Prezident İlham Əliyev “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin təməlqoyma mərasimində iştirak edib

Cəbrayıl, 5 oktyabr, RezonansPress.az
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Cəbrayıl rayonunda səfərdə olub.
RezonansPress.az xəbər verir ki, Prezident İlham Əliyev "KamAZ” ASC ilə "Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin təməlqoyma mərasimində iştirak edib.
Dövlətimizin başçısı burada Rusiya Federasiyası Tatarıstan Respublikasının Baş nazirinin müavini, sənaye və ticarət naziri Albert Kərimov və "KamAZ” ASC-nin baş direktorunun müavini Rüstəm Şamsutdinovla görüşüb.
Albert Kərimov Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev Rüstəm Minnixanovun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Tatarıstan Prezidentinə çatdırmağı xahiş edib. Dövlətimizin başçısı Rüstəm Minnixanovla keçirdiyi görüşləri xatırladıb.
Tatarıstan Respublikasının Baş nazirinin müavini Füzuli Beynəlxalq Hava Limanına endiklərini bildirib və bu hava limanının yüksək səviyyədə yaradıldığını qeyd edib.
Bildirilib ki, son illərdə Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətləri bütün digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də uğurla inkişaf edir. Azərbaycanın Rusiyanın ayrı-ayrı regionları, o cümlədən Tatarıstan Respublikası ilə səmərəli qarşılıqlı əməkdaşlıq münasibətləri var. Yük maşınlarının istehsalı üzrə dünyanın aparıcı şirkətlərindən olan "KamAZ”ın Cəbrayılda "Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi ilə birgə servis mərkəzinin yaradılması bunun göstəricisidir.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi torpaqlarımızın işğaldan azad edilməsi kənd təsərrüfatı texnikasına, eləcə də digər texnikalara və texniki xidmətlərə tələbatı artırıb. Bu baxımdan Qarabağ bölgəsində yük avtomobilləri və kənd təsərrüfatı texnikaları üçün "KamAZ” ASC ilə "Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin yaradılması xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, layihə bu ilin iyul ayında Rusiya şirkətlərinin nümayəndələrinin Azərbaycana işgüzar missiyası çərçivəsində "Gəncə avtomobil zavodu” İstehsalat Birliyi ilə "KamAZ” ASC arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq "KamAZ” avtomobil zavodu ilə birlikdə həyata keçiriləcək.
"Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yaradılacaq regional servis mərkəzinin ümumi ərazisi 1,5 hektar olacaq. Ərazidə satış zalı, maliyyə xidmətləri şöbəsi, xidmət bürosu, menecer şöbələri, təmir zonası ustalarının ofisləri və ehtiyat hissələri anbarının yerləşəcəyi inzibati bina, yük avtomobilləri və kənd təsərrüfatı texnikalarına xidmət üçün qulluq blokları, təmir sexləri, avtoyuma və dayanacaq fəaliyyət göstərəcək. Mərkəzdə "KamAZ” ilə yanaşı, digər yük avtomobilləri, eləcə də kənd təsərrüfatı texnikalarına, o cümlədən traktor və kombaynlara texniki servis xidməti göstəriləcək. Burada 36 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
"KamAZ” ASC-nin "Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi ilə birgə layihəsinə 2014-cü ildə start verilib. "KamAZ”ın ilk partiyası 2015-ci ildə buraxılıb. Hazırda orada 8 model "KamAZ” buraxılır və indiyədək 1000-dən çox maşın istehsal olunub. Əməkdaşlığın inkişafı ilə bağlı perspektiv planlar da var. Belə ki, Rusiya bankının maliyyəsinin cəlb edilməsi ilə gələcəkdə lizinq şirkətinin, ehtiyat hissələri üzrə regional anbarların yaradılması, mövcud xidmət mərkəzlərinin müasirləşdirilməsi nəzərdə tutulur. Bundan başqa, Cəlilabad, İsmayıllı və İmişlidəki servis mərkəzləri modernləşdiriləcək. Diqqətə çatdırılıb ki, Zəngəzur dəhlizinin işə düşməsi ilə yükdaşımalarının həcmi artacaq.
Xəbər lenti
-
12:59Milli təhlükəsizliyin təmin olunması ölkənin sabit və davamlı inkişafında strateji əhəmiyyət daşıyır...
