Milli təhlükəsizliyin təmin olunması ölkənin sabit və davamlı inkişafında strateji əhəmiyyət daşıyır...

Heydər Əliyev: "Dövlətin təhlükəsizlik, yaxud kəşfiyyat orqanı o vaxt qalib gəlir, öz vəzifəsini layiqincə yerinə yetirir ki, orada peşəkar kadrlar və iş üslubu olsun”
Milli təhlükəsizliyin təmin olunması ölkənin sabit və davamlı inkişafında strateji əhəmiyyət daşıyır...
Əməlləri, addımları ilə tarixləşən ... ŞƏXSİYYƏT...
Hər bir ölkənin milli təhlükəsizlik siyasətinin effektivliyi və müvəffəqiyyəti ölkənin təhlükəsizlik mühitindən və beynəlxalq imicindən asılıdır. Dövlətin suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, milli maraqlarının təminatı, davamlı inkişafı, vətəndaşlarının sosial-siyasi hüquqlarının və rifah halının təmin olunması və milli-mənəvi dəyərlərinin qorunmasına təsir edən əsas amillər məhz təhlükəsizlik mühiti və beynəlxalq imicdir. Azərbaycanın milli təhlükəsizliyinin əsas problemi və hərbi-geostrateji vəzifəsi illərdir uzanan və sonu görünməyən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq, ölkənin pozulmuş ərazi bütövlüyünü və suveren dövlət hüquqlarını bərpa etmək və bu fonda regionda sülhü və dinc əməkdaşlıq mühitini təmin etməkdən ibarətdir. Ölkənin xarici aləmlə bütün təmaslarında, ikitərəfli və çoxtərəfli münasibətlərində bu problemin müzakirəsi və beynəlxalq hüquq normaları çərçivəsində həlli məsələsi daim diqqət mərkəzində saxlanılır. Milli təhlükəsizliyin təmin olunması müasir dövrdə istənilən dövlətin daxili və xarici siyasətinin ən prioritet vəzifəsi hesab olunur. Martın 28-də Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 103-cü ildönümü tamam olur. Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vurulmasında və şanlı Qələbənin qazanılmasında, eləcə də işğaldan azad edilən ərazilərimizdə təhlükəsizliyin etibarlı şəkildə təmin olunmasında Azərbaycanın xüsusi xidmət orqanlarının özünəməxsusrolu var. Azərbaycanın təhlükəsizlik orqanları peşə bayramlarını qələbə sevinci ilə qeyd edirlər.
44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Prezident İlham Əliyev 17 ildə həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi. Ərazi bütövlüyümüzün birmənalı olaraq təsdiq edildi. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi! Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.
Bu gün Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə - Ali Baş Komandana sahib olduğunu aşkar gördü. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə də öz sözünü dedi və mübarizlik rəmzinə çevrildi.Müzəffər Azərbaycan Ordusu cəmi 44 günə hərbi yolla 28 il düşmən torpağında inləyən vətən torpaqlarını işğaldan azad etdi. Azərbaycan Ordusu dünyaya sübut etdi ki, döyüş meydanında zəfəri tanklarla, toplarla deyil, ağılla, zəkayla da qazanmaq olar. Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi. Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın azad edilməsi böyük peşəkarlıq, cəsarət tələb edirdi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq. Çünki bu əməliyyatı bizim qəhrəman hərbçilərimiz,xüsususitəyinatlılarımız, dağlardan, meşələrdən, cığırlardan keçərək yalnız yüngül silahlarla silahlanmış şəkildə azad ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir.Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi.
Düşmənin 30 il ərzində qurduğu xəyalları darmadağın etdi. Müzəffər ordumuzun tətbiq etdiyi savaş strategiyası müasir hərb tarixinə yeni örnək oldu.Ermənistan "dəmir yumruq” qarşısında tab gətirmədi, məğlubiyyətini qəbul etdi. Paşinyan hakimiyyəti reallığı gec də olsa qəbul etdi və noyabrın 10-da Ermənistan kapitulyasiya bəyannaməsini imzaladı. Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən noyabrın 10-da imzalanan üçtərəfli bəyanat Azərbaycan tarixinin ən böyük diplomatik qələbəsini təsdiq edən gündür. Üçtərəfli bəyanata əsasən Dağlıq Qarabağın heç bir xüsusi statusu olmayacaq. Dağlıq Qarabağ Muxtar Vilayəti də tarixə qovuşdu. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanat imzaladılar. Bu bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır,döyüş meydanında darmadağın edilən günüdür. Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. Ərazi bütövlüyümüz təmin olundu.
