Gələcək nəsillərin rifahı üçün imzalanan “Əsrin müqaviləsi”

Gələcək nəsillərin rifahı üçün imzalanan  “Əsrin müqaviləsi”

Dahi lider Heydər Əliyevin xalqın iradəsi sayəsində 1993-cü ildə hakimiyyətə qayıdışı ilə Azərbaycan mövcud fəlakətlərdən, hərc-mərclikdən xilas olundu. Təbii ki, bu prosesin baş verməsi, inkişafın təmin edilməsi üçün əməli addımlar atılmalı idi. Bu mənada ölkənin təbii resurslarından istifadə edilməsi və yerli məhsulların xarici bazarlara çıxışının təmin olunması mühüm əhəmiyyət kəsb edirdi. Məqsəd Azərbaycan iqtisadiyyatını dirçəltmək, bununla da Azərbaycanın nüfuzunu dünyada artırmaq, ölkənin inkişafına nail olmaq idi. Bu həm də müstəqilliyimizin davamlılığını və möhkəmliyini təmin etmək üçün daha böyük layihələrin həyata keçirilməsini şərtləndirirdi. Beləliklə20 sentyabr 1994-cü ildə Bakı şəhərində Xəzər dənizinin Azərbaycana aid sektorunda yerləşən "Azəri”, "Çıraq” və "Günəşli” yataqlarının birgə istismarı ilə bağlı neft hasilatı üzrə ixtisaslaşmışnüfuzlu dövlətləri təmsil edən 12 iri neft şirkəti arasında beynəlxalq müqavilə imzalandı.Bu "Yeni neft strategiyası”nın uğurla həyata keçirilməsinə ilkin zəmin yaratdı.Bu müqavilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi və 12 dekabr 1994-cü il tarixdə qüvvəyə mindi. Sonradan "Əsrin müqaviləsi” adlandırılan bu iri layihə üzrə ilkin neft 12 noyabr 1997-ci ildə hasil edilməyə başlandı. Təqribən, 730 milyon ton neft və 200 milyard kubmetrə yaxın təbii qaz – kondensat ehtiyatına malik olan yataqlarda görüləcək işlərə 12-14 milyard ABŞ dollarına yaxın investisiya qoyuluşu nəzərdə tutulurdu ki, bu da müstəqilliyini yenicə əldə etmiş Azərbaycan Respublikası üçün çox vacib idi.Paralel olaraq Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti yaradıldı və təsdiq olunanvahid proqram üzrə ARDNŞ ilə birgə işlərə başlandı.Bu sazişin davamı olaraqdünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 26 sazişin də imzalanmasına şərait yaradıldı.1999-cu ilin dekabrında Azərbaycan nefti ilə doldurulmuş ilk tanker dünya bazarına çıxarıldı.  "Əsrin müqaviləsi”ndən başlanan yol bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Neft sənayesinin  inkişaf etdirilməsi ilə yanaşı qeyri-neft sektorunun da tərəqqisi üçün mühüm addımlar atılır. Bütün bunlar isə Azərbaycanın daim artan nüfuzuna, bölgədə və dünyada söz sahibi olmasına zəmin yaradır.Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri iqtisadi gücümüzün artmasına xidmət edən digər bir layihədir ki, bu da "Əsrin müqaviləsi”nin davamı kimi qiymətləndirilə bilər.Bu kəmər Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasına imkan verməklə yanaşı, həm də "İpək yolu”nun və türkdilli ölkələrin əsas magistral kəməri statusunu qazanıb.

"Əsrin müqaviləsi” imzalanarkən bəziləri bunun uğuruna inanmırdı və hesab edirdilər ki, müqavilə elə kağız üzərində qalacaq. Çünki onun həyata keçirilməsi üçün təkcə iqtisadi deyil, eyni zamanda, siyasi və geosiyasi məsələlər öz həllini tapmalı idi. Heydər Əliyevin neft strategiyası və Heydər Əliyev diplomatiyası bunların həllini təmin etdi”.Prezidentİlham Əliyevə məxsus bu fikir əslində        "Əsrin müqaviləsi”nin imzalanması, onun həyata keçirilməsinin nə qədər çətin lakin vacib, taleyüklü  bir məsələ olduğunu  bir daha təsdiq edir.Prezident İlham Əliyev tərəfindən həyata keçirilən irimiqyaslı islahatlar, qəbul edilən qərarlar, reallaşan dövlət proqramları sayəsində Azərbaycan iqtisadi artım göstəriciləri ilə dünyanın lider dövlətləri sırasındadır. Hazırda  reallaşdırılan  neft strategiyası ilə  Azərbaycan dünya və dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu bəyan edir. Tam əminliklə deyə bilərik ki,təməli dahi lider Heydər Əliyev tərəfinən qoyulan Azərbaycan iqtisadiyyatı dinamik inkişafı ilə regionun və dünyanın diqqət mərkəzindədir. Müxtəlif sahələri əhatə edən irimiqyaslı layihələrə ev sahibliyi edən Azərbaycan neft-qaz ölkəsi kimi bölgədə liderliyini inamla davam etdirir.Bunun nəticəsidir ki, Azərbaycan inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Ölkəmiz MDB məkanında ən sürətli və dinamik inkişaf edən iqtisadi tepmə malikdir. Bu proseslərin isə başlanğıc nöqtəsi 25 il əvvəl imzalanan "Əsrin müqaviləsi”dir.Deməli ulu öndər Heydər Əliyevin vaxtı ilə dediyi fikir öz təsdiqini bu gün tapmaqdadır: "Əsrin müqaviləsi” ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır”.Ölkə başçısı İlham Əliyev isə çıxışlarında dəfələrlə vurğulayıb ki, "…əsas məqsəd   Azərbaycanı güclü dövlətə çevirməkdir.Bu vəzifə bir müddət əvvəl qarşıya qoyulmuşdur və biz bu məqsədə doğru irəliləyirik!”

 

Elçin Quliyev,

Milli Məclisin deputatı

 


Xəbər lenti