Şərəf Koçakaya :"Türk milliyətçiliyi təkcə partiyalarla olmur..."

Şərəf    Koçakaya :

 

  "Avşarlar ağılları ilə  deyil, düşüncələri ilə  hərəkət edirlər..."

 

 

 

 

 

 

 

-Şərəf Qoçakaya  özünü  Azərbaycan xalqına   necə   təqdim edə   bilər?

 

- İlk  öncə Azərbaycana   salamlarımı  və sevgilərimi  göndərirəm.

           Mən Şərəf Qoçakaya 1969-cu il doğulmuş, Kayseri türküyüm.  "Atəşlə rəqs edən” kitabım  var. Şeirlə, şairlərlə bağlı duyğularımız var. Vətən sevgisi üçün, millətinin gələcəyi üçün, vətənin,bayrağının gələcəyi üçün çalışmaqdayıq. Beş  ildir  Dünya Avşarlar Dərnəyinin sədriyəm. Dünya Avşarlar dərnəyi olaraq, Türkiyə səviyyəsində olan konqreslər keçiririk.

 Bu dəfə Osmaniyyədə həyata keçirdik. Daha sonra Mersin rayonumuza gəldik. Türk Dünyasının   qəhrəmanı  İbad Hüseynov, Kıprıs Türk Cümhuriyyətinin  Məclis  başqanı  Zorlu Törə , Abdullah Çatlının qızı  Gökce  Çatlı xanım bu gün burdadılar. Biz, milli dəyərlərimizi və milli qəhrəmanlarımızı xalqla görüşdürmə düşüncəsindəydik. Bütün arzumuz türk millətləri adına fədakarlıq etmiş qardaşlarımızın xalq tərəfindən də bilinməsini arzu edirik. Qəhrəmanlarımız var amma,qəhrəmanlarımızı tanıtma nöqtəsində, gələcəkdə də yaşatmaqda əskikliklərimiz var. Bizim ən böyük xəstəliyimiz öz tariximizdə yetişən birini həmişə başqa tərəflərdən,başqalarının qələmindən alırıq. Bu da bizim gələcəklə bağlı düşüncələrimizi təəssüfki zədələyir. İki dövlət, bir millət deyirdik. Bu gün 8 dövlət, bir millət olaraq 350 milyonluq Türk Dünyasının bir yerdə olması üçün mübarizə aparırıq. Dünya Avşarlar Dərnəyi olaraq 2019-cu ilin iyununda Azərbaycanda Nadir şah Avşar ilə bağlı konfrans həyata keçirdik. Burdan hörmətli millət vəkilimiz Yaqub Mahmudov   iştirak edən Tarix İnstitutunun  bütün əməkdaşlarına, əlavə olaraq orada bizi təmsil edən Şöhrət Avşar bəyə təşəkkür  edirəm.

 

-         Yeni  layihələriniz varmı?  

 

-Türk milliyətçiliyi təkcə partiyalarla olmur. Biz,partiyaçı deyilik. Biz,"türkəm deyən,türklüklə bağlı sıxıntısı olmayan hər kəsə qucaq açır, sevirik. Bu sevgini insanlarımıza pozitiv enerji olaraq ötürmək, bu həyatın bizlərə bəxş etdiyi gələcəklə bağlı həyəcanlarını daha gözəl şəkildə keçməsini təmin edəcək dəyərləri insanlara anladırıq. Bu gün neçə qəhrəmanımızı xalqıyla görüşdürürük.

      Məsələn, qəhrəman  İbad Hüseynlinin  Qarabağ savaşında nələr etmiş olduğuna qulaq asmaları, qəhrəmanla yan-yana gəlmələri,həm gələcəyimizin, gənclərimizin düşüncələrində daha çox fikirlər yaradacaq,   eyni  zamanda , "mən də bacara bilərəm " düşüncəsiylə gələcəyə güvənlə baxa biləcəklər. Biz doğurdan da, bu işləri görməmiş olsaq belə, bunu etməli olduğumuzu düşündüyümüzə görə bizim yolumuz türk millətinin gələcəyinə həsr olunmuş bir ömürdür, bir  yoldur.. 50 yaşım var, 20 ildir ki,  mədəni fəaliyyətlərlə  məşgulam.  Daha əvvəllər ədəbiyyatla baglı  fərqli işlər görürdük. Amma indi öz yurdumuzda,Türk dünyasının  bütöv  oldugu , hər yerdə mövcudluq mübarizəsi   aparırıq. Bizim yorulmaq kimi bir  düşüncəmiz yoxdur. Biz durmadan, yorulmadan sonrakı gələcəyimizə türk millətinin mədəniyyətini, ənənələrini   geniş  şəkildə təblig etmək üçün çalışırıq. 

