Rəsulzadənin “Amerikanın Səsi” radiosundan Azərbaycana ilk MÜRACİƏTİ...

Rəsulzadənin “Amerikanın Səsi” radiosundan Azərbaycana ilk MÜRACİƏTİ...

Mayın 28-də Azərbaycan Cümhuriyyəti yaradılmasının 101-ci ildönümü tamam olur.Bu böyük tarixi hadisədir.Azərbaycan xalqı həmin günü ilk olaraq milli, mədəni və hüquqi prinsiplərə əsaslanan dövlət yaratdı.1920-ci ildə Azərbaycan Rusiya bolşevikləri tərəfindən işğal edildikdən sonra bu dövlətin əsasını qoyan tanınmış şəxsiyyətlərimiz xarici ölkələrdə mücadilələrini davam etdirdilər.

 

Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu M.Ə.Rəsulzadə isə ilk olaraq 1951-ci ildə "Amerikanın Səsi” radiosu ilə Azərbaycana müraciət imkanı əldə etdi.Həmin müraciətin mətnini oxuculara təqdim edirəm.

 

 

"Amerikanın Səsi”  radiosundan Azərbaycana müraciət 

(26 avqust 1951-ci il)

 

 "Mən Məhəmməd Əmin Rəsulzadə "Amerikanın Səsi” radiosundan danışıram. Həsrətini çəkdiyimiz əziz Vətənə xitab edə bilmək fürsətini verdiyi üçün buna mütəşəkkirəm. Bu radio Birləşik Amerika Dövlətlərinin parlaq tarixini yaradan demokrasi fikirlərini yayır. Bu fikirlər başlıca iki əsasa dayanır: İnsanlara azadlıq, millətlərə istiqlal!

Bundan 33 il əvvəl Birinci Dünya hərbinin sonunda çarlıq rejimi çökdü;  Vətənimizi  istila və istibdadı altında tutan Rusiya İmperatorluğu dağıldı. Azərbaycanlılar illərdən bəri gözlədikləri fürsəti ələ keçirdilər: milli və müstəqil bir Cümhuriyyət qurdular...

...Demokratiyanın bu yüksək əsaslarını həyata keçirmək üçün qurulan milli hökumət iki il yaşadı. Tariximizin ən şanlı dövrünü təşkil edən bu qısa müddətdə, hərbdən və hərc-mərcdən çıxan yurdumuzda əmniyyət və asayiş bərpa edildi. Lazım olan zabit və ədalət müəssəsələri qurtuldu. Sosial reformlara girişildi. Milli maarifə əhəmiyyət verildi. Mədəniyyət dünyası ilə təmasa gəlindi. Qonşularla yaxşı münasibətlər təsis olundu. Nəticədə Böyük Avropa dövlətləri və Birləşik Amerika tərəfindən Cümhuriyyətimizin istiqlalı tanındı; Lenin və Stalinin imzaları ilə müsəlman millətlərinə sözdə hürriyyət və istiqlal vəd edən bolşeviklər işdə türk və müsəlman dünyasında qurulan ilk cümhuriyyəti Qızıl Ordunun üstün qüvvətləri ilə zorladılar. Xalqımız təcavüzə qarşı var qüvvəti ilə savaşdı; fəqət, heyhat məğlub oldu. Nəticədə milli ordunu dağıtdılar, milli ziyalıları kəsdilər, milli sərvəti yağma edərək Moskvaya götürdülər. Bir sözlə məmləkəti sovetləşdirdilər.

Tarixin ən qəddar bir  istibdadını quran bolşeviklər sovet rejiminə utanmadan demokratiya deyirlər. Sovetlərlə həqiqi demokratiya arasında yerdən göyə qədər fərq vardır, vətəndaşlar!

Əziz Azərbaycanlılar! Bütün dünyadan əlaqəniz kəsilmiş və təklənmişsiniz. Ətrafınızda sizi xarici aləmdən ayıran dəmir bir pərdə vardır. Başınız min bir bəla və fəlakətlər içindədir. Bu bəlalı və fəlakətli yaşayışı bolşevik propaqandaçıları (təbliğatçıları) sizə ideal bir həyat kimi qələmə verirlər. Sovetlər xaricində qalan dünyadakı həyatı fəlakətdən və səfalətdən ibarət bir həyat kimi təsvir edirlər. İnanmayınız qardaşlar! Dünyada asudə   yaşayan, qorxu bilməyən azad insanlar, azad millətlər və müstəqil dövlətlər vardır. Bu millətlərin yaşadıqları məmləkətlərdə insanın  nə fikrinə, nə vicdanına, nə də imanına təsəllüd( cox incitmək)    edən yoxdur. Azad insanların birliyindən ibarət olan müstəqil millətlər öz-özlərini idarə edirlər. 

...Azadlıq və milli istiqlal prinsiplərini bundan 175 il əvvəl Amerika, 33 il əvvəl də Azərbaycan bəyannaməsi elan etmişdilər. Bütün dünyanın səadəti kimi Azərbaycanın xilası da bu əsasların tamamilə gerçəkləşməsinə bağlıdır. Təkrar edirəm – İnsanlara azadlıq, Millətlərə istiqlal!”

 

M.Ə.Rəsulzadə. "Qafqasya” jurnalı. Münhen, N1, avqust 1951-ci il.

 

Qeyd: Müraciət ixtisarla verilir. M.Ə.Rəsulzadənin Azərbaycan xalqına digər müraciətləri isə  1952-ci və  1953-cü illərə aiddir. O, Azərbaycan İstiqlalının 35 illiyi münasibəti ilə də xalqa müraciət edib. 

 

Nəsiman Yaqublu,

 tarix elmləri doktoru

<!-- [if gte mso 9]> Normal 0 false false false RU X-NONE X-NONE MicrosoftInternetExplorer4 <!-- [if gte mso 9]> <!-- [if gte mso 10]> /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Обычная таблица"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:""; mso-padding-alt:0cm 5.4pt 0cm 5.4pt; mso-para-margin-top:0cm; mso-para-margin-right:0cm; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0cm; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:"Times New Roman"; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}

Xəbər lenti