İbrahim Məmmədov: Koronavirusla bağlı ilk dəfə olaraq pozitiv statistika qeydə alınıb

İbrahim Məmmədov: Koronavirusla bağlı ilk dəfə olaraq pozitiv statistika qeydə alınıb

Koronavirus infeksiyasının yayılması ilə bağlı ilk dəfə olaraq pozitiv statistika qeydə alınıb.

Bunu bu gün keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, aprelin 12-dən sağalma yoluxmanı üstələyib:

"Bu, pozitiv bir haldır. Aprelin 12-si ilk dəfə pozitiv nəticə qeydə alındı. Aprelin 13-də vəziyyət neqativ olsa da, az fərq oldu. 14-cü gün pozitiv nəticə əldə etdik. Ötən həftə durum sabit olub. Xəstələrin sayı 822-844 nəfər arasında dəyişib. Bu da vəziyyətin sabitliyini göstərir. Amma biz deyə bilmərik ki, belə davam edəcək. Son 5 gündə pozitiv neqativi əvəzləyir. Bu vaxta qədər belə deyildi, neqativ pozitivi üstələyirdi. Bu isə o deməkdir ki, karantin rejiminin nəticələri artıq var. Bu durum bizi ruhlandırır ki, karantin qaydalarına əməl edək".

Xəbər lenti