"Ermənistanın regional təhdidi"- Bakıda müzakirə olundu...

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) "Ermənistanın regional təhdidi" mövzusunda beynəlxalq forum keçirib. 

 

 

 

 

Cebhe.info xəbər  verir ki, Forumda dövlət rəsmiləri, millət vəkilləri, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri və xarici ölkə səfirləri və diplomatik korpusların nümayəndələri, media və QHT rəhbərləri, ziyalılar, tələbələr iştirak edib. Forumu giriş sözü ilə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru, BMAM sədri Rufiz Qonaqov açaraq tədbir iştirakçılarını salamlayıb. O, Azərbaycanın ərazi bütövlüyünün pozulması və qaçqın və məcbur köçkün həyatı yaşayan 1 milyondan artıq Azərbaycan vətəndaşlarının hüquqlarının təmin edilməsi istiqamətində dünya birliyini ciddi qərarlar qəbul etməyə, ikili standartlara son qoymağa, ədalətli mövqe sərgiləməyə cağırıb. Ermənistanın bu gün də davam etməkdə olan işğalçılıq siyasətinin Cənubi Qafqaz regionuna ciddi təhlükə olduğunu bildirib. BMAM sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səsləndirdiyi "Münaqişənin digər həlli yolları yoxdur. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, heç vaxt olmayıb və heç vaxt olmayacaqdır. Azərbaycan xalqı və dövləti heç vaxt imkan verməz ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın” fikirlərini bir daha forum iştirkçılarının diqqətinə çatdırıb. Şura üzvü qeyd edib ki, bütün səylərə baxmayaraq, Ermənistanın işğala son qoymaması regional və qlobal təhlükəsizlik sistemi üçün də ciddi təhdiddir və bu siyasət regionda acı nəticələrə gətirib çıxarır: "Ermənistanda baş verən son hakimiyyət dəyişikliyindən sonra prosesin normallaşmasına ümid yaransa da, təkrarlanan qeyri-konstruktiv mövqe indiki rejimin də mahiyyətinin özündən əvvəlkinə bənzədiyi göz önündədir”. 

Foruma moderatorluq edən BMAM-nin eksperti Rəfail Becanov hər il keçirilən bu tədbirin əhəmiyyətindən danışıb. Milli Məclisin komitə sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov "Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi yeni mərhələdə” mövzusunda məruzə edib. 

Məruzəçi bildirib ki, danışıqlar prosesi davam etdirilir, lakin Ermənistan tərəfinin ənənəvi separatizm siyasəti  danışıqların effektivliyinə mane olur:"Ermənistanda hakimiyyət dəyişikliyi də bu prosesə hələ ki, öz töhfəsini verməyib. Azərbaycan sülh yolu ilə torpaqlarımızın azad olunmasının tərəfdarıdır və bunu dəfələrlə bildirmişik. Biz bunu bütün səviyyələrdə bəyan etmişik və Ermənistanı bir daha danışıqlar yolu ilə problemi həll etməyə çağırırıq”. 

Deputat Qüdrət Həsənquliyev "Erməni terrorunun doğurduğu real təhdidlər və tarixi həqiqətlər” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, bu proses illərdir davam edir:

"Ermənistanın təhdid və təzyiqləri region üçün olduqca təhlükəli nəticələrə gətirib cıxarıb. Ermənistandakı hakimiyyət dəyişikliyi prosesi müsbət istiqamətdə aparmır, əksinə daha təhlükəli nəticələrə yol açır. Ermənistan tərəfi anlamalıdır ki, bu münaqişə nəticəsində özünü pis duruma salıb və ölkədə faktiki olaraq iqtisadi və siyasi böhrandır. Siyasi böhran, iqtisadi böhran, demoqrafik böhran Ermənistanı süquta aparır”. 

Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, millət vəkili Cavanşir Feyziyev məruzəsində Ermənistanın Cənubi Qafqazda xalqların təhlükəsizliyinə qarşı davam etməkdə olan təhdid siyasətinin aradan qaldırılması istiqamətində region dövlətlərinin bir araya gəlməsinin vacibliyini vurğulayıb. 

