İlham Əliyev İmperatoru təbrik etdi

İlham Əliyev İmperatoru təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yaponiyanın İmperatoru Əlahəzrət Naruhitoya təbrik məktunu ünvanlayıb. 

"Əlahəzrət,

Ölkənizin milli bayramı - Təvəllüd Gününüz münasibətilə Sizi və dost Yaponiya xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək.

60 illik yubileyinizin qeyd olunduğu belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, xalqınıza daim sülh və firavanlıq arzulayıram".


 


Xəbər lenti