Mayın 28-dən 18 oktyabra və 8 noyabra uzanan Zəfər yolu!

Bakı, 14 oktyabr, RezonansPress.az
Yenə tarixi günlər yaşayırıq, tarixi hadisələr, ildönümülər ərəfəsindəyik. Qarşıdan 71 il mübarizə aparıb qanlar, canlar bahasına bərpa etdiyimiz müstəqilliyimizin, "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının imzalanmasının 30 illiyi gəlir. Otuz il əvvəl XX əsrdə iki dəfə müstəqilliyik qazanmağı bacardıq və onu əbədi etdik. Yenidən azadlığımıza qovuşmaq üçün çox şey qurban verdik, "Ya azad ol, ya tamam yan, Azərbaycan!” dedik…
RezonansPress.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor Jalə Əliyeva bildirib.
O qeyd edib ki, ötən əsrin 20-30-cu illərinin qanlı repressiyasından, ziyalılarımızın qətlindən, sürgünlərdən, torpaqlarımızın bölünməsindən, deportasiyalardan, Qarabağ fitnəkarlığından, Sumqayıt təxribatından, Quqark, Masis faciələrindən, Qanlı və Şanlı 20 Yanvardan, Bağanis Ayrım soyqırımından və daha neçə faciədən keçərək 1991-ci il avqustun 30-da və oktyabrın 18-də ikinci dəfə müstəqilliyimizə qovuşduq. Müstəqilliyimizin ilk illəri də asan olmadı. Xalqımız Başqışlaq, 20 noyabr, Xocalı, Daşaltı, Cəmilli, Qaradağlı, Umudlu, Ağdaban, Ballıqaya, Gülüstan faciələrinə, qanlı qətliamlara məruz qaldı. Üstəlik, Xocalı, Şuşa, Laçın, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan kimi yurd yerlərimiz işğal altına düşdü, düşmən yeraltı və yerüstü sərvətlərimizi taladı. Ölkəmiz, həmçinin 1993-cü ilin qorxulu iyun hadisələri, 1994-cü ilin və 1995-ci ilin dövlət çevrilişi cəhdləri, dövlət xadimlərinin qətlə yetirilməsi ilə üz-üzə qaldı. Bütün çətinliklərə baxmayaraq, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlətimiz, xalqımız ayaq üstə durmağı bacardı. Dahi Heydər Əliyevin açdığı yolla irəliləyən və bu yolda nəzərəçarpan uğurlar qazanan qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən, praqmatik və müdrik siyasəti ilə müstəqilliyimizin artıq üçüncü dekadasını başa vurmaqdayıq.
Ötən illər ərzində qazanılan nailiyyətlər ərazi bütövlüyümüzün bərpasına da gətirib çıxardı. Bir il əvvəl - 2020-ci il sentyabrın 27-də başlayan və noyabrın 10-da başa çatan tarixi 44 günlük Vətən müharibəsi ilə arzularımızın ən ülvisinə, ən müqəddəsinə çatdıq, 30 illik qanlı Qarabağ münaqişəsini Zəfərlə başa çatdırdıq. "Dəmir yumruq”la düşmən məhv edildi, onun başı əzildi, diz çökdü. Bu Zəfər əyilmiş başımızı dikəltdi, bizə qürur verdi. Artıq üzümüz ağ, alnımız açıqdır, millət, dövlət, xalq olaraq başımız ucadır. Qələbə günündən bəri zəfərlərimizin ardı-arası kəsilmir. Zəfər paradı, işğaldan azad olunmuş torpaqlarımıza tarixi səfərlər, Qarabağın yenidən dirçəldilməsinə başlanılması, tarixi təməlqoymalar, açılışlar, Şuşa Bəyannaməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması və sair. Sevincimiz sevincimizə, üzümüzdən, çöhrəmizdən illərlə yox olan gülüşümüz gülüşümüzə qarışıb. Müstəqilliyimizin 3-cü dekadasını üzüağ, alnıaçıq, başıuca və əlidolu başa vururuq.
Oktyabrın 18-i müstəqilliyimizin 30 illiyini, ondan cəmi 20 gün sonra – noyabrın 8-də isə Zəfərimizin birinci ildönümünü - Zəfər Gününü qeyd edəcəyik. Qələbə və Zəfər parlamenti olan, ilk Qələbə büdcəsini qəbul edən VI çağırış Milli Məclis "Müstəqillik Günü haqqında” qanun layihəsini artıq iki oxunuşda qəbul edib. Həmin qanun layihəsinə əsasən, bundan sonra mayın 28-ni Müstəqillik Günü, oktyabrın 18-ni isə Müstəqilliyin Bərpası Günü kimi qeyd ediləcək.
Günün, Zəfərin, Qələbən mübarək, canımız fəda olsun, can Azərbaycanım!
Xəbər lenti
-
12:59Milli təhlükəsizliyin təmin olunması ölkənin sabit və davamlı inkişafında strateji əhəmiyyət daşıyır...