Bu Azərbaycanın tam və şərhsiz qələbəsinin əyani sübutudur. 8 noyabr 2020-ci il Ali Baş Komandan və şanlı Azərbaycan əsgərinin yazdığı tarixi günə çevrildi. 30 illik həsrəti 44 gün müddətində bitirən müzəffər ordumuz öz sözünü dedi. Bu müddət ərzində millətimiz daim vətən həsrəti, sevgisini ürəyində daşıdı, cənab İlham Əliyevə arxalandı və qələbə qazandı. Liderimiz daim çıxışlarında "Biz Qarabağımıza qayıdacağıq, Qarabağ tarixi Azərbaycan torpağıdır" deyirdi. Prezidentimiz ulu öndər Heydər Əliyevə və xalqına verdiyi sözləri tutdu. Ata vəsiyyətini yerinə yetirdi. Ordumuza, eləcə də möhkəm iradəli xalqına inanaraq zəfər qazandı. Bu zəfər asan başa gəlmədi. Daim danışıqlara üstünlük verən dövlətimiz, öz hünərini döyüş meydanında da göstərdi. Böyük qələbəni qanları ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən Ulu Öndərin arzusunu reallaşdırdı.
Bu böyük qələbə eyni zamanda Azərbaycan xalqını dünyaya qürurlu xalq kimi tanıtdı. "Dağlıq Qarabağ Azərbaycan torpağı, beynəlxalq səviyyədə tanınan ərazimiz olmaqla yanaşı, ədalət məsələsidir, Azərbaycanın milli qürur məsələsidir”,-deyən Prezidentimizə olan inamı, sevgini birə beş artırdı. Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı.Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Güclü Ordumuz, Rəşadətli əsgər və zabitlərimizdir.
Bir sözlə,"Qarabağ Azərbaycandır və nida ” söyləyən Prezidentimiz hər zaman olduğu kimi bu dəfə də vədinə əməl etdi. Noyabrın 8-i xalqımızın tarixinə şanlı, qızıl hərflərlə yazıldı! 30 ildən sonra Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sübuta yetirdik ki, bir qarış torpağımızı belə heç kəsə verən deyilik. Qarabağ Azərbaycandır!
44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq! İstər elmi, istər siyasi, istərsə də ədəbi fəaliyyəti ilə bir çox nailiyyətlərə imza atan şəxsiyyətlər haqqındaçox oxumuşuq. Şəxsiyyətlər dövlətimizin, xalqımızın, həyatımızn işığına çevriliblər hər zaman. Müxtəlif ölkələrin tarixi şəxsiyyətləridə təkcə öz dövlətlərinin deyil, eyni zamanda dünya tarixinin dəyişməsində mühüm rol oynayıblar.
Sözünü əməlləri ilə tamamlayan, dürüst, ədalətli, ümüdsiz insanların ümüdi, inamsız insanlara inamı qaytaran ziyalı şəxslərə Şəxsiyyətdir deyirik.Şəxsiyyətlərin uzaqgörənliyi , təcrübəsini bəzən biz möcüzə olaraq qəbul edirik. Əslində 30 illik mübarizəmizin 44 gün ərzində zəfərlə başa çatması özü də bir möcüzədir. Bu möcüzəni bizə yaşadanlara minnətdarıq. Savaş günlərində Ordumuzun ,Ali baş komandanımızın, xalqımızın"Dəmir yumruq” kimi birləşməsində,xalqımızın çətin-sınaq dolu günlərində Prezidentimizin ətrafındagüvənilən şəxsiyyət olaraq xalqda inamı-güvəni artıran şəxslərdən biri də general Əli Nağıyev idi. "Biz birlikdə güclüyük” şüarı böyükdən-kiçiyə hər kəsin dilinin əzbərinə, əqidəsinə çevrildi.
