Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyasını" davam etdirir

Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyasını

  

 

 

   Xeyirxah kampaniyanın təşəbbüskarları Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Nərgiz Xələf və Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadədir. 

Eyni zamanda kampaniyaya Azərbaycandan 30 QHT və xaricdən 10 diaspor təşkilat da qoşulmuşdu.  Kampaniyanın   əsas  məqsədi  Şəhid ailələrinin evində   olub onların   kədərinə, sevincinə   şərik  olaraq  onlara  mənəvi  motivasiya   verməkdir.  Bu  təşəbbüsə  2019 cu il dekabrın  31   də ,Dünya  Azərbaycanllarının   Həmrəylik  günü ərəfəsində  start  verilmişdir.

Bu gün  də Xocalı  Soyqırımı   ərəfəsində  unudulmayan  Şəhidlərimizin   ailələrini    sevindirmək  üçün  bu  təşəbbüs  davam  etdirilir. 

 

   Dövlətimizin  və  dövlətçiliyimizin   diqqətində  olan  bu həsas  mövzuya   Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Nərgiz Xələf , Vətəndaş  Çəmiyyətinin   rəhbəri olaraq,  qaygıyla ,  sevgiylə yanaşır  və mütəmadi olaraq   davam  etdirilməsi  üçün  çalışır. Layihənin  gələcəkdə    də davam etdirilməsi  nəzərdə  tutulub.

 

 

RezonansPress.az

Xəbər lenti