-
11:42Polis Akademiyasında Milli Qəhrəmanla görüş keçirildi - FOTOLAR
-
10:13Rəmişin Gülüsü: Prezidentimiz İlham Əliyevə və birinci xanımımız Mehriban Əliyevaya qurban olum
-
11:05Argentinada Zəfər Günü ilə bağlı tədbir təşkil edilib
-
09:44“8 noyabr şanlı tariximizə, Qarabağ münaqişəsinə zəfərlərlə “NİDA!” qoyduğu gündür”
-
16:38Dövlət Komissiyasının fəaliyyətinin bir ilinin yekunları müzakirə edilib
-
14:20Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi tarixi Zəfərimizdir, Azərbaycan tarixində buna bənzər qələbə olmayıb
-
18:428 noyabr – Zəfər Günü ilə əlaqədar AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN BƏYANATI
-
14:49Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda səfərdə olublar Rayonun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanışlıq
-
12:04Zəngilan Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanışlıq VİDEO
-
11:59Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan ictimaiyyətinin nümayəndələri ilə görüşüblər VİDEO
-
11:49“Azərenerji” ASC-nin 110/35/10 kV-luq “Zəngilan” yarımstansiyası istifadəyə verilib VİDEO
-
11:20Prezident İlham Əliyev Zəngilan rayonunda Rəqəmsal Yarımstansiyanın təməlini qoyub VİDEO
-
11:10Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonundakı hərbi hissə kompleksində şəxsi heyət üçün bütün zəruri şərait yaradılıb VİDEO
-
13:01Qarabağ və Şərqi Zəngəzurda “Yaşıl Enerji Zonası”na dair konsepsiya hazırlanıb
-
12:52® İllik cəmi 14,44 faiz ilə nağd pul krediti “Rabitəbank”da mümkündür
-
12:41Oktyabrın 20-si Ümumdünya Osteoporozla Mübarizə Günüdür
-
11:30Azərbaycanın bir sıra nazirləri, komitə və agentlik rəhbərləri “Rebuild Karabakh 2021” sərgisinə təbrik məktubları göndərib
-
11:24Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Füzulidən olan keçmiş məcburi köçkünlərlə görüşü ilə bağlı paylaşım edib VİDEO
-
11:16Azərbaycan əhalisinin sayı 10 milyon 145 min 81 nəfərə çatıb
-
11:11Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi ilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vitse-prezidenti arasında görüş keçirilib
-
11:08Milli Məclisin deputatları Özbəkistanda keçiriləcək prezident seçkilərini izləyəcəklər
-
09:01Vətən müharibəsinin xronikası: 20 oktyabr
-
03:49Azərbaycanın Braziliyadakı səfiri işğaldan azad olunmuş ərazilərdə yeni biznes imkanlarından danışıb
-
13:33Minsk Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
-
13:14“Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı artaraq 558-ə çatıb
-
12:16Türkiyə on dövlətin səfirini ölkənin daxili işlərinə qarışmaqda ittiham edib
-
12:15Türkiyə on dövlətin səfirini ölkənin daxili işlərinə qarışmaqda ittiham edib
-
12:04Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib
-
11:54Prezident İlham Əliyev Slovakiyanın xarici işlər və Avropa nazirini qəbul edib
-
10:22Laçında komanda-qərargah təlimi başlayıb
-
13:20Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
-
11:31Mayın 28-dən 18 oktyabra və 8 noyabra uzanan Zəfər yolu!
-
11:15Azərbaycanın Fransadakı səfiri Avropa Parlamentinin siyasi qruplarının üzvləri ilə görüşüb
-
09:14Kaliforniyanın ikinci ən böyük şəhərində oktyabrın 18-i Azərbaycan Günü elan olunub
-
09:06Vətən müharibəsinin xronikası: 14 oktyabr
-
13:19Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibə verib
-
12:39“Azərsu” informasiya və kommunikasiya texnologiyaları üçün proqram təminatlarını lisenziyalaşdıracaq
-
12:34“Bakcell” jurnalistləri mobil telekommunikasiya sahəsinin son trend və yenilikləri ilə tanış edib
-
12:25Energetika naziri “Rusiya Enerji Həftəsi” adlı Beynəlxalq Forumda iştirak edir
Digər xəbərlər
-
Cəmiyyət, Siyasət
Milli təhlükəsizliyin təmin olunması ölkənin sabit və davamlı inkişafında strateji əhəmiyyət daşıyır...
-
Cəmiyyət, Siyasət
Polis Akademiyasında Milli Qəhrəmanla görüş keçirildi - FOTOLAR
-
Siyasət
Argentinada Zəfər Günü ilə bağlı tədbir təşkil edilib
-
Cəmiyyət, Siyasət
“8 noyabr şanlı tariximizə, Qarabağ münaqişəsinə zəfərlərlə “NİDA!” qoyduğu gündür”
-
Siyasət
Dövlət Komissiyasının fəaliyyətinin bir ilinin yekunları müzakirə edilib
-
Siyasət, Manşet
Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi tarixi Zəfərimizdir, Azərbaycan tarixində buna bənzər qələbə olmayıb
-
Siyasət
8 noyabr – Zəfər Günü ilə əlaqədar AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN BƏYANATI
-
Siyasət, Manşet, Fotolar
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda səfərdə olublar Rayonun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanışlıq
-
Siyasət, Manşet, Fotolar
Zəngilan Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanışlıq VİDEO