Əli Məsimli: Anlaşma Memorandumu yeni reallıqlar kontekstində böyük coğrafiyada inkişafa və sabitliyə töhfə verəcək

Yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması qlobal kontekstdə çox mühüm əhəmiyyət kəsb edir. Memoranduma 2020-ci ildə Azərbaycanın yaratdığı iki mühüm yeni reallıq kontekstindən yanaşsaq, bilavasitə bu sənədin özünün, eləcə də onun reallaşdırılmasının multiplikativ effektinin həm iki ölkə arasındakı münasibətlər, həm regional, həm də qlobal nüanslar baxımından əhəmiyyətinə daha çox işıq düşmüş olar. Belə ki, dünya üçün çox ağır və mürəkkəb keçən 2020-ci il Azərbaycan üçün ağır olsa da, ötən il həm də iki cəhətdən çox əlamətdar oldu.
Bu fikirləri Milli Məclisin deputatı Əli Məsimli bildirib.
Ə.Məsimli fikirlərini belə izah edib: "Birincisi, Azərbaycanın İkinci Qarabağ müharibəsindəki Qələbəsi 30 illik işğala son qoydu. Amma bu, təkcə Azərbaycan miqyaslı hadisə deyil. 44 günlük Qarabağ müharibəsi və qazandığımız böyük Qələbə həm də regionda yeni reallıq yaradıb. Bu müharibədən sonra təkcə Cənubi Qafqazda deyil, keçmiş SSRİ-nin bütün məkanında keyfiyyətcə yeni bir geosiyasi və iqtisadi gerçəkliyin formalaşmasının şahidi oluruq. Həmin yeni reallıq, heç şübhəsiz, regional və qlobal proseslərə öz təsirini göstərəcək və Azərbaycanı daha da gücləndirəcək. Güclənmiş və imkanları artmış Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə əksər ölkələrin, xüsusən də region ölkələrinin marağı da artır”.
Deputatın sözlərinə görə, Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunu istifadəyə verdikdən sonra Türkmənistan tranzit ölkəyə çevrilib və bu, ona böyük fayda verir. Mehri dəhlizi vasitəsilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa quru yolunun işə düşməsi ilə şübhəsiz ki, ölkəmizdən Naxçıvana, oradan isə Türkiyəyə çıxış, əks-istiqamətdə isə Türkiyədən Cənubi Qafqaz, Orta Asiyadan keçməklə Çin Xalq Respublikasınadək nəhəng türk zolağı uzanacaq. Strateji əhəmiyyətə malik olan bu layihənin reallaşdırılması region ölkələri kimi Azərbaycan və Türkiyə ilə yanaşı, Türkmənistana da müəyyən şanslar və üstünlüklər verəcək. Azərbaycan ilə Türkmənistan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq bizim regionda yaranmış yeni şərait və yeni nəqliyyat yollarının açılması imkanları nəzərə alınmaqla daha yüksək səviyyəyə çatacaq.
Əli Məsimli ikinci məsələ kimi 2020-ci ilin sonlarında Azərbaycan qazının ilk dəfə Avropaya çıxmasını qeyd edib. Bildirib ki, Azərbaycanın kommersiya qazının Trans-Adriatik Boru Kəməri vasitəsilə Avropaya tədarükünün başlanması ilə Cənub Qaz Dəhlizinin strateji məqsədinə nail olunub. Cənub Qaz Dəhlizinin əsas resurs mənbəyi olan "Şahdəniz” yatağından hasil edilmiş təbii qazın Türkiyə bazarına 2018-ci il iyunun 30-dan TANAP-la nəqlinin ardınca, ötən ilin sonlarında ilk dəfə Avropa bazarına daxil olması Azərbaycanın qaz ölkəsi kimi inkişafında yeni səhifə açır. Enerji təhlükəsizliyi layihələri Azərbaycanın liderliyi ilə qətiyyətlə həyata keçirilir. Avropaya təbii qazın nəqli tədarük bazarlarını şaxələndirməklə istehsalçı kimi ölkəmizin, mənbə və marşrutları diversifikasiya etməklə isə istehlakçı ölkələrin enerji təhlükəsizliyini gücləndirəcək, böyük coğrafiyada inkişafa və sabitliyə töhfə verəcək. Avropanın cənubunun yeni mənbədən qazla təchiz edilməsi istehlakçıların daha münasib şərtlərlə enerji ilə təminatına töhfə verməklə yanaşı, həm də Avropanın Xəzər regionu ilə birləşdirilməsinə də xidmət edir. Azərbaycanın iştirakı və təşəbbüsü ilə genişmiqyaslı nəqliyyat və enerji layihələrinin istismarı, həyata keçirilməsi bölgənin cəlbediciliyini artırır, onu nəqliyyat mərkəzinə çevirərək Avropa ilə Asiya arasında körpü yaratmaqla Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verir. Türkmənistan da öz enerji resurslarını Avropa bazarlarına çıxarmaqda maraqlı görünür. Türkmənistan 2017-ci ildə Cənub Qaz Dəhlizi Məşvərət Şurasına qoşulub. Türkmənistan öz qazının bu dəhliz vasitəsilə Avropa bazarlarına çıxarılmasını istəyir.
