Nyu-Yorkda bir gündə 4,8 mindən çox insan koronavirusa yoluxdu

Nyu-Yorkda bir gündə 4,8 mindən çox insan koronavirusa yoluxdu
ABŞ-ın Nyu-York ştatının hakimiyyət orqanları son sutka ərzində 4 812 yeni koronavirusa yoluxma hadisəsi qeydə alnıb.

Bu barədə martın 22-də keçirdiyi mətbuat konfransında ştatın qubernatoru Endryu Kuomo deyib

O bildirib ki, yoluxma hallarının ümumi sayı 10 356-dan 15 168-ə yüksəlib.

"Koronavirusa yoluxma hallarının ümumi sayı 15 min, yeni halların sayı 4 812 təşkil edib", - Kuomo deyib. Onun sözlərinə görə, 15 168 nəfərdən 1 974-ü xəstəxanalara yerləşdirilib.

Xəbər lenti