Rusiyadan Ermənistana qeyri-qanuni silah ötürülməsi barədə məlumatlara rəsmi münasibət bildirilməlidir

Bakı, 7 aprel, RezonansPress.az
Cənubi Qafqazda balansın qorunmasını Rusiyada bəzi dairələr Ermənistanın silahlanmasında görürlər. Bunun acı nəticələrinə işğal altındakı ərazilərimizin azad olunması uğrunda apardığımız Vətən müharibəsində şahid olduq. Ermənistan bütün beynəlxalq qanunlara və Haaqa konvensiyasının protokollarına zidd olaraq, taktiki raket komplekslərindən yaşayış məntəqələrimizə, mülki şəxslərə qarşı istifadə etdi. Onlar 2000-ci ilin əvvəllərindən başlayaraq, Ermənistana Rusiyanın hərbi qurumları tərəfindən verilən məhz həmin qadağan olunmuş silahlar idi.
Bunu müsahibəsində Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi icmalçı Ramil Məmmədli deyib.
O, qeyd edib ki, həmin silahların bəziləri Ermənistana pulsuz, yəni sadəcə olaraq, müəyyən razılaşmalar əsasında verilmişdir. "İsgəndər” raket kompleksi də bu silahlardan biridir. Bilirik ki, Ermənistanın iqtisadi vəziyyəti, maliyyə ehtiyatları bu raket kompleksinin alınmasına imkan vermir. Ermənsitan hələ 2017-ci ildə "İsgəndər-E” raketinin alınması ilə bağlı açıqlama yaymışdı. Müharibə dövründə də belə bəyanatlar verilirdi ki, Ermənistanda yalnız "İsgəndər-E” raket kompleksi mövcuddur. Amma müharibədən sonra Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşlarının apardıqları mina təmizləmə işləri zamanı Şuşada "İsgəndər-M” raketinin qalıqları aşkarlandı. Hesab edirəm ki, buna görə Ermənistan, xüsusilə təcavüzkar ölkəyə dağıdıcı silahlar verən Rusiyadakı müəyyən dairələr məsuliyyət daşıyır.
Hərbi icmalçı bildirib ki, Rusiyadan Ermənistana silahların qeyri-qanuni ötürülməsi barədə yayılan məlumatların, habelə bu prosesdə erməni əsilli Rusiya vətəndaşlarının iştirakı araşdırılmalıdır. Rəsmi Moskvanın məsələyə münasibət bildirməməsi, bununla bağlı məlumatların yalnız mediada yayılması Azərbaycan ictimaiyyətinin narahatlığını aradan qaldırmır. Rusiyanın aidiyyəti qurumları - Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Rusiyanın Azərbaycandakı səfirliyinin bu məsələyə qənaətbəxş münasibət bildirməsi və müvafiq araşdırmalar aparılması zəruridir.
"Ümumiyyətlə, Ermənistanın bölgədə gərginlik yaratmasının səbəbkarlarından biri də həmin ölkənin silahlanmasıdır. Əgər Ermənistana qanunsuz olaraq silah verilməsəydi, bu problemlər ortaya çıxmazdı. Müharibə dövründə Ali Baş Komandan, Prezident İlham Əliyev də bununla bağlı fikirlər söyləyib, öz müsahibələrində beynəlxalq təşkilatlara bu silahların Ermənistanda haradan olması barədə suallar ünvanlayıb. Bu gün də biz təcavüzkar ölkədə hansı taktiki raket komplekslərinin mövcudluğundan xəbərsizik. Ermənistan kimi ölkələrə müasir silahların verilməsinin mənfi nəticələri 44 günlük Vətən müharibəsi dövründə dinc azərbaycanlı əhalinin raket atəşinə tutulması kontekstində qiymətləndirilməlidir və silahlara nəzarət üzrə beynəlxalq təşkilatların bu məsələdə qəti mövqeyi olmalıdır.
Hesab edirəm ki, həm "İsgəndər”, həm də "Elbrus” və "Toçka-U” taktiki raket kompleksləri, habelə reaktiv yaylım atəş sistemləri kimi dağıdıcı silahların işğalçı ölkə olan Ermənistana verilməsi Rusiyanın nəinki bölgədə, həm də dünyada nüfuzuna ciddi xələl gətirə bilər”, - deyə Ramil Məmmədli vurğulayıb.
Xəbər lenti
-
13:44Sevinc Fətəliyeva: Ermənistanda və xaricdə bu ölkəni üçtərəfli Bəyanatı yerinə yetirməkdən yayındırmaq üçün süni maneələr yaratmaqda maraqlı dairələr var
-
13:22Deputat: Hacıqabuldakı Sənaye Məhəlləsi, aqroparklar Azərbaycanın postpandemiya dövrü üçün yeni inkişaf mərhələsinin mənzərəsidir
-
13:17Hindistanda koronavirusun yeni mutasiyası aşkarlanıb
-
13:08Bu gün İranda filosof-şair Sədi Şirazinin anım günüdür
-
13:06Regional inkişafın yeni mərhələsi
-
12:57Dmitri Savelyev: Prezident İlham Əliyevin göstərdiyi nümunələr Azərbaycanın sülhsevərliyinə dəlalət edir
-
12:55Derek Şoven Corc Floydun öldürülməsinə görə ittihamnamənin bütün maddələri üzrə təqsirkar hesab edilib
-
12:54Milli Məclisin deputatı: AŞPA Xocalı soyqırımı zamanı azərbaycanlılara qarşı törədilmiş faciələrə göz yumdu
-
12:30Nikol Paşinyan etiraz aksiyası səbəbindən Mehri şəhərini tərk edib
-
12:22İmmun sistemi zəif olanlar geomaqnit qasırğası günlərində COVID-19-a daha tez yoluxa bilərlər
-
12:20“Azərpoçt”un əməkdaşları fəxri adlarla təltif ediliblər
-
11:31“Xarı bülbül” festivalının iştirakçısı: Həmin gün Şuşa başqa görkəmdə idi...
