İBAD HÜSEYNOV : “HEYDƏR ƏLİYEV HEYRƏTLƏNDiRMƏYİ BACARAN ŞƏXSİYYƏT İDİ”

İBAD HÜSEYNOV : “HEYDƏR  ƏLİYEV  HEYRƏTLƏNDiRMƏYİ   BACARAN ŞƏXSİYYƏT İDİ”


 

          1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.  Biz     bu günlər ərəfəsində   hər  zaman " Mən Heydər  Əliyevin  əsgəriyəm” deyən Türk Dünyasının   qəhrəmanı İbad  Hüseynlidən  ekskluziv müsahibə  aldıq.

 

 

-İbad  müəllim Heydər   Əliyev Sizin  üçün kimdir?

- Bilirsiniz  Heydər  Əliyev mənim  üçün  deyil,   Azərbaycan xalqı   üçün kimdir , soruşsanız  daha    dogru olardı. Çünki o insanın  uzaqgörənliyi ,  siyası biliyi millətimiz  üçün  tapıntı idi. Ulu  öndər memar idi,  rəssam idi,   sənət adamı idi,  məmur  idi, əsl   siyasətçi , əsl insan və əsl lider  idi.  Hər sahənin  mütəxəssisi   ilə mütəxəsis  olaraq  danışırdı. Həssaslıgı,  diqqəti , qaygısı ilə İnsanları heyrətləndirməyi  bacaran bir şəxsiyyət   idi.Heydər  Əliyev haqqında  xalq olaraq hər zaman   deyiləcək, yazılacaq,  amma  inanın ki,  yenə    sözlər aclz qalacaq. Heydər  Əliyev şəxsiyyət olaraq ,  o qədər  böyük  idi ki,  onun haqqında  danışanda istər-istəməz   yeni   sözlər, yeni titullar   yaranır. Onun   haqqında  söz  demək  üçün düşünməyə  gərək qalmır,  sözlər öz-özünə   yaranır.

Heydər Əliyev uzun illər ərzində ölkənin bütün həyatına dərindən nüfuz etmiş və Azərbaycanın tarixində əbədi yer tutmuş böyük dövlət xadimi idi. Onun adı ölkənin müstəqilliyinin bərqərar olmasında qazandığı tarixi nailiyyətlərlə daim bağlı olacaqdır.

 

 

 

Mən   siyasətçi deyiləm, qələm   adamı deyiləm ,  döyüşçü, hərbçi olaraq   deyirəm  ki,  1990-cı illər   uzaq tarix  deyil  ki, baş verən hadisələr  bu  gün hər kəsin  xatirindədir. Özbaşınalıq, mənəm-mənəmlik, vəzifə  düşgünlərinin  məsuliyyətsizliyi   və itirdiyimiz  Qarabag torpaqları. Mən  qısaca  deyim ki, həm daxili, həm xarici özbaşınalıgın  dayanma  nöqtəsi oldu Heydər  Əliyev.  Onun siyasəti      saglam sütünları da   bu gün  saglam insanların çiyinlərindədir.

Heydər  Əliyevin gözəl   sözü var  , deyirdi ki, "Müstəqilliyi    əldə etmək nə  qədər  çətindirsə, onu  qoruyub saxlamaq   ondan da çətindir”. Bu  gün gənc  və müstəqil Azərbaycan  artıq  dünyamiqyaslı inkişaf  etmiş   dövlətlər sırasındadır. Bu  kimin  siyasəti idi, təbii ki, Heydər Əliyevin  uzaqgörən  siyasəti   və onun layiqli  davamçısı  İlham Əliyev cənablarının  fəlaiyyəti. Biz  hələ 1992-ci illərdən deyirdik  ki, ölkədəki  özbaşınalıgın  qarşısını  yalnız  Heydər Əliyev   siyasəti ala bilər. Əslində   elə  də oldu. Biz özümüzü  Heydər  Əliyevin əsgərləri  adlandırırdıq.  Bu gün   İlham Əliyevin  əsgərləriyik.

