Azərbaycanın Xalq şairi Nəriman Həsənzadə-90: ziyalı ömrü, ağsaqqal örnəyi

Bakı, 22 fevral, RezonansPress.az
Müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi, Respublika Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Nəriman Həsənzadə artıq 90-cı pilləsinə qədəm qoyduğu şərəfli ömrünün müdriklik məqamını yaşayır. İctimai və yaradıcılıq fəaliyyətinin hər bir addımı ali vətənpərvərlik ruhu, Azərbaycana yüksək xidmət nümunələri ilə zəngin olan bu qayğıkeş insanın parlaq əməlləri, saf düşüncələri, dövlətçilik əqidəsi, xalqa bağlılığı onun ziyalı ömründən, ağsaqqal örnəyindən xəbər verir. Sadəlik, təvazökarlıq, dürüstlük, mərdlik kimi səciyyəvi cizgiləri xarakterində cəmləyən Nəriman Həsənzadə yaşının bu müdriklik çağında da yorulmadan, gənclik enerjisi ilə çalışır, üzərinə düşən vəzifələri layiqincə həyata keçirir.
Azərbaycan Ağsaqqallar Şurasından bildiriblər ki, bu fikirlər "Azərbaycanın Xalq şairi Nəriman Həsənzadə-90: ziyalı ömrü, ağsaqqal örnəyi” sərlövhəli məqalədə yer alıb.
Bildirilib ki, hər zaman xalqımızın yanında olan, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun möhtəşəm Zəfər çaldığı 44 günlük Vətən müharibəsi dövründə də ürəyi qəhrəman əsgər və zabitlərimizlə birgə döyünən Nəriman Həsənzadə onlara şeirlər həsr etdi, "Qarabağ Azərbaycandır, Qarabağnaməm İlhamdır!” adlı yeni pyes ərsəyə gətirdi. Hazırda həmin pyes əsasında tamaşa hazırlanır. Fədakar əməyi dövlətimiz tərəfindən hər zaman yüksək dəyərləndirilən Xalq şairini bir neçə gün əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev növbəti dəfə mükafatlandırdı, onu 90 illik yubileyi münasibətilə təbrik edərək mədəniyyətimizin inkişafında xüsusi xidmətlərinə, uzunmüddətli səmərəli fəaliyyətinə görə respublikamızın ali dövlət mükafatlarından olan "İstiqlal” ordeni ilə təltif etdi.
Çox zəngin və mənalı həyat yolu keçən Nəriman Əliməmməd oğlu Həsənzadə 1931-ci il fevral ayının 18-də Qazax rayonunun Poylu stansiyasında (indiki Ağstafa rayonu ərazisi) anadan olub. 1949-1953-cü illərdə indiki Gəncə Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini, 1957-1961-ci illərdə isə Moskvada Ədəbiyyat İnstitutunu bitirərək iki ali təhsil alıb. 1962-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin "Azərbaycan ədəbiyyatı tarixi” kafedrasının aspirantı olub, "Azərbaycan - Ukrayna ədəbi əlaqələri” mövzusunda dissertasiya müdafiə edərək elmlər namizədi alimlik dərəcəsinə layiq görülüb.
1962-ci ildən etibarən Respublika Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor, sonralar "Uşaq və Gənclər ədəbiyyatı nəşriyyatı”nda redaktor, "Azərbaycan gəncləri” qəzetində, "Azərbaycan” jurnalında şöbə müdiri, "Ədəbiyyat və incəsənət” qəzetində baş redaktor vəzifələrində çalışmışdır. Yazıçılar İttifaqı partiya təşkilatının katibi və SSRİ Yazıçıları Ədəbiyyat Fondu Azərbaycan bölməsinin direktoru olub. Nəriman Həsənzadə 1991-2001-ci illərdə Mətbuat və informasiya nazirinin birinci müavini vəzifəsində çalışıb, Mətbuat və informasiya nazirini əvəz edib.
1954-cü ildə Azərbaycan Yazıçılar İttifaqının, sonralar isə İdarə Heyətinin üzvü seçilən Nəriman Həsənzadə 1991-1995-ci illərdə Azərbaycanın Xalq deputatı olub. Hazırda Milli Aviasiya Akademiyasında "Dil və Humanitar fənlər” kafedrasının müdiri işləyir. Professordur. 2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü, 2004-cü ildə akademiki seçilib. Əməkdar incəsənət xadimi, Xalq şairidir. Nəriman Həsənzadə Azərbaycan Respublikasının "Şöhrət” , "Şərəf” və "İstiqlal” ordenlərinə, "Heydər Əliyev adına mükafat”a layiq görülmüşdür. Fərdi prezident təqaüdçüsüdür.
