Heydər Əliyev siyasətinə və Prezident İlham Əliyevə Əli Həsənov qədər sədaqətli kim olacaq ki?

Heydər Əliyev   siyasətinə  və Prezident  İlham Əliyevə  Əli  Həsənov qədər  sədaqətli  kim olacaq  ki?

  

  Ömrünü  Ulu  Öndər  Heydər Əliyev   siyasətinə   və Prezident  İlham Əliyevə həsr   edən   Əli  Həsənov  qədər  sədaqətli  kim olacaq ki?

 

 

İnsanlar, insanlara şəxsiyyərinə görə deyil, vəzifəsinə, tituluna görə davranırlar. O üzdən gələnin qarşısında baş əyir, gedənin kölgəsini baltalayırlar

Ayıb bir şey... o üzdən insan olmaq lazımdır ki, dogru qiymət verməyi bacarasan!

 Əli Həsənovu uzun illər   mətbuat  adamı olaraq  tanıyıram,  nə qədər  sədaqətli  və güvənilən, yumşaq   təbiətli  və  xeyirxah bir  insan oldugunu    anlamışam.  Vəzifəm,titulum   falan yoxdur deyəsiniz ki,  bəlkə onun köməyi  dəyib. Qətiyyən   tədbirlərdə  belə uzaqdan salamlaşmışam. Amma ona  sonsuz  hörmətim  olub insan  olaraq. 

 Heydər  Əliyev  siyasətinə  onun  qədər  sədaqətli, onun  qədər   vicdanla xidmət  edənlər çox  azdır. Göz qabagındadır   hər  şey. Başqaları   Heydər  Əliyevin adından  istifadə  edib özlərinin  sosial durumlarını, öz əsli-nəslini   vəzifələrə   gətirir, istifadə  edirlər. Nədi-nədi 30  il bundan qabaq    Heydər Əliyev çıxış edəndə   "əl çalıblar”. Hətta  iki sözü   ifadə   edə bilməyənlər  "Millət  Vəkili”   iddiasına  düşdülər.

       Əli Həsənov  əsl  siyasətçi olmaqla  yanaşı  humanist  və uzaqgörən  insandır. O Heydər   Əliyev   siyasətinə layiqli  şəkildə  xidmət  edib  və  bu gün də prezidentimiz    İlham Əliyev  cənablarına  xidmət edir.  Əli  Həsənovun ətrafı  da, tanıyanları da  Heydər  Əliyev irsinin mükəmməl  şəkildə   təblig  etməklə   yanaşı,Azərbaycan  gəncliyinin  gələcəyini düşünərək ,  dövlətin –dövlətçiliyinin  gələcək  rifahını nəzərə  alaraq   addımlayıb.

   Nəzər  salaq  Azərbaycanda    Heydər Əliyev    siyasətini  ləyaqətlə və  ugurla,    bütün sahələrdə  geniş formatda    təblig  etməkdə, uca  tutmaqda Əli  Həsənov və  onun ətrafı  qədər kim  çalışıb.

 

   1990 -ci illər  gəncliyim və  tələbəliyim  qədər  unudulmur…

Hələ  o illərdə   baş verən  mitinqlərdə   deyirdim ki, bu "qaranlıgı "  yalnız Heydər  Əliyev  siyasəti  "işıqlandıra" bilər.  Hətta   aktiv  mitinqcilərdən  oldugum  üçün  mənə  iki mənalı baxışlar vardı.  Amma  mən o "baxışları "  illər  sonar  başa  düşmüşdüm. Agı da, qaranı da,  xəyanəti  də, etibarı da  görə-görə  gəlmişik.

 Mən Heydər Əliyev  şəxsiyyətini   hər zaman  sevmişəm, bu gündə  sevirəm, onu sevənləri  də   sevirəm.

       Bu  baxımdan Əli Həsənovun   atdıgı  addımlar  və  onun timsalında ,  onun ətarfının    dövlətin yolunda  göstərdiyi   sədaqəti görməmək  üçün  kor olmaq lazımdır.   Bu gün Əli Həsənovun  postu  ləgv edilib  və işdən  azad   edilib.  Bu  Əli Həsənovun   həsr etdiyi ömrünü ,  itirdiyi saglamlıgının  üzərindən  xətt çəkmək deyil və olmamalıdır.   Oldugu kimi  qəbul  etmək lazımdır, hər  şeyi. Vəzifədən  azad olunmaq  həyatın  sonu deyil.

 

Ömrünü Ulu  Öndər  Heydər Əliyev   siyasətinə  və Prezident  İlham Əliyevə həsr   edən   Əli  Həsənov  qədər   sədaqətli  kim var ki?

 

 

 

Gülşən Behbud

 


 

Xəbər lenti