 

-Məsuliyyətli vəzifə götürmüsünüz üzərinizə. Türk dünyasının bir çox yerlərində Avşarlar Dərnəyinin şöbələrini açırsınız, görüşlər keçirirsiniz, bir  neçə dəfə    qəhrəman  İbad Hüseynli ilə  baglı  görüşlər etmisiniz.

 

-Biz  2015-ci ilə qədər   dəyərlərimiz, köklərimizlə bağlı araşdırmalar etdik. Türklük şüuru ilə bağlı kitablarda, ensiklopediyalarda araşdırmalar etdiyimiz zaman, köklərimizin keçmişi də daxil, tarixin hər zamanında varlığını bilək gücü ilə ortaya qoyduğunu görürük. Bizim dədələrimiz Orta Asiyadan çıxdıqdan sonra at üstündə  üç gün, üç  gecə heç yatmadan,dincəlmədən yol gediblər. Bizim dədələrimiz elə zamanlar keçiriblər ki, ən uzun yola ən qısa zamanda çatıblar. Qəhrəman İbad Hüseynli mənim atamın soyundan gələn Avşar bəyidir. 20 yaşında erməni  millətinin qorxulu yuxusuna  çevrilmiş qəhrəmandır.    Qarabağda, Xocalıda    qan tökmüş  bir  terrorçunun  məhv  etmiş, Türk  qəhrəmanıdır.Qarabağ savaşının bitməsinə yardımı olan bir qəhrəmanın sadəcə Azərbaycanda,Qarabağda yox, bütün Türk dünyasında tanınmasını istəyirik. İbad Hüseynli mənim qardaşımdır. Eyni yaşdayıq, eyni yolun yolçusuyuq. Avşarların belə bir özəlliyi var. Avşarlar ağılları ilə deyil, düşüncələri ilə  hərəkət  edirlər.   Biz eyni düşüncəylə elədiyimiz hər işdə gözəllikləri   ortaya çıxartmağa çalışırıq. Gözəl olanları paylaşıb, gözəl olanları paylaşmaga,  yaymaga çalışırıq. Biz bunu etmək məcburiyyətindəyik. Biz bu dəyərləri gələcək  nəsillərə ötürməliyik. Biz, insanlara doğruları anlatmağa məcburuq. Məsələn,  İbad Hüseynlinin yaşadığı həyat bir möcüzədir. Onun elədiyi hərəkət, doğurdan da Ermənistan savaşını bitirən davranışını sadəcə özünün bilməsi ilə bitməməlidir. Bunu bütün insanların bilməsi lazımdır. Anadolu insanı bilməlidir. Anadolu insanı tərtəmizdir. Anadolu insanında bayrağına, vətəninə, millətinə xəyanət edən heç kim  ola bilməz.Biz milliyətçiliyi partilərlə öyrənmədik. Genimizdən gələn bir türklük duyğusudur. Türk hissiyatı qəlbimizdə var, bunu da həmişə göstərəcəyik.

Biz partici olmadığımızı göstərmək üçün 3 oktyabr 2019-cu ildə Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunu Adanada 4-cü Quruluş ildönümümüzə dəvət etdik. Türkiyə siyasəti üçün inanılmaz dərəcədə açıqlamalar etdilər. Avşarların kim olduğunu daha yaxşı anlatdığımızı düşünürəm. İbad  Hüseynlinin    Sizin  bizim dəvəti   qəbul edib gəldiyiniz  üçün  təşəkkür edirəm.

 

-Türk  Dünyası Avşarlar Dərnəyini qurmaqda  məqsədiniz nədir?

