Əli Həsənov: " İlham Əliyevin başladığı islahatlar kursunun əsasını şəffaflaşma təşkil edir..."

Əli  Həsənov:


       Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni brendi olan SƏLİS – Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sisteminin təqdimatı keçirilldi

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Milli Məclisin deputatı Azay Quliyev SƏLİS barədə ətraflı məlumat verib.

Sonra Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sisteminin fəaliyyətinə dair videoçarx nümayiş olunub.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, Azərbaycan dövlətinin inkişafının təməl prinsiplərini ulu öndər Heydər Əliyev müəyyən edib. 1993-2003-cü illər dövlət quruculuğu baxımından çox əhəmiyyətli dövr idi. Bu dövrdə bir sıra qlobal layihələr reallaşdırıldı, beynəlxalq əlaqələrin qurulması baxımından əhəmiyyətli addımlar atıldı. 2003-2006-cı illər Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətin modernləşdirilməsi dövrü, yeni trendlərlə zəngin tarixi dönəmdir. Həmin dövrdə vətəndaş məmnunluğu ən ümdə dövlət prioritetlərindən biri olub. 2007-2008-ci illərdə Prezident İlham Əliyev iki mühüm konsepsiya qəbul etdi. Bunlardan birincisi vətəndaş məmnunluğunun təmin edilməsi, digəri isə KİV-ə dövlət dəstəyi konsepsiyası idi. Hər iki konsepsiya üzrə müvafiq dövlət qurumları yaradıldı.

"2018-ci il prezident seçkilərindən sonra Prezident İlham Əliyev islahatlar kursuna başlayıb. Bu kursun əsasını şəffaflaşma təşkil edir. Hələ də kölgə iqtisadiyyatı var və buna qarşı mütəşəkkil mübarizə aparılır. Şəffaflaşmaya qarşı çıxanlar isə qanunvericiliyə uyğun olaraq cəzalandırılacaq. Bu gün şəffaflaşma elə bir mərhələyə qədəm qoyub ki, hər bir vətəndaş bu prosesdə iştirak edir”, – deyə Prezidentin köməkçisi qeyd edib.

Xəbər lenti