-Bu gün xarici  ölkələrdə    "qara” qüvvələr var ki,  dövlətə-dövlətçiliyə  irad tuturlar, narazılıq   edirlər. Bununla  baglı nə deyərdiniz?

 

-Mən sosial şəbəkələrdə görürəm, oxuyuram  və təccab  etmirəm.  Bilirsiniz niyə  təəccüb etmirəm  atalar misalı  var    "bar verən agac daşlanar”. Dövlətimizi-dövlətçiliyimizi  özümlə müqayisə  edim. Siz  şahidsiniz ki,  bir neçə il davamlı olaraq  mənim haqqımda  "qara piyar”    aparıldı. Müharibədən  xəbərsiz olanlar , hansı ki,  müharibə vaxtı   meyid  dəyişməklə  məşgul olub , vəsait   əldə edənlər,   döyüş zamanı  daxildə   ruh düşgünlüyü  yaradan, torpaqların işgalında   "xüsusi xidmətləri”  olanlar  mənim döyüş yoluma,  etdiyim əməliyyatlara  kölgə salmaga , məni  gözdən   salmaga çalışdılar. Mən   hələ  o zamanlar deyirdim ki,  belə  naxələflərin  qarşısı  alınmasa , daha da  genişlənəcəklər.  Amma  mənə  kim idi  ki,  qulaq asan. Hətta bir  çoxları onların  şərəfsiz   təbligatına uydular, inandılar. Qarayaxma  kampaniyası  ardıcıl olaraq  davam  etdi .Bir nəfər  Azərbaycanda mənə  göstərin ki,  tanınmış istər  siyasətçi, istər   qeyri sahənin   adamları  olsun onları  gözdən salmaga   çaılşmasınlar.  Qəribə bir   hal  almışdı ki, həmin insanları   sevməyənlər üçün də   bu bir  fürsətə çevrildi, özlərinəməxsus şəkildə baş veren olaylardan   yararlandılar.   Ciddi qayda-qanun   lazım idi, bir  neçə nəfər  ciddi şəkildə   cəzalansaydı  təbii ki, bu   geniş  vüsət almazdl.  Zəif  və əqidəsiz  insanlar başqalarının   təsirinə  tez düşürlər.

Mən şahidiyəm   və bir  çoxları da şahiddir  ki, müharibə vaxtı  torpaqların işgal olunmasında,   ermənilərə  təhvil  verilməsində  rolları olanların əksəriyyətinin  yaxasında   döş nişanı , çiyinlərində  paqon gəzirlər. Polkovnik, zabit   rütbəsi   aldılar. Mən  gözümlə  görmüşəm elələrini . Bu tarixi faktları tez-tez efirlərdə  də işıqlandırırlar.      O, insanlar kİ, bu gün  onların bəzilərini   ekspert kimi  haralarasa   dəvət edirlər. Amma,    adam özünə   sıgışdırmır,   desin ki, o kimdir ,nə iş  görüb , hansı fəaliyyəti  olub ki,  ekspert kimi çıxış   edir. 

 

-Siz  qəhrəmansınız, tanınırsınız , sevilirsiniz. Bir  çoxları   Sizə hətta  irad  tutur ki, işgal olunmuş   dövlətin   qəhrəmanı olmaz. Bu  deyimə münasibətiniz  necədir?

 

-O  sözü  deyənlərə  nəzər   salın görün  kimlərdi,  torpagı  qoyub  qaçanlar  və müharibədə  döyüşdən başqa  hər işlə  məşgul olanlar.   Hələ bir yazımışdı ki, uduzmuş  dövlətin qəhrəmanı olmaz. Deməli o həyatını puç edənlərdəndir,  özünü  uduzmuş sayır,   çünki  qaçıb, gizlənib,  sözü     fəaliyyəti olmayıb. Bu gün özünü  tanıtmaq  üçün hər yola əl  atır.

