Dekabrın 3-ü Beynəlxalq Əlilliyi olan Şəxslər Günüdür

Dekabrın 3-ü Beynəlxalq Əlilliyi olan Şəxslər Günüdür

Azərbaycanda əlilliyi olan şəxslərin sosial müdafiəsi və tibbi-sosial reabilitasiyası dövlətin sosial siyasətinin mühüm tərkib hissəsidir.

Əlilliyi olan şəxslərin qayğı ilə əhatə olunması sahəsində ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət siyasəti Prezident İlham Əliyevin həmin kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinə, onların reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına xüsusi qayğısı nəticəsində ildən-ilə güclənir. Dövlət başçısı bu barədə danışarkən deyib: "Mən çox istəyirəm ki, Azərbaycanda yaşayan bütün əlillər cəmiyyətdə fəal rol oynasınlar. Yəni, onlar cəmiyyətdən təcrid edilmiş vəziyyətə düşməsinlər”.

Xəbər lenti