QHT təmsilçiləri işğaldan azad edilən Şuşa şəhərinə səfər etdi – FOTO

QHT təmsilçiləri işğaldan azad edilən Şuşa şəhərinə səfər etdi – FOTO

Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) təmsilçilərinin işğaldan azad edilən Şuşa şəhərinə səfəri təşkil olunub.

RezonansPress.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə təşkil edilən 2-ci səfərdə 150-dan çox QHT təmsilçisi iştirak edib.

Onlar şəhərdəki Yuxarı Gövhərağa məscidində olacaq, Şuşanın mərkəzi meydanında Azərbaycanın mədəniyyətinin tanınmış simaları Natəvan, Bülbül və Üzeyir Hacibəylinin güllələnmiş heykəllərini ziyarət ediblər. Nümayəndə heyəti, həmçinin ermənilər tərəfindən 30 ilə yaxın müddət ərzində vəhşiliklə dağıdılmış digər maddi-mədəni abidələr, inzibati və yaşayış binalarına baxacaq, aparılan təmir-bərpa işləri ilə yaxından tanış olublar.

QHT təmsilçilərini müşayiət edən Prezident Administrasiyasının məsul əməkdaşı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev səfərin əhəmiyyəti barədə nümayəndə heyətinə məlumat verib.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının təmsilçilərinin Şuşaya səfəri sentyabrın 11-də başlayıb və 300 -dən çox QHT təmsilçisi səfərdə iştirak edib.

Xəbər lenti