Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov :"...Ölkəmizin milli təhlükəsizliyi etibarlı əldədir”

Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov :
     "AzPolitika.info”ya yazılı açıqlamasında Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov Əli Nağıyevin Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin olunmasına münasibət bildirərkən deyib.

N.Abbasov bildirib ki, vaxtilə keçmiş Milli Təhlükəsizlik Nazirliyində yetişmiş, peşəkar təhlükəsizlik zabiti olan Əli Nağıyevin yenidən xüsusi xidmət orqanının rəhbərliyinə qaytarılmasını yüksək qiymətləndirir: "Əli Nağıyev uzun müddət Milli Təhlükəsizlik Nazirliyində çalışıb və nazir müavini vəzifəsinədək yüksəlib. Əli Nağıyev professional çekist və təhlükəsizlik mühitini əməliyyat baxımından düzgün qiymətləndirməyi bacaran kadrdır. O, işlədiyi müddətdə ölkəmizin milli təhlükəsizliyinin təminatında mühüm rol oynayıb”.

Sabiq nazir onu da bildirib ki, Əli Nağıyevin Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilməsi dövlət başçısının uğurlu kadr siyasəti kimi qiymətləndirilməlidir: "Bu həm də Əli Nağıyevə olan etimadın bariz nümunəsidir”.

"Mən Əli Nağıyevə bu çətin və şərəfli işdə uğurlar arzulayıram. Və hesab edirəm ki, ölkəmizin milli təhlükəsizliyi etibarlı əldədir”, – deyə N.Abbasov vurğulayıb.

Xəbər lenti