Əli Hüseynli: Yeni təklif edilən “Zəfər” ordeninin üzərində Qələbə rəmzimiz olan “dəmir yumruq” təsviri var

Əli Hüseynli: Yeni təklif edilən “Zəfər” ordeninin üzərində Qələbə rəmzimiz olan “dəmir yumruq” təsviri var

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə yaralı hərbçilərlə görüşdə ölkəmizdə yeni medalların təsis ediləcəyini demişdi. Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, ümumiyyətlə, hərbçilərimiz orden və medallarla təltif olunacaqlar.

Bu fikirləri Milli Məclisin sədrinin müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin noyabrın 20-də keçirilən iclasında deyib.

Əli Hüseynli bildirib ki, hazırda Azərbaycanda 10 orden və 64 medal var. Azərbaycan Prezidenti tərəfindən daha 2 orden və 15 medalın təsis edilməsi təklif olunur. Yeni ad isə "Vətən müharibəsi qəhrəmanı” adıdır. Yeni təklif olunan 2 ordendən biri "Zəfər” ordenidir. "Zəfər” ordeninin üzərində "dəmir yumruq” təsviri var. İkinci orden isə "Qarabağ” ordenidir. Onun üzərində Qarabağ xanlığı dövründə istifadə olunan silahların təsviri verilib.

Xəbər lenti