Noyabrın 21-dən bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburi olacaq

Noyabrın 21-dən bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburi olacaq

Noyabrın 21-də saat 00:00-dan dekabrın 28-dək saat 06:00-dək şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılacaq.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildiriblər.

Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə Qərarına əsasən

noyabrın 21-dən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi olacaq. Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdiriləcək.

Dünyada, o cümlədən Azərbaycanda mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq yaşı 65-dən yuxarı şəxslərin zərurət yaranmadan yaşayış yerlərini tərk etməmələri, həmçinin özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara da işçilərin say həddinin 30 faizədək azaldılması və digər əməkdaşların məsafədən iş rejiminə keçirilməsi tövsiyə edilir.

 

RezonansPress.az

Xəbər lenti