Azərbaycan Vətən müharibəsində qazandığı hərbi-siyasi Qələbəni regionda yeni iqtisadi reallıqlar formalaşdırmaqla davam etdirir

Azərbaycan Vətən müharibəsində qazandığı hərbi-siyasi Qələbəni regionda yeni iqtisadi reallıqlar formalaşdırmaqla davam etdirir.
Bunu açıqlamasında Milli Məclisin deputatı Ramin Məmmədov bildirib.
Deputat deyib ki, yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında keçirilmiş üçtərəfli görüş Cənubi Qafqazın iqtisadi mənzərəsini, nəqliyyat xəritəsini yeni reallıqlar əsasında formalaşdırmağa xidmət edir. Görüşün ən mühüm nəticəsi kimi qiymətləndirilən birgə Bəyanat nəinki imzalayan tərəflərin, eləcə də bütün region ölkələrinin qarşısında yeni iqtisadi perspektivlər açır.
Ramin Məmmədov vurğulayıb ki, Azərbaycanın qalib ölkə kimi qatıldığı bu görüşdə əldə olunmuş razılaşma regionda davamlı sülh, sabitlik və rifah üçün əməkdaşlığın zəruriliyini bir daha təsdiqləyir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Bu, əlbəttə ki, bizim ən böyük nailiyyətimizdir. Yaranmış yeni reallıq 30 il idi həllini gözləyən münaqişənin bütün regionun inkişafına maneə yaratdığı barədə uzun müddət təkrarlanan tezisin nə qədər əsaslı olduğunu bir daha nümayiş etdirir. Artıq tarixə çevrilmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazın inkişafını tormozlayan, sülhə, sabitliyə təhdid kimi qiymətləndirilən düyünə çevrilmişdi. İndi bu düyün çözülüb. Region ölkələrinin əməkdaşlığı, qarşılıqlı faydalı əlaqələr zəncirinin qurulması üçün geniş imkanlar açılıb və bu, yalnız Azərbaycanın baxışı deyil, regionda maraqları olan bütün ölkələr bu yanaşmanı bölüşür.
Milli Məclisin deputatı qeyd edib ki, Ermənistan keçmişə ilişib qalmamalı, indiki reallığa uyğun gələcək fəaliyyət konsepsiyasını müəyyən etməlidir. Bu konsepsiyanın mütləq şərtlərindən biri qonşuların ərazi bütövlüyünə hörmət, əsassız iddia və ittihamlardan imtina etməkdir: "Prezident İlham Əliyev Moskva görüşündə bir daha bu məsələlərə toxundu, Azərbaycanın regionun inkişafı naminə əməkdaşlığa böyük maraq göstərdiyini qeyd etdi. Eyni zamanda, Ermənistanın siyasi elitasına da zəruri mesajlar verdi. Hesab edirəm ki, gələcəyə baxmaq üçün bu görüşdə əldə olunmuş razılaşmaların əhəmiyyəti olduqca yüksəkdir”.
Deputat bildirib ki, istənilən kontekstdə təhlil etdikdə üç ölkə rəhbərinin imzaladıqları yeni Bəyanat Azərbaycanın iqtisadi maraqlarına tam cavab verir. Sənəd Azərbaycanın əsas hissəsinin Naxçıvan Muxtar Respublikası ilə birbaşa əlaqəsini təmin etməklə yanaşı, region ölkələri üçün də yeni nəqliyyat-kommunikasiya imkanları yaradacaq. Bugünkü reallıqlar, dünyada və bölgədə gedən proseslər, bir çox ölkələrin qarşılaşdığı problemlər göstərir ki, indi ən optimal yol ən çətin şərtlərdə belə əməkdaşlıq imkanları tapmaqdır. Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin ən böyük uğurlarından biri bütün region ölkələrinə bu cür imkanı yaratmasındadır.
