Medianın İnkişafı Agentliyi yeni keyfiyyətdə informasiya mühitinin formalaşması işinə töhfə verəcək

İnformasiya məkanımızda informasiya istehlakçıları, onların mənbə kimi istifadə etdikləri informasiya subyektlərinin çoxşaxəliliyi və bunun virtual və real ictimai münasibətlər sistemimizə təsiri məsələləri kompleks şəkildə yanaşma tələb etməklə, sadalanan münasibətlərin ictimai və hüquqi tənzimlənməsi məsələlərini aktuallaşdırırdı. Başqa mühüm bir problem isə mediamızın bir şəkildə qlobal informasiya məkanına inteqrasiyası, yaxud bu məkanın imkanlarından milli informasiya məkanımızın lehinə istifadə edilməməsi gerçəkliyi idi. Əgər daha açıq danışmalı olsaq, milli mediamızın qlobal informasiya məkanına çıxışının məhdud olması və burada Azərbaycanın informasiya maraqlarının təmin olunmaması idi. Yəni mövcud informasiya subyektlərimizin transmilli media statusunda keyfiyyətli və milli maraqlarımıza uyğun olan iştirakçılığı arzu edilən səviyyədə deyildi. Bu boşluqdan istifadə edən bəzi yumşaq güc mərkəzləri milli media məkanımızı daima təzyiq altında saxlayır, onun üzərində dominantlıq etməklə, əslində bizim informasiya gündəmimizi təyin edirdi. Milli informasiya məkanımızın gündəminin başqaları tərəfindən təyin edilməsi cəhdləri isə milli maraqlarımızla daban – dabana ziddiyyət təşkil edirdi. Çox təəssüf ki, əksər hallara nə media ilə bağlı yaradılmış ixtisaslaşmış müxtəlif ictimai qurumlarımız, nə də digər strukturlarımız buna qarşı fəal müqavimət nümayiş etdirə bilmirdilər. Nəticədə milli informasiya məkanımız manipulyasiyaya məruz qalır, beləliklə də milli təhlükəsizliyimizin əsas komponentlərindən olan informasiya təhlükəsizliyimiz pozulurdu. Ona görə də müxtəlif vaxtlarda bu problemləri həll etmək üçün müəyyən cəhdlər olsa da, səmərəli nəticə əldə etmək mümkün olmadı. Çünki problemin həlli kompleks və əsaslı yanaşma tələb etdiyi halda, kosmetik və pərakəndə yanaşma tətbiq olunurdu. Yeni təsis edilən Medianın İnkişafı Agentliyi isə məhz bu problemlərin həllinə kompleks yanaşma ilə effektiv həll imkanları yaradır.
Bunu açıqlamasında Milli Məclisin deputatı, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Baş redaktor sözlərinə əlavə edərək bildirib ki, media qurumunun nizamnaməsinə nəzər saldıqda görürük ki, onun fəaliyyətinin tətbiqi sahəsi sadəcə çap mediası ilə məhdudlaşmır, onun imkanlarından digər media subyektlərinin yararlanması şərtləri formalaşır. Bu, çox mühüm yenilikdir. Ona görə ki, agentlik, xəbər portalları, elektron media vasitələri, internet TV və.s. kimi çoxsaylı informasiya subyektlərinin informasiya istehsal etməsi və onu istehlakçıya çatdırması payı çap mediası ilə müqayisədə dəfələrlə çoxdur: "Deməli, yeni yaradılan qurum bu qədər zəngin və effektiv informasiya resursları ilə əməkdaşlıq etmək üçün yeni imkanlar əldə edibdir. İkincisi, mühüm məsələ yeni qurumun media subyektlərinin xarici media