Əsərləri keçmiş SSRİ və bir çox xarici ölkə xalqlarının (ingilis, fransız, alman, fars, italyan, çex, hind, ərəb, xorvat və s.) dillərinə tərcümə edilib. Epik-dramatik əsərlər müəllifi kimi də tanınan Nəriman Həsənzadənin "Zümrüd quşu”, "Nəriman”, "Kimin sualı var?” poemaları rus dilində də nəşr olunub. "Pompeyin Qafqaza yürüşü” əsəri İtaliyada ayrıca kitab şəklində çap olunub. 2004-cü ildə onun "Atabəylər” pyesi əsasında hazırlanan tamaşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Mehriban xanım Əliyeva iştirak etmişlər. Onun 100-dən artıq şeirinə musiqi bəstələnib.
Nəriman Həsənzadənin 58 adda bədii və "Tariximiz, taleyimiz” adlı irihəcmli elmi-ədəbi-tənqidi məqalələr kitabı, o cümlədən 2004-cü ildə "Seçilmiş əsərləri” dövlət tərəfindən latın qrafikası ilə kütləvi tirajla nəşr edilmiş, seçilmiş əsərlərinin 7 cildliyi (2010-2012) buraxılıb.
Bu gün Respublika Ağsaqqallar Şurasının sıralarında Nəriman Həsənzadə kimi nüfuzlu bir ziyalının, müdrik ağsaqqalın olması, onun təşkilatın İdarə Heyətinin üzvü olaraq fəaliyyət göstərməsi hamımız üçün böyük fəxrdir və biz ümid edirik ki, Azərbaycanın daha da inkişaf etməsi və çiçəklənməsi naminə onunla hələ uzun müddət çiyin-çiyinə çalışacağıq.
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri adından Şuranın sədri, professor Eldar Quliyev Xalq şairini təbrik edib.
Təbrikdə deyilir: "Sizi – poeziyamızın inkişafında əvəzsiz xidmətləri olan böyük şair və dramaturqu, Azərbaycan ziyalısının ən gözəl xüsusiyyətlərini özündə cəmləşdirən, mehriban, qayğıkeş və yüksək mənəviyyata malik müdrik ağsaqqalı 90 illik əlamətdar yubileyiniz və mədəniyyətimizin inkişafında xüsusi xidmətlərinizə, uzunmüddətli səmərəli fəaliyyətinizə görə "İstiqlal” ordeni ilə təltif olunmağınız münasibətilə Respublika Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, Sizə Tanrıdan uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
Siz bu gün şərəf və vicdanla yaşadığınız ömrünüzün hər birimizə doğma olan Nəriman Həsənzadə zirvəsindəsiniz. Azərbaycan ədəbiyyatının canlı əfsanəsi, poeziyamızın müdrik ağsaqqalı olaraq respublikamızda ədəbi prosesin inkişafına böyük töhfələr vermisiniz. Azərbaycan dövlətçiliyinə sadiq bir şəxs kimi hər zaman ulu öndər Heydər Əliyevin işıqlı yolunu və bu yolu qətiyyətlə davam etdirən Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləmisiniz.
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü olaraq bu gün də müdrik bir ağsaqqal kimi respublikamızın ictimai-siyasi həyatında yaxından iştirakınızla vətənpərvər, mübariz gənc nəslin yetişməsində əhəmiyyətli rol oynayır, dinamik inkişaf edən ölkəmizin gələcəyi naminə var qüvvənizi, bilik və bacarığınızı əsirgəmirsiniz. Sizin şərəfli və məhsuldar ömür yolunuz, mənəvi saflığınız və vətəndaş böyüklüyünüz cəmiyyətimiz üçün bir nümunə məktəbidir. Bu gün xalqımız xoşbəxtdir ki, onun hər zaman Azərbaycan sevgisi ilə yaşayan Nəriman Həsənzadə kimi zəngin və şərəfli həyat yoluna, yüksək intellektə, tükənməz enerjiyə malik vətənpərvər ziyalısı, müdrik ağsaqqalı var”.
Xəbər lenti
-
11:33Sədaqət Vəliyeva: Azərbaycan dövləti öz sosial siyasətinin strateji prioritetlərinə sadiqdi
-
11:28Yaponiya portalı ermənilərin Azərbaycan torpaqlarında törətdikləri dağıntılar barədə videoreportaj yayıb
-
09:42Azərbaycan səfirliyinin məlumatı ABŞ mətbuatında geniş işıqlandırılıb
-
09:27ABŞ Konqresmeni Xocalı qətliamı ilə bağlı bəyanatla çıxış edib
-
08:43Meksikada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
-
08:21Peru Konqresində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat qəbul edilib
-
08:02İsveçdəki Azərbaycan diasporu Xocalı qurbanlarının xatirəsini anıb
-
07:56Ülviyyə Ağayeva: Erməni silahlı dəstələrinin müharibədən, üçtərəfli bəyanat imzalandıqdan sonra Azərbaycan ərazisində nə işi vardı?
