Prezident İlham Əliyev Bakıda 4 saylı DOST Mərkəzinin açılışında iştirak edib

Bakı, 30 mart, RezonansPress.az
Martın 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən 4 saylı DOST Mərkəzinin açılışı olub.
RezonansPress.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
Dövlətimizin başçısı mərkəzin binasında yaradılan şəraitlə tanış oldu.
Əmək və Əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mərkəzdə görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi.
Qeyd edək ki, vətəndaş maraqlarına xidmət edən, onun müasir sosial trendlərə çevik uyğunlaşmasına hesablanan şəffaflıq, sosial ədalət və yeni dövrün çağırışlarından irəli gələrək xidmət sektorunda qabaqcıl innovasiyaların tətbiqi Prezident İlham Əliyevin sosial siyasət fəlsəfəsinin ana xəttini təşkil edir və əhali tərəfindən rəğbətlə qarşılanır. Ölkə üzrə respondentlər arasında keçirilən bir neçə sorğunun nəticələri sosial mexanizmlərə və elektron xidmət elementlərinə insanların xüsusi maraq göstərdiyini də sübuta yetirir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və Prezident İlham Əliyevin 2018-ci ildə imzaladığı Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan agentliyin sayca 4-cü DOST Mərkəzində əhaliyə pensiya, sosial sığorta, sosial müavinət, əlillik, əmək və məşğulluq, övladlığa götürmə, bank, notariat, həmçinin Tibbi Sosial Ekspertiza sahələri üzrə bütövlükdə 132 xidmət göstəriləcək.
Əlillər, müharibə veteranları, şəhid ailələri dövlətin hər zaman diqqət və qayğı göstərdiyi həssas kateqoriyaya aiddir. Ölkədə fəaliyyətə başlayan bütün sosial obyektlər və xidmət infrastrukturu bu meyarları özündə əks etdirir. Bununla yanaşı, Vətən müharibəsində sağlamlıqlarını qismən itirən qazilərin qısa zamanda cəmiyyətə inteqrasiyası məqsədilə reabilitasiya vasitələrinin verilməsi, onların yüksək texnologiyalı protezlərlə təmin edilməsi sosial siyasətin həm də mənəvi-əxlaqi normalara söykəndiyinin təcəssümüdür.
Prezident İlham Əliyevə ölkəmizdə sosial təminat sisteminin inkişafı barədə məlumat verən nazir Sahil Babayev dedi:
-Cənab Prezident, Sizin siyasətinizin ana xətti olan sosial təminat sistemi daim inkişaf edir. Ötən dövr ərzində təkcə sosial ödənişlər 1 milyard 800 milyon manat artıb. Pensiya ödənişləri 36 faiz, müavinət ödənişləri 120 faiz, təqaüd ödənişləri 3,5 dəfə artmışdır. Bu da əlbəttə ki, orta aylıq göstəricilərə çox ciddi təsir edib. Azərbaycan nadir ölkələrdən biridir ki, cəmi 3 il ərzində orta pensiya 60 faiz artıb. Tapşırığınıza əsasən postmüharibə dövründə müharibə iştirakçıları ilə aktiv fəaliyyətimiz davam edir. Artıq 20 mindən çox şəxsi həm sosial ödənişlər, həm psixoloji dəstək, həm də reabilitasiya vasitələri ilə əhatə etmişik. Bu şəxslərə artıq 1200 reabilitasiya vasitəsi təqdim etmişik. Məşğulluq proqramlarımız isə 3700 şəxsi əhatə edib.
"Bir pəncərə” sistemi üzrə vətəndaşlara tam şəffaf, sadə və əlçatan prosedurlar təklif etməyə imkan verən Mərkəz bu sahədə ölkəmizin yeni brendini formalaşdırır. Bundan əlavə, onu da qeyd etməliyik ki, ötən dövrdə əhalinin sosial təminatının daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli tədbirlər görülüb.