subyektləri ilə əməkdaşlıq etməsi, qarşılıqlı əlaqələrin formalaşdırılması və həmin subyektlərin təcrübəsinin öyrənilməsinin stimullaşdırılması istiqamətində tədbirlər həyata keçirmək səlahiyyətinin olmasıdır ki, bu da yuxarıda dediyimiz kimi əslində beynəlxalq və transmilli media ilə əməkdaşlıq çərçivəsində qlobal media məkanında informasiya maraqlarımızın qorunmasının təşkilidir. Başqa bir məsələ, Medianın İnkişafı Agentliyinin məhz bu əməkdaşlığı təmin edəcək kadr potensialını formalaşdıra bilmək imkanlarıdır. Yəni, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması, o cümlədən sosial müdafiəsinə yönəldilmiş tədbirlər həyata keçirilməsi, media sahəsində mütəxəssislərin hazırlanması və əlavə təhsilinin təşkili məqsədilə müvafiq tədbirlər həyata keçirməsi, media subyektlərinin xarici media subyektləri ilə əməkdaşlıq etməsi, qarşılıqlı əlaqələrin formalaşdırılması və həmin subyektlərin təcrübəsinin öyrənilməsinin stimullaşdırılması istiqamətində tədbirlər həyata keçirilməsi də yeni yaradılan qurumun məqsədlərindən biri kimi müəyyənləşdirilib”
Hikmət Babaoğlu yeni yaradılam media qurumu ilə bağlı daha iki məsələyə diqqət çəkib. Bu məsələlərdən biri dövlət orqanları ilə media subyektləri arasında əməkdaşlığın genişləndirilməsi, dövlət orqanlarının media subyektləri ilə əlaqələrinin təkmilləşdirilməsi, qarşılıqlı etimadın artırılması ilə əlaqədar tədbirlər həyata keçirilməsidir: "Bu məsələnin əhəmiyyətinə gəldikdə isə qeyd etmək lazımdır ki, daxili informasiya mübadiləsi prosesinin və informasiya mənbələrinə birbaşa çıxışın səmərəli təşkilindən uzun illərdir danışsaq da, burada etimad mühitinin və qarşılıqlı əlaqələrin arzu edilən səviyyədə olmadığını hamımız yaxşı bilirdik. Medianın İnkişafı Agentliyinin fəaliyyət istiqamətlərindən birinin məhz bu sahə olması da, həmin problemin həllinə ciddi töhfələr verə bilər. İkincisi isə qurumun səlahiyyətləri içərisində çap mediası və onlayn media sahəsində inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verə bilmək səlahiyyətinin olmasıdır. Əslində uzun illərdir, bu funksiyanı media üzrə ixtisaslaşmış bir ictimai təşkilatlar həyata keçirirdilər. Amma nəticədə bəlli oldu ki, həmin sahədəki problemlər ötən illər ərzində öz həllini tapa bilmədi. Ümid etmək olar ki, yeni qurum bu sahədə də öz işini səmərəli qura biləcək”.
Deputat qeyd edib ki, bütün bunlarla yanaşı qanunvericilik bazasının yeni tələblər əsasında təkmilləşdirilməsi yaxud yenilənməsi, maarifləndirmə işinin təşkili, müvafiq konsepsiyaya uyğun olaraq müxtəlif layihələrin həyata keçirilməsi və.s kimi digər xeyli sayda yeni vəzifə və hüquqlar müəyyənləşdirilib ki, onların hər biri ayrılıqda mediamızın inkişafına təkan verən faktor qismində çıxış edəcək. Ona görə də Medianın İnkişafı Agentliyi yeni innovativ əsaslarda və yeni keyfiyyətdə informasiya mühitinin formalaşması işində xüsusi missiya yerinə yetirəcək.