-
11:09Daha 12 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib
-
10:20Leyla Abdullayeva: Ermənistan XİN-i eşitdiklərini istədiyi şəkildə yozaraq təqdim etmək istəyirsə, bu artıq onların mənfur niyyətinin göstəricisidir
-
09:44“Johnson & Johnson“ peyvəndinin Avropa İttifaqında tətbiqi tövsiyə edilib
-
09:30Nigar Arpadarai: Azərbaycanın Qərbə, Qərbin isə Azərbaycana ehtiyacı var
-
08:11Almaniya portalı Qarabağın azad olunması ilə yaranan yeni siyasi və iqtisadi reallıqlardan yazıb
-
07:39İstanbulda keçiriləcək “Əfqanıstan Sülh Prosesi” konfransı təxirə salınıb
-
07:25İranın nüvə proqramına dair Vyana danışıqlarına gələn həftəyədək fasilə verilib
-
06:57İsveçin Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb
-
22:35Prezident İlham Əliyev: Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaq
-
22:25Prezident İlham Əliyev: Bir çox xarici tərəfdaşlarımız Qarabağın bərpasında fəal iştirak etmək istəyirlər
-
21:51Prezident: Ümid edirəm ki, may ayının sonunadək Ağdam şəhərinin baş planının ilkin versiyası təqdim olunacaq
-
21:18Prezident: Vurulmuş ziyanın hesablanması prosesinə xarici mütəxəssislər də cəlb edilib
-
20:07Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsi
-
20:06Prezident İlham Əliyev: Azad edilmiş ərazilərin elektrik təchizatı bu ilin sonuna qədər başa çatacaq
-
19:20Hacıqabulda “Azərsun Şamaxı Aqropark”ın açılışı olub
-
19:07Hacıqabulda 110/35/10 kilovoltluq “Qarasu” yarımstansiyası istismara verilib
-
19:05Hacıqabulda “Agro Dairy” MMC-nin aqroparkının təqdimatı olub
-
18:58Hacıqabul-Muğan avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib Prezident İlham Əliyev tədbirdə iştirak edib
-
18:50Prezident İlham Əliyev Hacıqabulda fermer Elşən Xəlilovun pambıq tarlasında səpin prosesini izləyib
-
18:30Prezident İlham Əliyev Hacıqabul Sənaye Məhəlləsinin açılışında iştirak edib
-
15:38Peyvəndin birinci dozasından sonra COVID-19-a yoluxma baş verə bilər
-
15:26Üç ayda 2840 hüquqi şəxs fəaliyyətini bərpa edib
-
15:18İtaliya portalı: Azərbaycan İtaliyanın strateji tərəfdaşıdır
-
15:06Yaşar Əliyev: Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə bilərəkdən etinasızlıq göstərirdi
-
14:55Azərbaycan-Türkiyə İş Adamları Forumu keçirilib
-
14:52İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi növbəti 5 il üçün milli prioritet üzrə strategiya hazırlayır
-
14:33Sorğu: Pandemiya Ramazan bayramına necə təsir edəcək?
-
13:55Deputat Rafael Hüseynov Avropa Şurası Nazirlər Komitəsinin sədrinə Ermənistanın minaladığı ərazilərin xəritəsini verməməsi ilə bağlı sual ünvanlayıb
Digər xəbərlər
-
Siyasət
Sevinc Fətəliyeva: Ermənistanda və xaricdə bu ölkəni üçtərəfli Bəyanatı yerinə yetirməkdən yayındırmaq üçün süni maneələr yaratmaqda maraqlı dairələr var
-
Siyasət
Rafael Hüseynov: Əsassız arqumentlərlə Ermənistanı müdafiə etməyə çalışanlar yaxşı olardı ki, dostlarını düz yola dəvət etsinlər
-
Siyasət
Regional inkişafın yeni mərhələsi
-
Siyasət
Dmitri Savelyev: Prezident İlham Əliyevin göstərdiyi nümunələr Azərbaycanın sülhsevərliyinə dəlalət edir
-
Siyasət
Milli Məclisin deputatı: AŞPA Xocalı soyqırımı zamanı azərbaycanlılara qarşı törədilmiş faciələrə göz yumdu
-
Siyasət
Hacıqabul rayonunda avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
-
Siyasət
Hacıqabul şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
-
Siyasət
Leyla Abdullayeva: Ermənistan XİN-i eşitdiklərini istədiyi şəkildə yozaraq təqdim etmək istəyirsə, bu artıq onların mənfur niyyətinin göstəricisidir
-
Siyasət
Nigar Arpadarai: Azərbaycanın Qərbə, Qərbin isə Azərbaycana ehtiyacı var