Mərkəzdə 230 nəfərdən çox əməkdaş, habelə "Könüllü DOST” proqramı üzrə 50 nəfər könüllü gün ərzində orta hesabla 800 vətəndaşın qəbulunu həyata keçirəcək. Burada çalışanların əksəriyyəti gənclərdən ibarətdir, bu isə daxili intellektual resursları üzə çıxarmağa kömək etməklə yanaşı, xidmətin yüksək keyfiyyətlə icrasında da müstəsna rol oynayır.
"DOST” Mərkəzinin tərkibindəki "Çağrı Mərkəzi” ölkə üzrə gündəlik 5 minədək zəng qəbuluna şərait yaradır. "ART School” - "İnklüziv İncəsənət Məktəbi” isə ildə orta hesabla 150-200 əlilin təlimlərdən keçməsinə imkan verəcək. Bütün bunlar dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması kimi sosial islahatlar proqramının əsas hədəflərinin real müstəviyə uğurla proyeksiya olunduğu deməkdir.
Diqqətə çatdırılıb ki, indiyədək DOST mərkəzlərində xidmət göstərilən 330 mindən çox şəxsin məmnunluq dərəcəsi 97,2 faiz təşkil edir. Binəqədi rayonunda, yeddi min kvadratmetr ərazini əhatə edən 4 saylı DOST Mərkəzinin fəaliyyətə başlaması da bu prosesə mühüm töhfə verəcək, daha geniş miqyasda keyfiyyətli sosial xidmətlərin həyata keçirilməsinə imkan yaradacaq.
Gələcək planlar barədə danışan nazir qeyd edib ki, yaxın vaxtlarda Abşeronda növbəti DOST Mərkəzi açılacaq, Quba, Sabirabad, Gəncə, Sumqayıtda da artıq bu istiqamətdə iş gedir. Ümumilikdə 16 regional mərkəzin yaradılması planlaşdırılır. Əlbəttə, bu sahədə önəmli prioritetlərdən biri də işğaldan azad olunmuş ərazilərimizlə bağlıdır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq artıq Şuşada DOST Mərkəzinin yaradılması ilə bağlı işlərə başlanılıb.
Xəbər lenti
-
13:44Sevinc Fətəliyeva: Ermənistanda və xaricdə bu ölkəni üçtərəfli Bəyanatı yerinə yetirməkdən yayındırmaq üçün süni maneələr yaratmaqda maraqlı dairələr var
-
13:22Deputat: Hacıqabuldakı Sənaye Məhəlləsi, aqroparklar Azərbaycanın postpandemiya dövrü üçün yeni inkişaf mərhələsinin mənzərəsidir
-
13:17Hindistanda koronavirusun yeni mutasiyası aşkarlanıb
-
13:08Bu gün İranda filosof-şair Sədi Şirazinin anım günüdür
-
13:06Regional inkişafın yeni mərhələsi
-
12:57Dmitri Savelyev: Prezident İlham Əliyevin göstərdiyi nümunələr Azərbaycanın sülhsevərliyinə dəlalət edir
-
12:55Derek Şoven Corc Floydun öldürülməsinə görə ittihamnamənin bütün maddələri üzrə təqsirkar hesab edilib
-
12:54Milli Məclisin deputatı: AŞPA Xocalı soyqırımı zamanı azərbaycanlılara qarşı törədilmiş faciələrə göz yumdu
-
12:30Nikol Paşinyan etiraz aksiyası səbəbindən Mehri şəhərini tərk edib
-
12:22İmmun sistemi zəif olanlar geomaqnit qasırğası günlərində COVID-19-a daha tez yoluxa bilərlər
-
12:20“Azərpoçt”un əməkdaşları fəxri adlarla təltif ediliblər
-
11:31“Xarı bülbül” festivalının iştirakçısı: Həmin gün Şuşa başqa görkəmdə idi...
