Gülşən Behbud : "Şuranın fəaliyyəti göz önündədir”

Gülşən   Behbud :

"Şuranın   fəaliyyəti göz  önündədir”

 

Şuradan  şikayət edənlər  perspektivsiz, bacarıqsız  insanlar ola bilər

 

Mənə bir dövlət qurumu göstərin ki,Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası qədər ictimaiyyət tərəfindən rəgbət qazanıb.

Şuranın fəaliyyəti nəticəsində, kreativ layihələr hesabına insanlar öz intellektlərini zənginləşdirirlər, olmadıqları ölkələrə səfər edirlər, xəyal belə edə bilmədikləri gerçəkliklər yaşayır, özlərini kəşf edirlər.Şura şəxsin, təşkilatın  özünü göstərməsi üçün ən ideal bir dövlət qurumudur. Şuradan şikayət edənlər zəif, perspektivsiz, əlindən bir iş gəlməyənlər ola bilər.  10 ilə yaxın dövlət qurumunda çalışan, 15 ilə yaxın mətbuat orqanlarında fəaliyyəti olan bir vətəndaş olaraq demək istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası qədər dövlətə,  xalqa ,cəmiyyətə,   vətəndaşa xeyir verən ikinci bir qurum görmədim.

Maarifləndirmək, Azərbaycan xalqına məxsus olan dəyərləri, gerçəkləri aşılamaq, layihələrlə tanıtmaq, Qarabag problemini beynəlxalq aləmdə işıqlandırmaq kimi geniş arenası olan dövlət qurumudur Şura.

Ola bilər ki, kiminsə fərdi olaraq , kimləsə hər hansı bir incikliyi , problemi yaransın. Amma bu o demək deyil ki, yarandıgı gündən xalqa böyük xidmət göstərən Şura buna görə tənqid edilsin,  işıqlı  fəaliyyətinə kölgə salınsın.

Əksinə Şura birliyə, vətandaş həmrəyliyinə , ali fikir bütövlüyü, layihələri ilə bu xalqa xidmət  edən,  fəaliyyəti  göz qabagında  olan  qurumdur .

Başda qurumun rəhbəri,  hörmətli Millət Vəkilimiz Azay Quliyevin və hər bir vətəndaşa şəxsiyyət olaraq hörmətlə yanaşan  icraçı   direktoru Fərasət  Qurbanov və vətəndaş həmrəyliyini söz ilə deyil davranışları ilə göstərən səmimi Şura kollektivi, Prezidentimiz cənab İlham Əliyevin dediyi kimi xalqa, vətəndaşa xidmət edir!

 

Şairə-jurnalist

    Gülşən  Behbud

 

 

Xəbər lenti