Mingəçevir Dövlət Universitetinin kollektivi Qurban bayramı münasibətilə şəhid ailələrini ziyarət edib

Mingəçevir Dövlət Universitetinin kollektivi Qurban bayramı münasibətilə şəhid ailələrini ziyarət edib

Mingəçevir Dövlət Universitetində (MDU) kollektiv üzvlərinə göstərilən diqqətin davamı olaraq müqəddəs Qurban bayramı münasibətilə universitetin Həmkarlar İttifaqı Komitəsi (HİK) tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

MDU-nun HİK xətti ilə mövcud karantin dövrünün tələblərinə ciddi riayət olunmaqla universitetdə təsərrüfat istiqaməti üzrə fəaliyyət göstərən bütün texniki personala Qurban bayramı payı çatdırılıb.


Bundan başqa, HİK üzvləri Qurban bayramı münasibətilə bir neçə şəhid ailəsini də ziyarət etməklə onları Qurban bayramı münasibətilə təbrik ediblər. Azərbaycanın suverenliyi uğrunda həyatlarını fəda etmiş bütün şəhidlərin əziz xatirəsinin qədirbilən xalqımız tərəfindən daim dərin hörmət və ehtiramla anılması diqqətə çatdırılıb. Şəhid ailələrinə dövlətimiz tərəfindən göstərilən yüksək diqqət və qayğıdan razılıq bildirilib.

Xəbər lenti