QHT sədri: Sülh Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır

QHT sədri: Sülh Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır

QHT sədri: Sülh Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır

 

     Sülh dinclik, sabitlik və əmin-amanlıq, sosial, iqtisadi və mədəni inkişaf deməkdir. Çox təəssüf ki, hələ də bəşəriyyətdə sülh tam şəkildə təmin olunmayıb. Dünyanın bir çox bölgələrində silahlı münaqişələr davam etməkdə, torpaqlar qana boyanmaqda, günahsız uşaqlar, qadınlar və qocalar odlu silahların qurbanına çevrilməkdədirlər. 

 
Bu sözləri qhtxeber.az-a Ahıllara və Tənhalara Dəstək ictimai Birliyinin sədri Ruhiyyə Məmmədova deyib.
 
Ruhiyyə Məmmədova bildirib ki, sülh bu gün torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. "Təəssüf ki, sülhsevər xalqımızın övladları Ermənistanın ölkəmizə təcavüzü nəticəsində öz Vətənlərində didərginə dönüblər, uzun illər ərzində yaşadıqları əraziləri tərk edib, qurduqları ev-eşikdən məhrum olublar. Biz münaqişə bölgəsində bu günə kimi şəhid veririk. Amma buna baxmayaraq, bu illərdə Azərbaycan həmişə münaqişənin sülh yolu ilə aradan qaldırılması istiqamətində mühüm addımlar atıb. Dünyada sülhün, təhlükəsizliyin təminatını vacib amil kimi önə çəkən dövlətimizin başçısı İlham Əliyev bütün münaqişəli məsələlərin beynəlxalq hüquq normaları çərçivəsində həllinə səy göstərir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası üçün vahid mexanizmin zəruriliyini ən yüksək tribunalardan qətiyyətlə bəyan edir. Dünya birliyi isə hələ də susur və erməni qəsbkarlarının təxribatlarına göz yumur. "Azərbaycan xalqı işğalla barışmayacaq” – Ali Baş Komandanın bu sözlərində dövlətimizin mövqeyi və xalqımızın istəyi öz parlaq ifadəsini tapıb. Bəli, biz - sülhsevər xalqıq. Amma savaşa da hazırıq”.
 

 

Xəbər lenti