Deputat qeyd edib ki, ilk olaraq, Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində uzun illər müzakirə mövzusu olmuş, Azərbaycanın "Kəpəz”, Türkmənistanın isə "Sərdar” adlandırdığı, təqribən 35 milyard dollar dəyərində qiymətləndirilən yatağın "Dostluq” yatağı adlandırılaraq onun karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması, hər şeydən əvvəl, xalqlarımızın dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir. Ona görə də "Dostluq” yatağı haqqında sənəd, Azərbaycan Prezidentinin sözləri ilə desək, "tarixi sənəddir”. Çünki Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır və bu yataq, həmin yataqdakı iş ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq, həm Türkmənistan, həm də Azərbaycan xalqlarına xeyir gətirəcək.
"İkincisi, Memorandumun imzalanması Xəzərdə Türkmənistan ilə Azərbaycanın energetika sahəsində əməkdaşlığı prinsipcə yeni mərhələyə daşıyır. Bu, Azərbaycan və Türkmənistanın Xəzər dənizinin qarşılıqlı anlaşma və səmərəli tərəfdaşlıq zonasına çevrilməsinə töhfəsini artıracaq.
Üçüncüsü, bu Memorandumla Xəzərdə maraqların toqquşmasından maraqların balanslaşdırılması və harmoniyasına keçidin əsası qoyulur. Möhkəm beynəlxalq hüquqi bazaya əsaslanan birgə iş üçün yeni imkanlar açılır.
Dördüncüsü, Memorandumun reallaşdırılması Azərbaycanla Türkmənistanın çox zəngin birgə potensialının üzə çıxarılmasına, ixrac imkanlarının genişlənməsinə və əlavə valyuta gəlirlərinin əldə edilməsinə təkan verəcək. Bundan başqa, Memorandumun reallaşdırılması enerji sahəsində əməkdaşlığın möhkəmlənməsinə, bunun multiplikativ effekti isə digər sahələrdə də əməkdaşlığın və iqtisadi-ticari əlaqələrin genişlənməsinə kömək edəcək”, - deyə Əli Məsimli qeyd edib.
Deputat bildirib ki, Memorandumun reallaşdırılmasının digər faydası Xəzərin iki enerji dövlətinin bu regionda geniş qarşılıqlı faydalı əməkdaşlığının yaxşı nümunə ola biləcəyidir. Bu isə Azərbaycan və Türkmənistanla yanaşı, regionun digər ölkələrinin də enerji təhlükəsizliyinin möhkəmlənməsinə şərait yaradacaq. Həmçinin Memorandumun həyata keçirilməsi beynəlxalq tərəfdaşlığın inkişafı üçün əlverişli şərait yaradılmasına xidmət edəcək. Bu layihənin reallaşdırılmasına iri xarici investisiyaların cəlb edilməsi üçün əlavə imkanlar və onun ardınca orta kapitalın gəlişinə stimullar yaranacaq. Yatağın istismarı, eyni zamanda, Xəzərin karbohidrogen ehtiyatlarından istifadə məsələlərində Azərbaycanla Türkmənistanın fikir ayrılığının aradan qalxması, enerji ehtiyatlarının Azərbaycan ərazisi vasitəsilə bazarlara çıxarılması və tranzit daşımaları sahələrində də iki ölkənin əməkdaşlığını yeni mərhələyə daşıyacaq”.
Əli Məsimli vurğulayıb ki, bu, habelə Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açmaqla, Azərbaycan və Türkmənistanın iqtisadi inkişaf göstəricilərinə müsbət dinamizm verəcək, artım templərinin sürətləndirilməsinə, yeni iş yerlərinin açılmasına və digər istiqamətlərə əlavə təkan olacaq.
