Laçında komanda-qərargah təlimi başlayıb

Laçında komanda-qərargah təlimi başlayıb

Bakı, 19 oktyabr, RezonansPress.az 


Quru Qoşunlarının 2021-ci ilin hazırlıq planına uyğun olaraq, oktyabrın 19-dan Laçında komanda-qərargah təlimi başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, təlim kommunikasiya vasitələrinin geniş tətbiqi ilə ərazi, xəritə və ərazinin maketi üzərində icra olunur.

Komanda-qərargah təlimində müasir idarəetmə üsullarının icrası ilə Quru Qoşunlarının digər qoşun növləri ilə qarşılıqlı əlaqədə fəaliyyəti yoxlanılır.

Xəbər lenti