Antonio Quterreş: Peyvəndlərin əldə olunmasındakı bərabərsizlik heç bir mənəvi dəyərə sığmır

Antonio Quterreş: Peyvəndlərin əldə olunmasındakı bərabərsizlik heç bir mənəvi dəyərə sığmır

Bakı, 7 aprel, RezonansPress.az 


BMT Baş katibi Antonio Quterreş aprelin 7-də qeyd edilən Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar müraciət edib.

BMT-nin Azərbaycandakı nümayəndəliyindən daxil olan müraciətdə deyilir ki, builki Ümumdünya Sağlamlıq Günündə səhiyyə sistemlərində mövcud olan bərabərsizlik və ədalətsizliyə diqqət çəkirik.

A.Quterreş bəyan edib ki, COVID-19 böhranı cəmiyyətlərimizin nə qədər qeyri-bərabər olduğunu göstərdi: "Yoxsulluq, əlverişsiz iş və həyat şəraiti, ayrı-seçkilik və sosial təcridin olduğu ölkələrdə COVID-19-a yoluxma halları, habelə bu xəstəliyə görə həyatını itirənlərin sayı digər ölkələrə nisbətən daha çoxdur”.

Baş katib müraciətində peyvəndlərin paylanılmasına da toxunub: "Dünyada peyvəndlərin əksəriyyəti bir neçə zəngin və ya bu peyvəndləri istehsal edən ölkələr üçün ayrılıb. COVAX təşəbbüsü sayəsində daha çox ölkə peyvənd əldə etməyə başlayıb. Lakin aşağı və orta gəlirli ölkələr hələ də gözləmək məcburiyyətində qalıb. Bu cür bərabərsizlik heç bir mənəvi dəyərə sığmır və sağlamlığımız, iqtisadiyyatlarımız və cəmiyyətlərimiz üçün təhlükəlidir.

COVID-19 pandemiyasından bərpa olunduğumuz bir dövrdə səhiyyə imkanlarından hamının bərabər şəkildə faydalanması üçün müvafiq siyasət yürütməli və lazımi resurslar ayırmalıyıq. Bu, 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq deməkdir. Bu, həmçinin hər kəsin hər yerdə universal tibbi təminatdan faydalana bilməsi deməkdir”.

Antonio Quterreş Ümumdünya Sağlamlıq Günündə sağlam və bərabər dünya üçün birlikdə çalışmaq öhdəliyini üzərimizə götürməyə çağırıb.

Xəbər lenti