RezonansPress.az
Xəbər lenti
-
14:51Azərbaycan Prezidenti: Təəssüf ki, vaksinlər dünya ölkələri arasında ədalətli bölünmür
-
14:42Tokioda yaşayan həmyerlilərimiz Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyası keçiriblər
-
14:36Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirir
-
14:33Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda peyvəndləməyə başlamış birinci ölkədir
-
14:23Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
-
14:14Öz səsini bəyənməmək özünəinam hissinin olmamasının nəticəsidir
-
14:03Prezident İlham Əliyev: Ərazilərin bərpası üzrə böyük planlarımız var və onları reallaşdıracağıq
-
13:30Erkan Özoral: Xocalı faciəsinin səbəbkarları, bu qətliamı törədənlər mütləq mühakimə olunmalıdırlar
-
12:50Prezident İlham Əliyev: Biz yeni reallıqlar yaratmışıq, Ermənistan və bütün başqa ölkələr bu reallıqla hesablaşmalıdır
-
12:07Azərbaycan Respublikası Milli Məclisi ilə ABŞ Konqresi arasında ikitərəfli münasibətlərə dair videokonfrans keçirilib
-
12:05Prezident: Biz bundan sonra da çalışacağıq ki, dünya ölkələri Xocalı soyqırımını rəsmən tanısınlar
-
12:03Avropa Şurasının prezidenti Gürcüstana səfər edəcək
-
11:39Prezident İlham Əliyev: Biz Xocalı qurbanlarının intiqamını döyüş meydanında aldıq
-
11:28Prezident İlham Əliyev: İndi bütün dünya bilir ki, Azərbaycan xalqı XX əsrin sonunda soyqırımına məruz qalıb
-
11:22Deputat: Azərbaycan Ordusu Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə Xocalı soyqırımının da qisasını alı
-
11:05Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər
-
10:50Kolumbiya Senatı Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat qəbul edib
-
10:42Prezident İlham Əliyev rəsmi “Facebook” səhifəsində Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
-
10:33Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb
-
09:43Birinci vitse-prezident Mehriban Əliyeva: Xocalı soyqırımı kimi faciələr unudula bilməz
-
08:42Heydər Əliyev Sarayı “Xocalı fəryadı”adlı layihə hazırlayıb
-
08:38Xocalı soyqırımı Peru mətbuatında geniş işıqlandırılıb
-
08:20İstanbulda “Əsrin soyqırımı-Xocalı” adlı fotosərgi açılıb
-
22:56Azərbaycan və Böyük Britaniya parlament dostluq qruplarının görüşündə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
-
21:51ATƏT Parlament Assambleyasının vitse-prezidenti Xocalı soyqırımını törədənlərin cəzalandırılmasını tələb edib
-
20:03Prezident İlham Əliyev "Signify" şirkətinin baş icraçı direktorunu və şirkətin rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edib
-
14:05ÜST-nin Azərbaycan nümayəndəliyi bölgələrdə psixi sağlamlığa və psixososial dəstəyə öz töhfəsini verir
-
13:50Prezident şəhid ailələri və müharibə əlilləri ilə görüşdü
-
13:37İlham Əliyev Şağan Reabilitasiya Pansionatının açılışında
-
13:31Azərbaycan səfiri: ilk dəfə qan tökülməsi Sumqayıtda baş verməyib
-
13:17"O, son 100 ildə Türk dünyasının ən yetişdirdiyi ən qüdrətli lideridir" - Milli Qəhrəman
-
13:05XİN: Lüksemburqun xarici işlər nazirinin Azərbaycanı ittiham etməsi onun bölgədəki vəziyyətdən xəbərsiz nümayiş etdirdiyi qərəzli mövqeyinin göstəricisidir
-
12:23“Bakcell”dən onlayn iş və təhsil üçün internet paketi
-
12:17Kiyev-Bakı aviareysinin bərpası planlaşdırılır
-
11:52Respublika Uşaq Kitabxanası Abdulla Şaiqin 140 illiyinə həsr olunmuş virtual kitab sərgisi açıb
-
11:41Türkiyə-Azərbaycan strateji əməkdaşlığı yeni müstəvidə
-
11:34COVID-19 xəstəliyini keçirənlər soyuq havada özlərini daha çox qorunmalıdırlar
-
11:26Soyuq günlərin isti içkiləri
-
11:11Maskadan istifadə edilməsi qripə yoluxma hallarının azalmasına səbəb olub
-
10:33Əfqanıstan səfiri "ASAN xidmət"də
Digər xəbərlər
-
Siyasət
Azərbaycan Prezidenti: Təəssüf ki, vaksinlər dünya ölkələri arasında ədalətli bölünmür
-
Siyasət
Tokioda yaşayan həmyerlilərimiz Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyası keçiriblər
-
Siyasət, Manşet
Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirir
-
Siyasət
Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda peyvəndləməyə başlamış birinci ölkədir
-
Siyasət
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
-
Siyasət
Öz səsini bəyənməmək özünəinam hissinin olmamasının nəticəsidir
-
Siyasət
Prezident İlham Əliyev: Ərazilərin bərpası üzrə böyük planlarımız var və onları reallaşdıracağıq
-
Siyasət
Erkan Özoral: Xocalı faciəsinin səbəbkarları, bu qətliamı törədənlər mütləq mühakimə olunmalıdırlar
-
Siyasət
Prezident İlham Əliyev: Biz yeni reallıqlar yaratmışıq, Ermənistan və bütün başqa ölkələr bu reallıqla hesablaşmalıdır