 Amma  mən qaçmamışam,gizlənməmişəm, ugurlu  əməliyyatlarım olub, döyüşüm olub, xeyirim  dəyib  insanlara , torpaga.  Mən niyə  susmalıyam ki? Mən özümü qalib hesab edirəm, çünki 1990-cı  ildən 1994-cü ilə  qədər  müharibədə  dayanmadan  fəaliyyətim olub. Düşmən  arxaslnda  texnika-silah  qoymamışdım  qala. Gətirdiyimi  gətirmişdim, gətirə bilmədiyimi     yararsız hala  salırdım. Erməni mənim  əlimdən qan aglayıb.  Bunu general-mayor  Yaşar Aydəmirov yaxşı bilirdi, görürdü, çünki o vaxtlar o ərazidə  korpus komandiri olmuşdu.  Mən özümü hər zaman  qalib olaraq  gördüm    addımladım. Uduzmuş gədələr  deyə bilər, çünki onlar özlərini   elə görürlər, ona görə   də yazırlar. Çox  şey  yazdılar, amma  mən  qələm adamı,  siyasət  adamı olmadıgım  üçün lazımı  cavablar  verə bilmədim.    Sadəcə təəccüb  etdim  və düşündüm ki,  gədəlik,alçaqlıq   belə olurmuş  də.  Cavab verə biləcək yaxınlarımın , siyasəti   qələmi olanların da "kreslosu”  daha  şirin  oldu, özlərini düşündülər.Qarabag  işgal  edilmədi ki, Qarabagı açıq-aşkar  bax bu gün  məndən, ondan, o birisindən  "yazan-pozan” şərəfsizləri  maliyyələşdirənlər  verdi. Mən Qarabagda  kişi kimi  döyüşdüm, vuruşdum  və mənim o torpaqdan   meyidimi çıxardılar. Mənim   qanım  bahasına  saxladıgım  səngərlərdə  bu gün Azərbaycan  bayragı  dalgalanır, Azərbaycan əsgərləri  keşik  çəkir. Qarabag  müharibəsində     "biz” kəlməsi yox  idi. "mən”  var idi. O üzdən  də torpaqlar  getdi. O     "mənlərin”  əksəriyyəti   erməniyə çalışırdı. Bu gün  80 faiz torpaqlarımız  necə qaldı  bəs?  Mənim  kimi  dəli-dolu gənclərin  hessabına , ona görə  də əksəriyyətini  qəsdən öldürdülər. Çünki  ipə-sapa yatmırdıq. Biz  torpaq  qoruyurduq. Səsimizi   qaldırırdıq,  sözümüzü   də deyirdik lazım  olan yerlərdə. Elə mənim  minaya düşməyim, hələ   də qaranlıq  olaraq qalır. Kİmlər   tərəfindən baş verdiyi bəlli olmadı.

 Kim ki,  döyüşməyib, kimlər ki, qorxub qaçıblar onlar deyər  o  sözü. Qəhrəmanlıq  necə  olmalıdır ki ? Heydər Əliyevin  gəldiyi ilk bölgə  də,  səngər    bizim ərazilər  oldu.  Mənim  qiymətimi     o kişi verdi.  Mən hər  dəfə  müsahibələrdə  bunu deyirəm və hər  zaman da   deyəcəm. Heydər Əliyev məni   səngərdə, əsgərlərin   qarşısında "Milli  Qəhrəman " elan  etdi. Amma o zamankı  Müdafiə Nazirliyinin  Aparatında  məndən "yanıqlı” olan biriləri  o , adın  mənə  verilməsinə mane  oldu. Təbii ki, biz  o zaman  ad üçün, yaxud    üçünsə  döyüşmürdük, o  üzdən  də narazılıq da  etmədik.Bizim düşüncəmiz   saglam idi, saf idi. Biz  torpaq   qoruyurduq. Mənim ən böyük  qazancım , istəyim   saxladıgım  torpaqlar oldu.

