Azərbaycan Banklar Assosiasiyasının ümumi yığıncağı keçirilib

Bakı, 22 fevral, RezonansPress.az
Azərbaycan Banklar Assosiasiyasının (ABA) ümumi yığıncağı keçirilib. ABA-nın prezidenti Zakir Nuriyev iclasın gündəliyində olan məsələlər barədə məlumat verib.
Assosiasiyadan bildirilib ki, iclasın gündəliyinə ABA-nın 2020-ci il üzrə fəaliyyətinə dair hesabatın (görülmüş işlər, ekspert qrupları və maliyyə hesabatı) dinlənilməsi və təsdiqi, Assosiasiyanın audit komitəsinin hesabatının dinlənilməsi və təsdiqi, ABA-nın törəmə qurumlarının 2021-ci il üzrə büdcəsinin və ştat cədvəlinin təsdiqi, ABTM, Banklar və Biznes qəzeti, Biləsuvar bağça-məktəb-lisey kompleksi və cari məsələlər daxil olub. İclasda ABA-nın icraçı direktoru Yunus Abdulov tərəfindən qurumun 2020-ci il üzrə fəaliyyətinə dair hesabat və maliyyə təsərrüfat hesabatı təqdim edilib və təsdiq olunub. ABA-nın audit komitəsinin hesabatı dinlənilib və təsdiq edilib. Bundan əlavə iclas iştirakçıları ölkənin Bank Ombudsmanının son 3 il üçün fəaliyyətinə dair hesabatını dinləyib, gələcək planlar haqqında məlumat verilib.
İclas zamanı ABA-ya üzv olmaq məqsədilə 1 bank – "Naxçıvanbank” ASC, 2 qeyri-bank – "Azərbaycan Kredit Bürosu” MMC-nin və "MilliKart” MMC-in müraciətlərinə baxılıb. Müraciətlər iclas iştirakçılarının yekdil səsverməsi nəticəsində qəbul olunub, təşkilatlar ABA-nın üzvləri siyahısına daxil edilib. Beləliklə, hazırda assosiasiyaya üzv təşkilatların sayı artaraq 26 bank və 6 qeyri-bank olub.
Sonda 2019-cu il və 2020-ci il üzrə ABA-ya üzv bankların, ən fəal ekspert qruplarının və bank-maliyyə sahəsində araşdırmalar və yazılarla çıxış edən bank ekspertlərinin onlayn formada mükafatlandırılması keçirilib.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir.
Xəbər lenti
-
11:33Sədaqət Vəliyeva: Azərbaycan dövləti öz sosial siyasətinin strateji prioritetlərinə sadiqdi
-
11:28Yaponiya portalı ermənilərin Azərbaycan torpaqlarında törətdikləri dağıntılar barədə videoreportaj yayıb
-
09:42Azərbaycan səfirliyinin məlumatı ABŞ mətbuatında geniş işıqlandırılıb
-
09:27ABŞ Konqresmeni Xocalı qətliamı ilə bağlı bəyanatla çıxış edib
-
08:43Meksikada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
-
08:21Peru Konqresində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat qəbul edilib
-
08:02İsveçdəki Azərbaycan diasporu Xocalı qurbanlarının xatirəsini anıb
-
07:56Ülviyyə Ağayeva: Erməni silahlı dəstələrinin müharibədən, üçtərəfli bəyanat imzalandıqdan sonra Azərbaycan ərazisində nə işi vardı?