-
11:42Polis Akademiyasında Milli Qəhrəmanla görüş keçirildi - FOTOLAR
-
10:13Rəmişin Gülüsü: Prezidentimiz İlham Əliyevə və birinci xanımımız Mehriban Əliyevaya qurban olum
-
11:05Argentinada Zəfər Günü ilə bağlı tədbir təşkil edilib
-
09:44“8 noyabr şanlı tariximizə, Qarabağ münaqişəsinə zəfərlərlə “NİDA!” qoyduğu gündür”
-
16:38Dövlət Komissiyasının fəaliyyətinin bir ilinin yekunları müzakirə edilib
-
14:20Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi tarixi Zəfərimizdir, Azərbaycan tarixində buna bənzər qələbə olmayıb
-
18:428 noyabr – Zəfər Günü ilə əlaqədar AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN BƏYANATI
-
14:49Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda səfərdə olublar Rayonun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanışlıq
-
12:04Zəngilan Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanışlıq VİDEO
-
11:59Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan ictimaiyyətinin nümayəndələri ilə görüşüblər VİDEO
-
11:49“Azərenerji” ASC-nin 110/35/10 kV-luq “Zəngilan” yarımstansiyası istifadəyə verilib VİDEO
-
11:20Prezident İlham Əliyev Zəngilan rayonunda Rəqəmsal Yarımstansiyanın təməlini qoyub VİDEO
-
11:10Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonundakı hərbi hissə kompleksində şəxsi heyət üçün bütün zəruri şərait yaradılıb VİDEO
-
13:01Qarabağ və Şərqi Zəngəzurda “Yaşıl Enerji Zonası”na dair konsepsiya hazırlanıb
-
12:52® İllik cəmi 14,44 faiz ilə nağd pul krediti “Rabitəbank”da mümkündür
-
12:41Oktyabrın 20-si Ümumdünya Osteoporozla Mübarizə Günüdür
-
11:30Azərbaycanın bir sıra nazirləri, komitə və agentlik rəhbərləri “Rebuild Karabakh 2021” sərgisinə təbrik məktubları göndərib
-
11:24Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Füzulidən olan keçmiş məcburi köçkünlərlə görüşü ilə bağlı paylaşım edib VİDEO
-
11:16Azərbaycan əhalisinin sayı 10 milyon 145 min 81 nəfərə çatıb
-
11:11Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi ilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vitse-prezidenti arasında görüş keçirilib
-
11:08Milli Məclisin deputatları Özbəkistanda keçiriləcək prezident seçkilərini izləyəcəklər
-
09:01Vətən müharibəsinin xronikası: 20 oktyabr
-
03:49Azərbaycanın Braziliyadakı səfiri işğaldan azad olunmuş ərazilərdə yeni biznes imkanlarından danışıb
-
13:33Minsk Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
-
13:14“Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı artaraq 558-ə çatıb
-
12:16Türkiyə on dövlətin səfirini ölkənin daxili işlərinə qarışmaqda ittiham edib
-
12:15Türkiyə on dövlətin səfirini ölkənin daxili işlərinə qarışmaqda ittiham edib
-
12:04Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib
-
11:54Prezident İlham Əliyev Slovakiyanın xarici işlər və Avropa nazirini qəbul edib
-
10:22Laçında komanda-qərargah təlimi başlayıb
-
13:20Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
-
11:31Mayın 28-dən 18 oktyabra və 8 noyabra uzanan Zəfər yolu!
-
11:15Azərbaycanın Fransadakı səfiri Avropa Parlamentinin siyasi qruplarının üzvləri ilə görüşüb
-
09:14Kaliforniyanın ikinci ən böyük şəhərində oktyabrın 18-i Azərbaycan Günü elan olunub
-
09:06Vətən müharibəsinin xronikası: 14 oktyabr
-
13:19Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibə verib
-
12:39“Azərsu” informasiya və kommunikasiya texnologiyaları üçün proqram təminatlarını lisenziyalaşdıracaq
-
12:34“Bakcell” jurnalistləri mobil telekommunikasiya sahəsinin son trend və yenilikləri ilə tanış edib
-
12:25Energetika naziri “Rusiya Enerji Həftəsi” adlı Beynəlxalq Forumda iştirak edir
Digər xəbərlər
-
Siyasət, Manşet, Fotolar
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda səfərdə olublar Rayonun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanışlıq
-
Siyasət, Manşet, Fotolar
Zəngilan Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanışlıq VİDEO
-
Siyasət, Manşet, Fotolar
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan ictimaiyyətinin nümayəndələri ilə görüşüblər VİDEO
-
Siyasət, Manşet, Fotolar
“Azərenerji” ASC-nin 110/35/10 kV-luq “Zəngilan” yarımstansiyası istifadəyə verilib VİDEO
-
Siyasət, Manşet, Fotolar
Prezident İlham Əliyev Zəngilan rayonunda Rəqəmsal Yarımstansiyanın təməlini qoyub VİDEO
-
Siyasət, Manşet, Fotolar
Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonundakı hərbi hissə kompleksində şəxsi heyət üçün bütün zəruri şərait yaradılıb VİDEO
-
Siyasət, Manşet, Fotolar
Bakı Zooloji Parkının yenidənqurmadan sonra açılışı olub Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər
-
Siyasət, Manşet, Fotolar
Prezident İlham Əliyev “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin təməlqoyma mərasimində iştirak edib
-
Siyasət, Manşet, Fotolar
“Cəbrayıl” yarımstansiyasının açılışı olub