Beynəlxalq ictimaiyyətin ədalətsiz qərarlarına, bəzi beynəlxalq təşkilatların tətbiq etdiyi ikili standartlara etirazını bildirib. Millət vəkili qeyd edib ki, nə qədər ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən geri çəkilməyib, Cənubi Qafqazda xalqların dinc və yanaşı yaşaması məsələsi sual altında qalır. Həmçinin dünya birliyinin işğalçı tərəfin bu hərəkətlərinə etinasız münasibəti müasir beynəlxalq münasibətlər sistemi üçün arzuolunmaz ənənələrin təməlini qoyur. 

Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsinin rəisi Leyla Abdullayeva "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hazırki danışıqlar prosesindəki vəziyyəti ” mövzusunda məruzə ilə çıxış edib. XİN-nin idarə rəisi həmçinin münaqişənin həlli istiqamətində ölkə başçıları və xarici işlər nazirləri arasında son dövrlərdə keçirilən görüşlərin nəticələrini də şərh edib. Ermənistanın qeyri-konstruktiv mövqeyini forum iştirakçılarının diqqətinə çatdırıb. O bildirib ki, 30 ilə yaxındır ərazilərimiz iğşal olunub. Ermənistan BMT Təhlükəsizlik Şurasının bu münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnaməni yerinə yetirməkdən imtina edir. Müxtəlif beynəlxalq qurum və təşkilatlar tərəfindən, o cümlədən dünya dövlətləri tərəfindən Azərbaycanın ərazi bütövlüyünün qeyd-şərtsiz bəyan edilməsinə baxmayaraq, Ermənistan geri çəkilmir və faktiki olaraq 20 faizdən çox ərazimiz işğal,1 milyondan çox soydaşımız məcburi köçkün həyatı yaşayır. 

Yekun məruzə ilə cıxış edən millət vəkili, professor Elman Nəsirov bu kimi forumların keçirilməsinin ölkə və regionun təhlükəsizliyi istiqamətində əhəmiyyətindən danışdı. O, Ermənistanın separatizm siyasətinin qarşısının alınması istiqamətində BMT qətnamələrinə diqqəti yönəldib və bildirib ki, Ermənistanın işğalçılıq siyasəti BMT-nin 4 qətnaməsində də öz əksini tapıb. Ermənistan beynəlxalq hüquqa əməl etməklə işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməli, öz etnik separatizm əməllərindən imtina etməlidir. Ermənistanın faktiki işğal siyasəti bütün dünya tərəfindən pislənməli, ikili standartlara son qoyulmalıdır. 

Məruzə ətrafında millət vəkili, siyasi elmlər doktoru, professor Hikmət Məmmədov, digər millət vəkilləri Pərvin Kərimzadə, Fazil Mustafa, Jalə Əliyeva, Çingiz Qənizadə, Azər Badamov, Tahir Mirkişili, Tahir Kərimli, Milli Məclisin şöbə müdir müavini Ülviyyə Abdullayeva və Milli Məclisin İnsan Hüquqları eksperti Əhliman Tağıyev, Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov,  politoq, "Teleqraf media qrupunun rəhbəri Aynur Camalqızı, fəlsəfə elmləri üzrə fəlsəfə doktoru Hüseyn İbrahimov və başqaları çıxış edərək bildiriblər ki, Ermənistanın Cənubi Qafqaz xalqları üçün davam etdirdiyi aqressiv, antihumanist siyasətinin qarşısının alınmasında beynəlxalq təşkilatlar, diaspor qurumları, vətəndaş cəmiyyətləri fəal olmalı, Ermənistanın təhdid siyasətinin qarşısının alınmasında yaxından iştirak etməlidirlər. Bunun üçün kifayətdir ki, Cənubi Qafqazın bütün media vasitələri-sosial şəbəkələr, bütünlükdə isə hər bir vətandaş separat təhdidlərlə mübarizədə özünü dördüncü hakimiyyət- KİV nümayəndəsi hesab etsin. Millət vəkilləri və politoloqlar cıxışlarında Ermənistanın danışıqlarda sərgilədiyi qeyri-konstruktiv mövqeyinin özlərinin əleyhinə işlədiyini, siyasi və iqtisadi tənəzzülə gətirib cıxardığını konkret faktlarla konfrans iştirakçlarının diqqətinə çatdırıblar. Sonra məruzələr ətrafında çıxışlar davam etdirilib. 