8 noyabr qələbə günümüz olmaqla yanaşı həm də xalqımızın daxili və xarci qüvvələrədən qoruyan, keşiyini çəkən ömrünü uzun illər xalqa sədaqətlə xidmət edən generalımız Əli Nağıyevin dogum günüdür.Azərbaycan xalqının əbədi zəfəri olan 8 noyabr günü xatırlandıqca, milli birlik və düşüncə bütövlüyümüzün təntənəsi olaraq tarixə çevrilən 8 noyabrtarixi həm də səmimiyyəti, sadəliyi ilə general adını bir az da ucaldan, vəzifəsini, rütbəsini haqqı ilə daşıyan Əli Nağıyev üçün daha da unudulmaz olacaq. Milli savaşımızda xüsusi xidmətləri olan Əli Nağıyevin rolu danılmazdır. Şəhid anasının bircə kəlməsi iləonu ziyarət edərək vəzifəsini, rütbəsini deyil, insanlıq vəzifəsini icra edən şəxsiyyət Əli Nağıyev dövlətimizin, dövlətçiliyimizin təhlükəsizliyini qoruyan,xalqın inamımı, etibarını qazanan şəxsdir.Vəzifə gəldi –gedərdi, insanlıq Allahın sevdiyi insanlara bəxş etdiyi nemətdir. Allahın da, Vətəninin də, insanların da ümidinə -inamına işıq olan adam.Vətənyolunda gecəsini- gündüzünü unudan,inamını itirmişlərin inamına, dayağına çevrilən böyük ürəkli Vətən övladı.Peşəsinin daşıdığı rütbənin haqqını layiqincə verən generalımız yaxşı ki, varsız.
30 il gözlədiyimiz o möhtəşəm tarixə birlikdə şahidlik etdik. 8 noyabr 2020-ci il - Qarabağa qovuşduğumuz tarixi gün, Azərbaycan tarixinə qızıl həriflərlə yazıldı. 8 noyabr 2020-ci il böyük Qələbə Günüdür! Şanlı tariximizə daxil olan Zəfər günüdür!. Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə son qoyduğu gündür. Azərbaycan tarixinin uzun illərdən sonra qazandığı qələbə ilə adınız hər zaman qoşa çəkiləcək. Haqqınız, əməyiniz böyükdür. Böyük insan, möcüzələrə bizləri yenidən inandıran ŞƏXSİYYƏT gününüz mübarək olsun!
Gülşən Behbud
Xəbər lenti
-
12:59Milli təhlükəsizliyin təmin olunması ölkənin sabit və davamlı inkişafında strateji əhəmiyyət daşıyır...
-
11:42Polis Akademiyasında Milli Qəhrəmanla görüş keçirildi - FOTOLAR
-
10:13Rəmişin Gülüsü: Prezidentimiz İlham Əliyevə və birinci xanımımız Mehriban Əliyevaya qurban olum
-
11:05Argentinada Zəfər Günü ilə bağlı tədbir təşkil edilib
-
09:44“8 noyabr şanlı tariximizə, Qarabağ münaqişəsinə zəfərlərlə “NİDA!” qoyduğu gündür”
-
16:38Dövlət Komissiyasının fəaliyyətinin bir ilinin yekunları müzakirə edilib
-
14:20Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi tarixi Zəfərimizdir, Azərbaycan tarixində buna bənzər qələbə olmayıb
-
18:428 noyabr – Zəfər Günü ilə əlaqədar AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN BƏYANATI
-
14:49Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda səfərdə olublar Rayonun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanışlıq
-
12:04Zəngilan Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanışlıq VİDEO
-
11:59Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan ictimaiyyətinin nümayəndələri ilə görüşüblər VİDEO
-
11:49“Azərenerji” ASC-nin 110/35/10 kV-luq “Zəngilan” yarımstansiyası istifadəyə verilib VİDEO
-
11:20Prezident İlham Əliyev Zəngilan rayonunda Rəqəmsal Yarımstansiyanın təməlini qoyub VİDEO
-
11:10Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonundakı hərbi hissə kompleksində şəxsi heyət üçün bütün zəruri şərait yaradılıb VİDEO
-
13:01Qarabağ və Şərqi Zəngəzurda “Yaşıl Enerji Zonası”na dair konsepsiya hazırlanıb
