Rəmişin Gülüsü kimi...

Rəmişin Gülüsü kimi...


"RƏMİŞ sevgisi" Gülüdən nəyi aldı, nəyi verdi...

 

Sevgi  fədaisi

 

 

 

 

Qadınlar...
   Qadınlar var, ömrünü həyat yoldaşına, övladlarına həsr edib dünyasını dəyişəndə də həyat yoldaşından icazə alan.
 Qadınlar var, ömrünü, gününü saraldıb-solduran övladlarının xoşbəxtliyi üçün bütün əzablara qatlaşaraq arzuolunmayan bir həyat yaşayan.

Qadınlar var ailəsini, övladlarını heç düşünmədən ötəri sevgilərə, duyğusuz hisslərə qurban verən.
Qadınlar var layiq olmadığı ailədə həyatını məhv edərək namusunu qorumaq xatirənə əzablarla yaşayan.
Qadınlar var  bir neçə övlad atasını yoldan çıxardıb, özünü arvad edərək layiq belə olmaığı kişinin həyatını məhv edən.
Qadınlar var iki arvadı, dörd uşağı olan kişiyə olan sevgidən həyat və karyerasına kölgə salaraq sevgiyə özünü "qurban" verir.
Qadınıar da var tükənməyən sevgisiylə ömrünü gilə-gilə əridərək, sevdiyi kişinin əzablarına, kaprizlərinə dözüb, bir həyat boyu göz yaşlarını onun bir toxunuşuna, təbbəssümnə qurban verə bləcək qədər sədaqət rəmzinə çevrilir..
Qadınlar da var sevgi fədaisinə çevrilmiş, məhəbbəti dillərdə dastanlaşan, müəyyən mənada sağlamlığını belə itirsə də sevgisini itirməyən, həyatının anlamını, mənasını, dəyərini, bütövlüyünü nağıllaşan məhəbbətində tapan. Analıq hissinin dadını, arzusunu belə sevgisinə qurban verərək, öz sadaqətini dəfələrlə sübut edən, atılan, söyülən, təhqir olunan, amma yenə də sonda o sevgini göylərdə tutaraq qarşısında baş

 əyən... 

 

 

 

Rəmişin Gülüsü kimi...


Gözlərində çəkdiyi əzablarln izləri, sağlamlığında yaşadığı əzabların "zərbələri”, danışığında sevgi anlayışının böyüklüyü, davranışında sədaqətli həyat yoldaşının mətinliyi.
Bu Rəmişin Gülüşünün həyat yaşantıları, Rəmişə olan sevgisinin sönməyən od –alovunun nişanları, çırpıntılarıdır. Rəmişə olan birtərəfli amma sönməyən sevgi Gülüyə nəyi verdi, nəyi aldı?
Gəncliyini, təravətini, hər qadının, hər qızın arzuladığı analıq xoşbəxtliyini, yaşanmayan qadın səadətini...

Nəyi verdi?

 

 Bolluca əzab, göz yaşları, töhmət, rişxənd, rahatsızlıq, iztirab, həsrət...
Bütün bunların əvvəli və sonu – olan SEVGİ. Əsrin sevgi fədaisinə çevrilmiş

 "Gülü” sevgisi... Sevgi nədir?

       Kimisinin arzularını puç edən, kimisinin xəyallarını qıran, kimisinin dünyasını yıxan, kimisinini bədbəxtliyi üzərində xoşbəxtliyini tapan, kimisinin ölümünə səbəb olan qorxunc, acıdan acı, şirindən şirin.
Bəzən ağıllını dəli edən, dəlini ağıllandıran, kimisini güldürən, kimisini ağladan , kimisini gözləri yaşlı, kimisini xumar edən güc, təsir, duyğu...
Sevgi nədir? Ruh düşgünlüyü, ruh pozğunluğu, bəzən insanı alçaldan, bəzən göylərə qaldıran, bəzən kimlərinsə yanında gözünü kölgəli edən, kimisinin yanında uca edən, açması mümkün olmayan məfhum.


   Sevgi nədir? Bəzən layiq olmayan insana bəxş edilən bir nemət ki, birtərəfli inkişaf edir vaxtsız qocaldan, saçlarına dən salan, xəstəliklər yaradan ifadə oluna bilməyən duyğular.
Sevgi nədir? Bəzilərinin əyləncə kimi baxıb lağ etdiyi, bəzilərinin yolunda belə özünə qəsd etdiyi, bəzilərinin gözlərinin illər uzunu nəmli qoyan, bəzilərinin daimi axtarıb tapa bilmədiyi, bəzilərinin qədrini bilmədiyi, bəzilərinin isə xəstəlik tapıb dünyadan zamansız köçmələrinə səbəb olan bəşəri bir anlayış. Sevgi bəzən xəstəlik, ölüm kimi zamansız yaxalayır insanı. Düşüncələrinə virus kimi yayılır, əvvəl ağlını, sonra mənliyini, sonra da qürurunu məhv edir. Bəzən yaşadır, bəzən öldürür, ağlına gəlməyən əzablar, işgəncələr verir.
Bəzilərinin "sevgisi” pul, bəzilərinin "sevgisi” maşın, bəzilərinin, "sevgisi” əyləncə, bəzilərinin sevgisi isə qarşılıqsız əzab və göz yaşıdır.
Sevgi nədir?
Hər kəsin yaşadığı, hər kəsin gizli saxladığı, hər kəsin çəkindiyi, kimisinin qoruduğu, kimisinini əhəmiyyət vermədiyi, kimisinin həsrətində olduğu, kimisinin tapmadığı.
Sevgi Tanrının sevdiyi insanlara nəsib etdiyi ən böyük nemətdшк. Əgər varsa qoruyun!

 

Bu günlərdə   əfsanəvi sənətkar , təkrarsız   ifaçı ,  gıtaranı   Azərbaycana  tanıdan   və sevdirən  Rəmiş müəllimin  75 illiyi  qeyd  olunur. Bu   ömrün  əsas ana  xəttində  Rəmiş  müəllim  üçün  "Gitara  və Gülü " dür. Bəlkə  də Gülü  olmasaydı  o gitaranın səsi  çoxdan   susardı. 

 

 

 


Amma  Tanrı  Rəmiş müəllimin  sevir, sevir ki,  gitara da  susmur, ömür  də arzuladıgı  kimi  keçir.  Biz   də Rəmiş müəllimi  ürəkdən  təbrik edir, can saglıgı  arzulayırıq!   Rəmiş müəllimə  80  illiyini  Qarabagda  keçirməyi   arzulayırıq!

 

 

Gülşən Behbud

 


Xəbər lenti