 

-Dünya Avşarlar dərnəyini qurmaq bizim  ali fikrimiz idi. Bu gün  30 ölkədə təmsilçimiz var.  Yeddi rəsmi şöbəmiz var.   Qırxa  yaxın təmsilçimiz var. Biz bunlara Avşar mədəniyyəti ilə bağlı dəyərləri izah edə bilməsək, biz ailə olaraq nə qədər çabalasaqda, bunun  ugur qazanması zəif olardı. Biz insanlarımızın həyatında çəkdikləri sıxıntıları yaxşı bilirik. Bu sıxıntıları şəxsən biz özümüz də yaşayırıq. Biz  zəngin insanlar deyilik. Biz Anadoluluyuq, bir  xalqıq. Biz bir olan dəyərlərimizlə bir araya gəlib, güc birliyi  ilə Avşarların  bir araya gəlməsini, qaynaşmasını istəyirik. Bizim düşüncəmiz  siyasətdə də, ticarətdə  var olmalıyıq düşüncəsdi. Bu düşüncəylə də yola çıxdıq. İşlərimizə davam edirik. Elə bir kütləyə sahibik ki, bu təkcə Türk dünyasına aid deyil, bütün dünyaya gedin, hara istəyirsinizsə gedin mənim bir qohumum var, bir Avşar   var. Çünki tarixin hər dövründə bizim insanlarımız savaşıb. Mənim əməlim,diləyim, istəyim  ölkəni idarə edən mənim insanım olsun,  türk insanı olsun. Ədalət üçün mənim insanımın olmasını istəyirəm. İnsanları birlikdə bir araya gətirək. Bir tərəfimiz çox varlı,bir tərəfimiz çox kasıb olmasın. Bizim düşüncəmiz Allah rızası üçündür. Məqsədimiz Tariximizi, mədəniyyətimizi, ənənələrimizi ,topluluğumuza tanıtmaq,  dünyanın bütün mərkəzində olan Anadolu insanını, Avşarları bir araya gətirmək, bir arada çalışdırmaqdır

 

- Başqa sahələrdə,amma qəlbən bir olan insanların İbad Hüseynli,Gökce Çatlı və Zorlu Törənin   bir arada   olmasına, görüşməsinə   səbəb oldunuz.

 

-Gökce xanım atasının həyatını anladan kitablar yazdı. Araşdırmaçı,  dosentdir.  Bu gün Abdullah Çatlı qardaşım  Türk dünyasının əbədi qəhrəmanlarından biri oldu. Avropada etdiyi işlər Türk millətinin qürurla anlatdığı hadisələrdir. İbad Hüseynli  Türk dünyasının əbədi qəhrəmanlığına layiq olan bir tarix içində günümüzdə yaşayan əfsanə qəhrəmandər.   Kıprız  Milli  Məclisinin  başqanı  Zorlu   Törə  türk  milliyətçiliyini  sözü, əməli ,  addımları ilə  yaşadan insandır. Biz insanlara öldükdən sonra dəyər verməyək,istəyirəm. Mənim  ulu  dədəm  Nadir şah Hindistanı fəth edib. Nadir Şahda Avşar imperatorluğu var. Mən özümə sahib çıxmaq məcburiyyətindəyəm. Bütün dəyərlərimə sahib çıxım ki, sabah mənim qardaşlarım da türklük şüuru ilə davam etsinlər. Bu insanlara sahib çıxmaq, bu insanlarla birlik olmaq lazımdır. Bu insanlara güc vermək lazımdır. Üç dənə "hilal" - Zorlu Törə, İbad Hüseynli, Gökce Çatlı.  Bu insanların bir araya gəlmələri mümkün olmayan şeylər idi.  Amma, biz Dünya Avşarlar dərnəyi olaraq bu "üçlüyü " bir arada   konfransa  dəvət etdik.    Araşdırma var, insanlar soruşur, maraqlanır  İbad  Hüseynli kimdir  deyə, maraq oyandırdıq, bir fərqlilik ortaya qoyduq. İnşallah İbad qardaşımla da fərqli bölgələrimizdə  görüşlər etməyi düşünürük. Edək, anladaq, çünki insanlar bilməlidir, tanımalıdır seçilən, gərəkli   və örnək olan   insanları tanıtmaq üçün  çalışırıq. Sizə     təşəkkür  edirəm çox sag   olun Siz     bizim ailənin bir üzvüsünüz. Azərbaycana  salamlar olsun!

 

-Çox  sag olun.





 

RezonansPress.az

Xəbər lenti