-
12:52® İllik cəmi 14,44 faiz ilə nağd pul krediti “Rabitəbank”da mümkündür
-
12:41Oktyabrın 20-si Ümumdünya Osteoporozla Mübarizə Günüdür
-
11:30Azərbaycanın bir sıra nazirləri, komitə və agentlik rəhbərləri “Rebuild Karabakh 2021” sərgisinə təbrik məktubları göndərib
-
11:24Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Füzulidən olan keçmiş məcburi köçkünlərlə görüşü ilə bağlı paylaşım edib VİDEO
-
11:16Azərbaycan əhalisinin sayı 10 milyon 145 min 81 nəfərə çatıb
-
11:11Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi ilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vitse-prezidenti arasında görüş keçirilib
-
11:08Milli Məclisin deputatları Özbəkistanda keçiriləcək prezident seçkilərini izləyəcəklər
-
09:01Vətən müharibəsinin xronikası: 20 oktyabr
-
03:49Azərbaycanın Braziliyadakı səfiri işğaldan azad olunmuş ərazilərdə yeni biznes imkanlarından danışıb
-
13:33Minsk Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
-
13:14“Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı artaraq 558-ə çatıb
-
12:16Türkiyə on dövlətin səfirini ölkənin daxili işlərinə qarışmaqda ittiham edib
-
12:15Türkiyə on dövlətin səfirini ölkənin daxili işlərinə qarışmaqda ittiham edib
-
12:04Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib
-
11:54Prezident İlham Əliyev Slovakiyanın xarici işlər və Avropa nazirini qəbul edib
-
10:22Laçında komanda-qərargah təlimi başlayıb
-
13:20Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
-
11:31Mayın 28-dən 18 oktyabra və 8 noyabra uzanan Zəfər yolu!
-
11:15Azərbaycanın Fransadakı səfiri Avropa Parlamentinin siyasi qruplarının üzvləri ilə görüşüb
-
09:14Kaliforniyanın ikinci ən böyük şəhərində oktyabrın 18-i Azərbaycan Günü elan olunub
-
09:06Vətən müharibəsinin xronikası: 14 oktyabr
-
13:19Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibə verib
-
12:39“Azərsu” informasiya və kommunikasiya texnologiyaları üçün proqram təminatlarını lisenziyalaşdıracaq
-
12:34“Bakcell” jurnalistləri mobil telekommunikasiya sahəsinin son trend və yenilikləri ilə tanış edib
-
12:25Energetika naziri “Rusiya Enerji Həftəsi” adlı Beynəlxalq Forumda iştirak edir
Digər xəbərlər
-
Cəmiyyət, Siyasət
Milli təhlükəsizliyin təmin olunması ölkənin sabit və davamlı inkişafında strateji əhəmiyyət daşıyır...
-
Cəmiyyət, Siyasət
Polis Akademiyasında Milli Qəhrəmanla görüş keçirildi - FOTOLAR
-
Cəmiyyət, Siyasət
“8 noyabr şanlı tariximizə, Qarabağ münaqişəsinə zəfərlərlə “NİDA!” qoyduğu gündür”
-
Cəmiyyət, Siyasət, Mədəniyyət
Türkiyə səfiri: “ Tək millət ,İki dövlət” şüarı ilə çalışırıq...
-
Cəmiyyət, Siyasət
DTX rəisi Əli Nağıyev: “Kiber düşərgə - 2021” gənclərimizin gələcəkdə kibertəhlükəsizlik üzrə mütəxəssis kimi formalaşmasında önəmli rol oynayacaq.
-
Cəmiyyət, Siyasət
Şuşada Ramazan bayramının namazı QILINACAQ
-
Cəmiyyət, Siyasət
Bu gün Şuşada "Xarıbülbül" musiqi festivalı başlayır
-
Cəmiyyət, Siyasət
Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəislərinə general-polkovnik ali hərbi rütbəsi verilib
-
Cəmiyyət, Siyasət
Sədaqət Vəliyeva: Kəbədə Qarabağın azadlığı üçün dua edən, Məkkədən gətirdiyi Quranı Ağdam məscidinə hədiyyə edən Prezident və xanımı tarixi-mənəvi nümunə təqdim etdilər