 

-Heydər Əliyev haqqında  hər  zaman   sevgi  ilə  danışırsınız.   Səngərə gəlişindən, iştirak  etdiyi  dövlət əhəmiyyətli   tədbirlərə  Sizin    dəvət  edildiyinizdən. Prezidentimiz  İlham Əliyev    o yolu gedir, xalqın  arasında olur,  qaygı ilə  yanaşır. Görüşsəniz  və yaxud vertual olaraq  prezidentə  nə deyərdiniz?

 

-Vertual  olaraq  heç nə demərəm. Təbii  ki,  istəyərdim  Prezidentlə  görüşmək, sözümü    küçədə yox,    rəsmi görüşdə  deyərdim. 

 

-Qurtuluş günü ərəfəsindəyik. Bu tarixi  günlə  baglı düşüncələriniz ...

 

-Biz  ailəlikcə Heydər  Əliyevi  sevmişik. Hətta   1992-ci illərdə   video kadrlar  var,  hərdən  baxırıq,  rəhmətlik anamla  ,  atam danışır, söhbət  edirlər  orda anam " Allah mənim ömrümdən kəsib Heydər Əliyevin ömrünə   calasın, gəlsəydi  bu xalqı  bir  tərəfə çıxarardı”  deyir.Yəni bu  sözü kənddə yaşamış,zəhmətkeş   bir  ana  deyirdi öz  də, 1992-ci illərdə.  Bu illər hər kəsin  xatirindədir.

Heydər  Əliyevin hakimiyyətə  qayıdışına  bir çox daxili   qüvvələr oldugu kimi,  xarici  qüvvələr   mane olmaga  çalışırdı. Xüsusilə      ermənilər. Ermənilərin  böyük bir planı vardı, Kür  çayına  qədər gəlmək. Onlar  yaxşı  bilirdilər ki, Heydər Əliyev  kimdi.Hətta Azərbaycanın daxilində      ermənilərə  "xidmət” edənlər  vardı,bu gün    var. 1993  -cü ildə  bu gün dillər   əzbərinə çevrilmiş   "Monte” əməliyyatı  baş tutdu.  Monte Melkonyan Ermənistan  üçün kim oldugunu  bilirsiniz. Çünki  Qarabagın işgal  edilməsində onun xüsusi   rolu  var.Onun böyük əməliyyatlarından biri  də, Heydər Əliyevin  hakimiyyətə   qayıdışına mane   olmaq idi. Amma görünür  Montenin  məhvi  mənim taleyimə  yazıldı. Mən onu  1993-cü ildə,  iyun  ayının 12-də  məhv  elədim.  Agdam rayonunda MTN   rəisi  və köməkçisi  ilə əlaqələrimiz, danışıqlarımız olurdu.   Həmin terrorçu  məhv ediləndən  sonra  MTN nümayəndəsi  mənimlə görüşdü     təbrik etdi.  Çünki  ən böyük təhlükə   aradan götürülmüşdü. Hamı  bilir ki,   elə müharibə   onunla  da  bir  az  sakitləşdi.  Monte  əməliyyatına məni İstəməyən   qüvvələr  müxtəlif don  geydirdilər, nə məqsədlə  oldugunu da onların  arxasında    durub, onları  maliyyələşdirənlər  bilir. Mənüm üçün iyunun 12  də,  15  də unudulmayan   tarixlərdi.

1993-cü  il  iyunun 15   Heydər  Əliyev  ikinci  dəfə   hakimiyyətə  qayıdışı ilə  Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən rəsmi bayram kimi qeyd olunur.

 

QORXAQLAR "ÖLDÜRƏR” QƏHRƏMANLARI...

 

 

-Özbək şairi ŞÖVKƏT  RƏHMANIN  gözəl bir şeiri  var,onu məhz  Sizə görə  Azərbaycan dilinə Şahməmməd Dağlaroğlu  tərcümə edib .

