ABŞ-da koronavirus qurbanlarının sayı 8,5 min nəfəri ötdü

ABŞ-da koronavirus qurbanlarının sayı 8,5 min nəfəri ötdü
ABŞ-da koronavirusa yoluxanların sayı 312 min nəfərə çatıb.
Bu barədə Con Hopkins Universiteti məlumat yayıb.
Qeyd edilir ki, ölkədə COVID-19 pandemiyası qurbanlarının sayı 8 503 nəfər təşkil edir. Birləşmiş Ştatlarda koronavirusa yoluxmuş 15 min insan sağalıb.
Son məlumatlara görə, dünyada 1 200 319 nəfərin COVID-19 testləri pozitiv nəticələnib, 64 667 ölüm faktı qeydə alınıb, sağalanların sayı isə 246 174 nəfərə çatıb.

Xəbər lenti