Xəbər lenti
-
17:27İşğaldan azad edilmiş torpaqlarımıza qayıdacaq əhali üçün məqsədli, çevik aktiv məşğulluq proqramları hazırlanır
-
16:50İmtahanlarda istifadə edilən qiymətləndirmə tapşırıqları ilə bağlı hazırlıq kursları keçiriləcək
-
16:48Peyvənd olunanların səhhəti normaldır, heç bir əks təsir müşahidə edilməyib
-
16:03Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
-
16:01Baş həkim: Yanvarın axırlarında tibb işçilərinin peyvəndlənməsi başa çatacaq
-
15:13Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinq keçirilib
-
14:24Xalqımız 20 Yanvarı milli ruhun sarsılmazlığı günü kimi 2021-ci ilin anım təqviminə yazdı
-
14:03Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
-
13:49Azərbaycan Respublikası Prezidentinin Fərmanı
-
13:29Fevralın 1-dən repetitorluq fəaliyyətinə icazə veriləcək
-
13:23Emin Əmrullayev: Praktiki dərslərin əyani formada keçirilməsinin tərəfdarıyıq
-
13:21Şagird sayı çox olan siniflər qruplara bölünəcək
-
13:12İşğaldan azad olunmuş ərazilərdə təbii sərvətlərə vurulmuş ziyanın qiymətləndirilməsinə İctimai Şuranın üzvləri də cəlb olunacaq
-
13:02Sentyabrın 15-dən bu günədək 14 mindən çox şagird COVID-19-a yoluxub
-
12:58Əli Məsimli: Anlaşma Memorandumu yeni reallıqlar kontekstində böyük coğrafiyada inkişafa və sabitliyə töhfə verəcək
-
12:53Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi əməkdaşının minaya düşərək xəsarət alması ilə bağlı məlumat yayıb
-
12:49Təhsil naziri: Yaşı 50-dən yuxarı olan müəllimlərin vaksinasiya olunması tövsiyə edilir
-
12:47Teledərslər tədris ilinin sonunadək davam edəcək
-
12:45Dövlət qulluğu vəzifələri üzrə müsabiqənin müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyənləşib
-
12:38Nazir: Tələbələrin 50 faizdən çoxu dövlət hesabına təhsil alır
-
12:37Tələbələrə təhsil kreditləri təqdim olunacaq
-
12:21Bir milyondan çox təhsilalan onlayn platformada qeydiyyatdan keçib
-
12:17Təhsil naziri: Dərslər həftədə 3 dəfə olacaq
-
12:13Miqrasiya Könüllüləri qanvermə aksiyasında iştirak ediblər
-
12:00Fevralın 1-dən tədris və təlim-tərbiyə prosesi mərhələli şəkildə əyani formada təşkil olunacaq
-
11:44“Dostluq” yatağı üzrə memorandumun imzalanması tarixi hadisədir
-
11:18Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Korkutname” kitabının təqdimatı keçirilib
-
11:05Misirdə gənc qız gözəllik müsabiqəsində “Qarabağ” mahnısının sədaları altında rəqs edib
-
10:16Azərbaycanda onlayn formatda Böyük Britaniya film festivalı başlayır
-
12:54Sədaqət Vəliyeva: Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün vədləri yerinə yetiri
-
12:04Xəzər dənizində dalğanın hündürlüyü 4.2 metrə çatıb
-
11:15Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları vaksinasiya olunmağa başlayan ilk kollektivlərdən biridir
-
10:16Qazi kiçik biznesini qurmaq üçün özünüməşğulluq proqramına cəlb edilib
-
10:13Azərbaycanın xarici işlər nazirinin Türkmənistana səfəri başlayıb
-
09:46Baş Prokurorluğun daha bir sosial şəbəkəsi rəsmi olaraq təsdiqlənib
-
12:08Sədaqət Vəliyeva: "20 Yanvar milli iradəmizin zəfər çaldığı gündür"
-
12:03Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər
-
11:17Xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla anır
-
09:31Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
-
08:02Xəzər dənizində zəlzələ olub
Digər xəbərlər
-
Siyasət
Peyvənd olunanların səhhəti normaldır, heç bir əks təsir müşahidə edilməyib
-
Siyasət
Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
-
Siyasət
Xalqımız 20 Yanvarı milli ruhun sarsılmazlığı günü kimi 2021-ci ilin anım təqviminə yazdı
-
Siyasət
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
-
Siyasət
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
-
Siyasət
İşğaldan azad olunmuş ərazilərdə təbii sərvətlərə vurulmuş ziyanın qiymətləndirilməsinə İctimai Şuranın üzvləri də cəlb olunacaq
-
Siyasət
Azərbaycanın enerji strategiyası uzaqgörənlik, effektiv qərar qəbuletmə və koordinasiyalı fəaliyyət planı üzrə uğurla icra olunur
-
Siyasət
Əli Məsimli: Anlaşma Memorandumu yeni reallıqlar kontekstində böyük coğrafiyada inkişafa və sabitliyə töhfə verəcək
-
Siyasət
“Dostluq” yatağı üzrə memorandumun imzalanması tarixi hadisədir