Xəbər lenti
-
17:27İşğaldan azad edilmiş torpaqlarımıza qayıdacaq əhali üçün məqsədli, çevik aktiv məşğulluq proqramları hazırlanır
-
16:50İmtahanlarda istifadə edilən qiymətləndirmə tapşırıqları ilə bağlı hazırlıq kursları keçiriləcək
-
16:48Peyvənd olunanların səhhəti normaldır, heç bir əks təsir müşahidə edilməyib
-
16:03Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
-
16:01Baş həkim: Yanvarın axırlarında tibb işçilərinin peyvəndlənməsi başa çatacaq
-
15:13Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinq keçirilib
-
14:24Xalqımız 20 Yanvarı milli ruhun sarsılmazlığı günü kimi 2021-ci ilin anım təqviminə yazdı
-
14:03Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
-
13:49Azərbaycan Respublikası Prezidentinin Fərmanı
-
13:29Fevralın 1-dən repetitorluq fəaliyyətinə icazə veriləcək
-
13:23Emin Əmrullayev: Praktiki dərslərin əyani formada keçirilməsinin tərəfdarıyıq
-
13:21Şagird sayı çox olan siniflər qruplara bölünəcək
-
13:12İşğaldan azad olunmuş ərazilərdə təbii sərvətlərə vurulmuş ziyanın qiymətləndirilməsinə İctimai Şuranın üzvləri də cəlb olunacaq
-
13:02Sentyabrın 15-dən bu günədək 14 mindən çox şagird COVID-19-a yoluxub
-
12:58Əli Məsimli: Anlaşma Memorandumu yeni reallıqlar kontekstində böyük coğrafiyada inkişafa və sabitliyə töhfə verəcək
-
12:53Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi əməkdaşının minaya düşərək xəsarət alması ilə bağlı məlumat yayıb
-
12:49Təhsil naziri: Yaşı 50-dən yuxarı olan müəllimlərin vaksinasiya olunması tövsiyə edilir
-
12:47Teledərslər tədris ilinin sonunadək davam edəcək
-
12:45Dövlət qulluğu vəzifələri üzrə müsabiqənin müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyənləşib
-
12:38Nazir: Tələbələrin 50 faizdən çoxu dövlət hesabına təhsil alır
-
12:37Tələbələrə təhsil kreditləri təqdim olunacaq
-
12:21Bir milyondan çox təhsilalan onlayn platformada qeydiyyatdan keçib
-
12:17Təhsil naziri: Dərslər həftədə 3 dəfə olacaq
-
12:13Miqrasiya Könüllüləri qanvermə aksiyasında iştirak ediblər
-
12:00Fevralın 1-dən tədris və təlim-tərbiyə prosesi mərhələli şəkildə əyani formada təşkil olunacaq
-
11:44“Dostluq” yatağı üzrə memorandumun imzalanması tarixi hadisədir
-
11:18Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Korkutname” kitabının təqdimatı keçirilib
-
11:05Misirdə gənc qız gözəllik müsabiqəsində “Qarabağ” mahnısının sədaları altında rəqs edib
-
10:16Azərbaycanda onlayn formatda Böyük Britaniya film festivalı başlayır
-
12:54Sədaqət Vəliyeva: Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün vədləri yerinə yetiri
-
12:04Xəzər dənizində dalğanın hündürlüyü 4.2 metrə çatıb
-
11:15Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları vaksinasiya olunmağa başlayan ilk kollektivlərdən biridir
-
10:16Qazi kiçik biznesini qurmaq üçün özünüməşğulluq proqramına cəlb edilib
-
10:13Azərbaycanın xarici işlər nazirinin Türkmənistana səfəri başlayıb
-
09:46Baş Prokurorluğun daha bir sosial şəbəkəsi rəsmi olaraq təsdiqlənib
-
12:08Sədaqət Vəliyeva: "20 Yanvar milli iradəmizin zəfər çaldığı gündür"
-
12:03Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər
-
11:17Xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla anır
-
09:31Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
-
08:02Xəzər dənizində zəlzələ olub
Digər xəbərlər
-
Siyasət
Peyvənd olunanların səhhəti normaldır, heç bir əks təsir müşahidə edilməyib
-
Siyasət
Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
-
Siyasət
Xalqımız 20 Yanvarı milli ruhun sarsılmazlığı günü kimi 2021-ci ilin anım təqviminə yazdı
-
Siyasət
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
-
Siyasət
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
-
Siyasət
İşğaldan azad olunmuş ərazilərdə təbii sərvətlərə vurulmuş ziyanın qiymətləndirilməsinə İctimai Şuranın üzvləri də cəlb olunacaq
-
Siyasət
Azərbaycanın enerji strategiyası uzaqgörənlik, effektiv qərar qəbuletmə və koordinasiyalı fəaliyyət planı üzrə uğurla icra olunur
-
Siyasət
Əli Məsimli: Anlaşma Memorandumu yeni reallıqlar kontekstində böyük coğrafiyada inkişafa və sabitliyə töhfə verəcək
-
Siyasət
“Dostluq” yatağı üzrə memorandumun imzalanması tarixi hadisədir