-
07:46Parisdə Xocalı soyqırımı qurbanlarını xatirəsinə onlayn konsert təşkil olunub
-
07:07Almaniya KİV-lərində alman türkoloq alim Mixael Raynhard Hesin Xocalı soyqırımına həsr olunmuş məqaləsi dərc edilib
-
14:51Azərbaycan Prezidenti: Təəssüf ki, vaksinlər dünya ölkələri arasında ədalətli bölünmür
-
14:42Tokioda yaşayan həmyerlilərimiz Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyası keçiriblər
-
14:36Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirir
-
14:33Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda peyvəndləməyə başlamış birinci ölkədir
-
14:23Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
-
14:14Öz səsini bəyənməmək özünəinam hissinin olmamasının nəticəsidir
-
14:03Prezident İlham Əliyev: Ərazilərin bərpası üzrə böyük planlarımız var və onları reallaşdıracağıq
-
13:30Erkan Özoral: Xocalı faciəsinin səbəbkarları, bu qətliamı törədənlər mütləq mühakimə olunmalıdırlar
-
12:50Prezident İlham Əliyev: Biz yeni reallıqlar yaratmışıq, Ermənistan və bütün başqa ölkələr bu reallıqla hesablaşmalıdır
-
12:07Azərbaycan Respublikası Milli Məclisi ilə ABŞ Konqresi arasında ikitərəfli münasibətlərə dair videokonfrans keçirilib
-
12:05Prezident: Biz bundan sonra da çalışacağıq ki, dünya ölkələri Xocalı soyqırımını rəsmən tanısınlar
-
12:03Avropa Şurasının prezidenti Gürcüstana səfər edəcək
-
11:39Prezident İlham Əliyev: Biz Xocalı qurbanlarının intiqamını döyüş meydanında aldıq
-
11:28Prezident İlham Əliyev: İndi bütün dünya bilir ki, Azərbaycan xalqı XX əsrin sonunda soyqırımına məruz qalıb
-
11:22Deputat: Azərbaycan Ordusu Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə Xocalı soyqırımının da qisasını alı
-
11:05Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər
-
10:50Kolumbiya Senatı Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat qəbul edib
-
10:42Prezident İlham Əliyev rəsmi “Facebook” səhifəsində Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
-
10:33Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb
-
09:43Birinci vitse-prezident Mehriban Əliyeva: Xocalı soyqırımı kimi faciələr unudula bilməz
-
08:42Heydər Əliyev Sarayı “Xocalı fəryadı”adlı layihə hazırlayıb
-
08:38Xocalı soyqırımı Peru mətbuatında geniş işıqlandırılıb
-
08:20İstanbulda “Əsrin soyqırımı-Xocalı” adlı fotosərgi açılıb
-
22:56Azərbaycan və Böyük Britaniya parlament dostluq qruplarının görüşündə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
-
21:51ATƏT Parlament Assambleyasının vitse-prezidenti Xocalı soyqırımını törədənlərin cəzalandırılmasını tələb edib
-
20:03Prezident İlham Əliyev "Signify" şirkətinin baş icraçı direktorunu və şirkətin rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edib
-
14:05ÜST-nin Azərbaycan nümayəndəliyi bölgələrdə psixi sağlamlığa və psixososial dəstəyə öz töhfəsini verir
-
13:50Prezident şəhid ailələri və müharibə əlilləri ilə görüşdü
-
13:37İlham Əliyev Şağan Reabilitasiya Pansionatının açılışında
-
13:31Azərbaycan səfiri: ilk dəfə qan tökülməsi Sumqayıtda baş verməyib
Digər xəbərlər
-
İqtisadiyyat
Kiyev-Bakı aviareysinin bərpası planlaşdırılır
-
İqtisadiyyat
“Azərişıq”: Paytaxt və regionlarda gücləndirilmiş iş və növbətçilik sistemi təşkil edilib
-
İqtisadiyyat
Avtomobil yollarındakı vəziyyət açıqlanıb
-
İqtisadiyyat
Bakı Nəqliyyat Agentliyi: Bəzi istiqamətlərdə avtobuslar hərəkət sxemi üzrə tam hərəkət edə bilmir
-
İqtisadiyyat
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində şəhərsalmanın planlaşdırılması, bərpa və yenidənqurma layihələri üzrə əməkdaşlıq imkanları müzakirə edilib
-
İqtisadiyyat
“Kapital Bank” 7 nominasiyada qalib olub
-
İqtisadiyyat
Azərbaycanın Rusiya ilə sərhədində Samur və Xanoba keçid məntəqələri arasında avtomobil yolunun tikintisi davam edir
-
İqtisadiyyat
Azərbaycan Banklar Assosiasiyasının ümumi yığıncağı keçirilib
-
İqtisadiyyat
Neft qiymətləri bahalaşıb