Qəhrəman haqqında yeni layihə…

Qəhrəman haqqında yeni layihə…

 

 

 

 

Qəhrəman haqqında yeni layihə…    

 

 

12 oktyabrda Beynəlxalq Mətbuat Mərkəzində (BMM)  Xalq  artistləri, tanınmış    sənət adamları, şairlər, jurnalistlər, dövlət adamlarının iştirakı ilə əfsanəvi kəşfiyyatçı-döyüşçü ,Türk Dünyasının qəhrəmanı İbad Hüseynovun qəhrəmanlıgına həsr edilmiş, şeir, poema və marşlardan ibarət albomların təqdimat mərasimi keçirildi .  Albomda Səyyad Əlizadə, Ayşən Mehdiyeva, Amin Şah İbad Hüseynovun qəhrəmanlıgına həsr edilmiş müxtəlif şairlərin şeirlərinə bəstələnmiş mahnı və marşları ifa ediblər.Digər albomda isə qiraət ustası , əməkdar artist Agalar Bayramov qəhrəmana  həsr   edilmiş "Qurd balası" poemasını , Xalq şairi Nəriman Həsənzadənin , Gülşən Behbudun, Könül Vəliyevanın, Ruslan Laçınlının, Vaqif  Cəfərlinin  və bir çox tanınmış şairlərin şeirlərini səsləndirib.Layhənin  rəhbəri   sevilən   sənətkarımız  Səyyad Əlizdədir

 

 


Tədbirdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar  Əliyev, Azərbaycan-Türkiyə   evinin  rəhbəri  Tənzilə   Rüstəmxanlı,   "525” –ci  qəzetin baş redaktotu  Rəşad  Məcid,,  Hacı Nuran   Hüseynov, İncəsənət  Universitetinin   müəllimi ,Əməkdar   artist Agalar  Bayramov,  Xalqmızın  sevilən artistləri  Flora  Kərimova, Gülyanaq Məmmədova, Gülyaz  Məmmədova,  Baloglan  Əşrəfov, Yusif   Mustafayev ,  Zakir  Əliyev ,Türkiyəli  şair –yazar İmdat Avşar,  Türk Ədəbiyatı   Dərnəyinin rəhbəri Özcan Ünlü çıxış   etdilər . Türkiyəli  rəssam tərəfindən çəkilib göndərilmiş  maraq  doguran  rəsm  əsərini   qəhrəmana Türk Ədəbiyatı   Dərnəyinin rəhbəri Özcan Ünlü təqdim etdi.

 Tədbirdə Slavyan  Universitetinin  müəllimi İlyas  Hüseynov, 286  nomrəli məktəbin   direktoru   Samir Mehdizadə,  Təhsil  Şurasının  üzvü    Böyükaga Mikayıllı,  Abşeron    rayon Agsaqqalar   Şurasının   sədri Nadir  İsmayılov,  Abşeron  rayon Saray   qəsəbəsinin  3 saylı orta məktəbin    müəlliməsi  Sevil Əmrahova ,Vəkillər Kollegiyasının üzü   Arslan  Mikayılov,  sevilən xanəndəmiz Mirələm  Mirələmov ,QHT   rəhbərləri Fatimə  Hacıbəyli, Ruhiyyə  Məmmdova, Asmaniyyə Şirəliyeva,Tanınmış kinoşünas   Adil  Qulamov,şair Yusif  Nəgməkar, Vaqif  Bəhmənli, Pünhan İsmayıllı  ,Azərbaycan" jurnallının  məsul katibi Vüsal Nuru . Qarabag  müharibəsi  iştirakçıları   və  bir çox   mətbuat  adamları iştirak edirdilər.   Tədbirdə şeir, poema və marşlardan ibarət audio-disklərdən mahnılar  və şeirlər səsləndirildi. Sonda   qəhrəmana   söz verildi. Qəhrəman  İbad  Hüseynov   döyüş  yolundan   danışdı və  bu gün  ona  diqqət  göstərən  hər kəsə  minnətdarlıgını  bildirdi . 

 

 


  Tədbirin  aparıcısı və  təşkilatçıcı  Milli  Dəyərlər  üzrə Maarifləndirmə  İctimai  Birliyinin   sədri, şairə -jurnalist  Gülşən Behbud    sonda   iştirfak edən hər kəsə  öz  təşəkkürünü bildirdi.   

 

 

 

 


 

Xəbər lenti