Avropa Şurasının prezidenti Gürcüstana səfər edəcək

Avropa Şurasının prezidenti Gürcüstana səfər edəcək

Avropa Şurasının prezidenti Şarl Mişel gələn həftə Gürcüstana səfər edəcək.


RezonansPress.az xəbər verir ki, Şarl Mişel fevralın 28-də Moldovada, sonra isə Tbilisidə olacaq.

Avropa Şurasının prezidenti Gürcüstanda prezident Salome Zurabişvili, Baş nazir İrakli Qaribaşvili və parlamentin sədri Arçil Talakvadze ilə görüşəcək.

Görüşlərdə ikitərəfli münasibətlər, COVID-19-a qarşı mübarizə, eləcə də ölkədəki siyasi vəziyyət əsas müzakirə mövzusu olacaq.

Avropa Şurasının prezidenti Tbilisidən Ukraynaya gedəcək.

Onun səfəri martın 3-də başa çatacaq.

Xəbər lenti