-
07:46Parisdə Xocalı soyqırımı qurbanlarını xatirəsinə onlayn konsert təşkil olunub
-
07:07Almaniya KİV-lərində alman türkoloq alim Mixael Raynhard Hesin Xocalı soyqırımına həsr olunmuş məqaləsi dərc edilib
-
14:51Azərbaycan Prezidenti: Təəssüf ki, vaksinlər dünya ölkələri arasında ədalətli bölünmür
-
14:42Tokioda yaşayan həmyerlilərimiz Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyası keçiriblər
-
14:36Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirir
-
14:33Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda peyvəndləməyə başlamış birinci ölkədir
-
14:23Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
-
14:14Öz səsini bəyənməmək özünəinam hissinin olmamasının nəticəsidir
-
14:03Prezident İlham Əliyev: Ərazilərin bərpası üzrə böyük planlarımız var və onları reallaşdıracağıq
-
13:30Erkan Özoral: Xocalı faciəsinin səbəbkarları, bu qətliamı törədənlər mütləq mühakimə olunmalıdırlar
-
12:50Prezident İlham Əliyev: Biz yeni reallıqlar yaratmışıq, Ermənistan və bütün başqa ölkələr bu reallıqla hesablaşmalıdır
-
12:07Azərbaycan Respublikası Milli Məclisi ilə ABŞ Konqresi arasında ikitərəfli münasibətlərə dair videokonfrans keçirilib
-
12:05Prezident: Biz bundan sonra da çalışacağıq ki, dünya ölkələri Xocalı soyqırımını rəsmən tanısınlar
-
12:03Avropa Şurasının prezidenti Gürcüstana səfər edəcək
-
11:39Prezident İlham Əliyev: Biz Xocalı qurbanlarının intiqamını döyüş meydanında aldıq
-
11:28Prezident İlham Əliyev: İndi bütün dünya bilir ki, Azərbaycan xalqı XX əsrin sonunda soyqırımına məruz qalıb
-
11:22Deputat: Azərbaycan Ordusu Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə Xocalı soyqırımının da qisasını alı
-
11:05Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər
-
10:50Kolumbiya Senatı Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat qəbul edib
-
10:42Prezident İlham Əliyev rəsmi “Facebook” səhifəsində Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
-
10:33Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb
-
09:43Birinci vitse-prezident Mehriban Əliyeva: Xocalı soyqırımı kimi faciələr unudula bilməz
-
08:42Heydər Əliyev Sarayı “Xocalı fəryadı”adlı layihə hazırlayıb
-
08:38Xocalı soyqırımı Peru mətbuatında geniş işıqlandırılıb
-
08:20İstanbulda “Əsrin soyqırımı-Xocalı” adlı fotosərgi açılıb
-
22:56Azərbaycan və Böyük Britaniya parlament dostluq qruplarının görüşündə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
-
21:51ATƏT Parlament Assambleyasının vitse-prezidenti Xocalı soyqırımını törədənlərin cəzalandırılmasını tələb edib
-
20:03Prezident İlham Əliyev "Signify" şirkətinin baş icraçı direktorunu və şirkətin rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edib
-
14:05ÜST-nin Azərbaycan nümayəndəliyi bölgələrdə psixi sağlamlığa və psixososial dəstəyə öz töhfəsini verir
-
13:50Prezident şəhid ailələri və müharibə əlilləri ilə görüşdü
-
13:37İlham Əliyev Şağan Reabilitasiya Pansionatının açılışında
-
13:31Azərbaycan səfiri: ilk dəfə qan tökülməsi Sumqayıtda baş verməyib
Digər xəbərlər
-
Cəmiyyət
ÜST-nin Azərbaycan nümayəndəliyi bölgələrdə psixi sağlamlığa və psixososial dəstəyə öz töhfəsini verir
-
Cəmiyyət
“Bakcell”dən onlayn iş və təhsil üçün internet paketi
-
Cəmiyyət
COVID-19 xəstəliyini keçirənlər soyuq havada özlərini daha çox qorunmalıdırlar
-
Cəmiyyət
Soyuq günlərin isti içkiləri
-
Cəmiyyət
Maskadan istifadə edilməsi qripə yoluxma hallarının azalmasına səbəb olub
-
Cəmiyyət
"Sinovac"ın baş meneceri: Sınaqlar "CoronaVac"ın COVID-19-a qarşı effektli və təhlükəsiz olduğunu göstərib
-
Cəmiyyət
FHN: Məcburi köçkünlərin məskunlaşdıqları yataqxana binasının damı 200 kvadratmetr sahədə yanıb
-
Cəmiyyət
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi hər zaman Azərbaycanın haqq işinə dəstək verib
-
Cəmiyyət
ÜST COVID-19-a qarşı qlobal səviyyədə mübarizədə iştirakına görə Azərbaycana təşəkkürünü bildirib