Tədbirin sonunda Beynəlxalq Forumun iştirakçıları adından Ermənistanın regional təhdid siyasətinə dair bəyanat qəbul edilib.

Bəyanatda deyilir: 

"Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə nail olmaq, Cənubi Qafqazda davamlı sülhün bərqərar olması Azərbaycanın xarici siyasətində prioritet təşkil edir. Münaqişənin tezliklə ədalətli həlli, bölgədə əmin-amanlığa nail olunması, təkcə Azərbaycan üçün deyil, həm də bütöv regionun sosial-iqtisadi inkişafına, dünyada təhlükəsizliyin möhkəmlənməsinə öz töhvəsini verə bilər. Məlumdur ki, Ermənistanın tarix boyu apardığı təhdid siyasəti nəticəsində bir milyondan artıq Azərbaycan ailəsi, eləcə də ölkəmizdə yaşayan minlərlə digər xalqların nümayəndələri öz tarixi yaşayış yerlərini tərk edərək qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Azərbaycan bu gün Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn verdiyi imkanlar çərçivəsində aradan qaldırılması istiqamətində fəal və məqsədyönlü siyasət aparır. Çox təəssüf ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi, danışıqlar prosesini uzatmağa yönəlik cəhdlər münaqişənin həlli istiqamətində konkret nəticələrin əldə olunmasına maneələr yaradır. Dünyaya məlumdur ki, Ermənistanın terror siyasəti ən dəhşətli faciələrdən olan Xocalı soyqırımına səbəb olmaqla, dinc sakinlərə qarşı törədilmiş ən amansız soyqırım kimi tarixə düşmüşdür. Azərbaycan ərazilərini danışıqlar yolu ilə qaytarmaq istəməyən Ermənistanın etnik separatizm siyasəti bu gün də davam edərək, yalnız Azərbaycan üçün deyil, ümumiyyətlə Cənubi Qafqaz Regionu üçün ciddi təhlükə olaraq qalır. Dünya ictimaiyyəti, BMT, AŞPA, Aİ, ATƏT-in Minsk qrupu kimi nüfuzlu beynəlxalq təşkilatların Ermənistana tətbiq etdiyi qətnamə və tələblərin bu günə qədər nəticəsiz qalması ikili standartların bariz nümunəsidir. Ermənistanın separatizm siyasəti həm də regionun dünya əhəmiyyətli bütün qlobal layihələri üçün təhlükə mənbəyidir. Aydın görünür ki, Ermənistanda son seçkilər zamanı siyasi hakimiyyətə gələn qruplar Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə mane olmaq, Cənubi Qafqazda sabitliyi pozmaq, regionda təxribata yönəlik siyasi xətt seçmişlər. Bu Bəyanatı imzalayan Forum iştirakçıları dünya ictimaiyyətini, BMT Təhlükəsizlik Şurasına üzv dövlətləri tarixən insanların və mədəniyyətlərin dialoq məkanı olan Cənubi Qafqazın Ermənistanın regional təhdid siyasəti ilə hədəfə çevrilməsinin qarşısını almaqda əhəmiyyətli qərarlar qəbul etməyə, Dağlıq Qarabağ münaqişəsinin Beynəlxalq Hüquq normaları çərçivəsində həllinə nail olmağa çağırırıq”.

 

<!-- [if gte mso 9]> Normal 0 false false false RU X-NONE X-NONE MicrosoftInternetExplorer4 <!-- [if gte mso 9]> <!-- [if gte mso 10]> /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Обычная таблица"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:""; mso-padding-alt:0cm 5.4pt 0cm 5.4pt; mso-para-margin-top:0cm; mso-para-margin-right:0cm; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0cm; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:"Times New Roman"; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}

Xəbər lenti