Əslən azərbaycanlı dizayner Norveçdə «Qarabağ ulduzuyam» dedi

Əslən azərbaycanlı dizayner Norveçdə «Qarabağ ulduzuyam» dedi

RezonansPress.az ,  BakuPost-a istinadən xəbər verir ki,   Norveçdə yaşayan əslən Azərbaycanlı modelyer Şervin Nəcəfpur üzərində "Mən Qarabağ ulduzuyam" (I'm a st*r of Karabakh) yazılı öz yeni kolleksiyasını Norveç paytaxtı Osloda keçirilən moda nümayişində təqdim edib.

 Şervin Nəcəfpurun bu dəfə təqdim etdiyi kolleksiyada 8 oğlan model xüsusi dizayn olunmuş, üzərində Azərbaycan, Xocalı, Qarabağ, Pakistan, İslamabad və Kaşmir yazılı köynəkləri nümayiş etdiriblər.

 Arasında yerli siyasətçilər, Oslo şəhər meri, Türkiyə və Pakistan səfirləri, məşhur aktyorlar və KİV nümayəndələrin də olduğu 500 nəfərdən çox qonağın qatıldığı moda tədbirdə, nümayiş olunan bu geyimlər böyük marağa səbəb olub.

 

      Mədəni müxtəlifliyi təbliğ edən VOC - Voyage of Creations moda nümayişinə BƏƏ, Pakistan və Avropanın digər ölkələrindən gələn müxtəlif modelyerlər öz işlərini təqdim ediblər.

Xəbər lenti