 

Bir qəhrəman belə, döyüşdə  ölməz,

Hamsı həlak olub xəyanətlərdən.

Daş kimi yatanda, sinəsin açıb,

Ya  da,  zəhərlənib ziyafətlərdən.

 

Heç bir rəvayətdə qəhrəmanları,

Yüzbaşlı əjdaha  deyildir udan.

Min üzlü,  sehrkar cinlər, ya divlər,

 Dağları olmayıb heç də oynadan.

 

Hamısı həlak olub xəyanətlərdən,

Namərd xəncərini sancıb kürəkdən.

Əvvəldən, əzəldən belə gəlibdir,

Budur,  bu cəfakeş, bu köhnə Vətən.

 

Hər zaman igidlər yıxılan anda,

Görüb namərd oxun öz kürəyində.

Qayıdıb, qəfildən dirilə bilib

Doğulan körpənin göz  bəbəyində.

 

Səni əvəz etməz heç zaman inan,

Safürək ellərin  ağ yalanları.

 Bir hünər sahibi ölməz döyüşdə,

Qorxaqlar öldürər qəhrəmanları.

 

 

 

- Şeir  mənim çox xoşuma  gəldi. Sanki  Sizin üçün yazılıb. Sizi gözdən salmaga çalışdılar...

 

- Onların bəziləri  heç mənim sag oldugumu bilmirdilər. Yəni yanlış  insanların yanlış  düşüncələrinin  qurbanına  çevrilmişdilər. Əsl kişi, əsl döyüşçü, müharibə  yaşamış  insan ,  başqa  bir döyüşçü  haqqında  aşagılayıcı   fikir  söyləməz. Onlar  sadəcə bədbəxt  insanlar idi. Mənə  görə özlərini  tanıtdılar. Kişidə   gərək kişi sifəti olsun!Özünə  hörmət  edən   kişi  özünü   alçaq  addımlarla  tanıtmazdı. Bu bir oyun idi,  qurma idi, kiməsə   lazım idi etdilər. Xalqın  gözü  tərəzidir. Mən Qarabag  döyüşçüsü, Qarabag  əlili idim. Tanınmagım,   diqqət  mərkəzində olmagım ,  cəmiyyət tərəfindən sevilməyim kimlərisə  narahat  etdi,  qorxuzdu.  Böyük oyun idi, oynadılar  özlərinə yaraşan şəkildə.Oyunçuları  tanıdıq  amma oynadanları  tanıya  bilmədik. Çünki  onlar   tək mənimlə baglı deyil ki,  müxtəlif  insanların taleyində  oyun  qururlar.

Məndən  sonra görün neçə-neçə  tanınmışları  müzakirəyə qoydular, hədəfə  aldılar. O zaman  mənə   qurulan "oyuna”  göz yuman  səlahiyyət  nümayəndələrinin özləri   eləcə "oyuna”  düşdülər. O zaman  anladılar, başa düşdülər ki,    elə insanlar,  saytlar   cəzalanmalıdır,məsuliyyətə  cəlb edilməlidir,  qınanmalıdır.

 Dövlətə- dövlətçiliyə   xidmət edən  tanınmış   simalar bu ölkənin, bu  dövlətin simasıdır. Onları   qorumaq  lazımdır, müdafiə   etmək lazımdır. Yeni Azərbaycanın   banisi, qurucusu  dediyimiz  şəxsiyyət , tarixin süzgəcindən  keçmiş insan Heydər Əliyev  haqqında  bu gün      elə insanlar  hərdən elə  şey deyir ki, yazır ki,   adam baxanda sadəcə  təəssüf edirsən. Nə etmək olar, dünya  naqislərdən xali deyil.

      Amma  biz  qədirbilən xalqıq, millətik.Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir və  edəcək.

 

Gülşən  Behbud


 


Xəbər lenti