polkovnik Məhəmməd Qədirov çıxış etdilər.
Könferabsda şair –publisist Şöhrət Avşar, GünAZ.az saytının rəhbəri Bilman İsaq, şairə Xatirə Rəhimli , polis mayoru Cəlaləddin Qasımov, tanınmış sənətkar Səyyad Əlizadə, ehtiyatda olan polkovnik Elmar Hüseynov və bir çox tanınmış simalar iştirak edirdilər. Tədbir qonaqların və tədbir iştirakçılarının çıxışları ilə davam etdi və eyni zamanda Yevgeni Mixaylovun qəhrəman haqqında çəkdiyi sənədli film göstərildi. Sonda söz tədbirin səbəbkarı qəhrəman İbad Hüseynova verildi. İbad Hüseynovun çıxışı alqışlarla qarşılandı və sonda xatirə şəkilləri çəkildi.

 

Xəbər lenti