-
11:09Daha 12 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib
-
10:20Leyla Abdullayeva: Ermənistan XİN-i eşitdiklərini istədiyi şəkildə yozaraq təqdim etmək istəyirsə, bu artıq onların mənfur niyyətinin göstəricisidir
-
09:44“Johnson & Johnson“ peyvəndinin Avropa İttifaqında tətbiqi tövsiyə edilib
-
09:30Nigar Arpadarai: Azərbaycanın Qərbə, Qərbin isə Azərbaycana ehtiyacı var
-
08:11Almaniya portalı Qarabağın azad olunması ilə yaranan yeni siyasi və iqtisadi reallıqlardan yazıb
-
07:39İstanbulda keçiriləcək “Əfqanıstan Sülh Prosesi” konfransı təxirə salınıb
-
07:25İranın nüvə proqramına dair Vyana danışıqlarına gələn həftəyədək fasilə verilib
-
06:57İsveçin Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb
-
22:35Prezident İlham Əliyev: Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaq
-
22:25Prezident İlham Əliyev: Bir çox xarici tərəfdaşlarımız Qarabağın bərpasında fəal iştirak etmək istəyirlər
-
21:51Prezident: Ümid edirəm ki, may ayının sonunadək Ağdam şəhərinin baş planının ilkin versiyası təqdim olunacaq
-
21:18Prezident: Vurulmuş ziyanın hesablanması prosesinə xarici mütəxəssislər də cəlb edilib
-
20:07Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsi
-
20:06Prezident İlham Əliyev: Azad edilmiş ərazilərin elektrik təchizatı bu ilin sonuna qədər başa çatacaq
-
19:20Hacıqabulda “Azərsun Şamaxı Aqropark”ın açılışı olub
-
19:07Hacıqabulda 110/35/10 kilovoltluq “Qarasu” yarımstansiyası istismara verilib
-
19:05Hacıqabulda “Agro Dairy” MMC-nin aqroparkının təqdimatı olub
-
18:58Hacıqabul-Muğan avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib Prezident İlham Əliyev tədbirdə iştirak edib
-
18:50Prezident İlham Əliyev Hacıqabulda fermer Elşən Xəlilovun pambıq tarlasında səpin prosesini izləyib
-
18:30Prezident İlham Əliyev Hacıqabul Sənaye Məhəlləsinin açılışında iştirak edib
-
15:38Peyvəndin birinci dozasından sonra COVID-19-a yoluxma baş verə bilər
-
15:26Üç ayda 2840 hüquqi şəxs fəaliyyətini bərpa edib
-
15:18İtaliya portalı: Azərbaycan İtaliyanın strateji tərəfdaşıdır
-
15:06Yaşar Əliyev: Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə bilərəkdən etinasızlıq göstərirdi
-
14:55Azərbaycan-Türkiyə İş Adamları Forumu keçirilib
-
14:52İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi növbəti 5 il üçün milli prioritet üzrə strategiya hazırlayır
-
14:33Sorğu: Pandemiya Ramazan bayramına necə təsir edəcək?
-
13:55Deputat Rafael Hüseynov Avropa Şurası Nazirlər Komitəsinin sədrinə Ermənistanın minaladığı ərazilərin xəritəsini verməməsi ilə bağlı sual ünvanlayıb
Digər xəbərlər
-
Siyasət, Manşet
Prezident İlham Əliyev: Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaq
-
Siyasət, Manşet
Prezident İlham Əliyev: Bir çox xarici tərəfdaşlarımız Qarabağın bərpasında fəal iştirak etmək istəyirlər
-
Siyasət, Manşet
Prezident: Ümid edirəm ki, may ayının sonunadək Ağdam şəhərinin baş planının ilkin versiyası təqdim olunacaq
-
Siyasət, Manşet
Prezident: Vurulmuş ziyanın hesablanması prosesinə xarici mütəxəssislər də cəlb edilib
-
Siyasət, Manşet
Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsi
-
Siyasət, Manşet
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərin elektrik təchizatı bu ilin sonuna qədər başa çatacaq
-
Siyasət, Manşet
Hacıqabulda “Azərsun Şamaxı Aqropark”ın açılışı olub
-
Siyasət, Manşet
Hacıqabulda 110/35/10 kilovoltluq “Qarasu” yarımstansiyası istismara verilib
-
Siyasət, Manşet
Hacıqabulda “Agro Dairy” MMC-nin aqroparkının təqdimatı olub