3 oktyabr 2009-cu il Türk dövlətlərinin inteqrasiyası istiqamətində baş verən mühim tarixi hadisəylə yadda qalıb.

3 oktyabr 2009-cu il Türk dövlətlərinin inteqrasiyası istiqamətində baş verən mühim tarixi hadisəylə yadda qalıb.
3 oktyabr 2009-cu il Türk dövlətlərinin inteqrasiyası istiqamətində baş verən mühim tarixi hadisəylə yadda qalıb



      Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası bu günlərdə Özbəkistanın tamhüquqlu, Macarıstanın isə müşahidəçi statuslu üzvlüyü ilə daha da güclənib.
Türk Dünyasının ən strateji ərazilərindən biri olan Naxçıvanda atılan bu tarixi addım türk dünyası tarixinə yüksək statuslu birliyin, çox önəmli siyasi platformanın əsasının qoyulması ilə başa çatdı.
Cənab Prezident İlham Əliyevin Türk Şurasının  V Sammitindəki nitqində söylədiyi fikir Naxçıvan Sazişiylə yaradılan bu birliyin milli köklərdən qaynaqlandığını və böyük hədəfləri olduğunu bir daha aydın şəkildə əks etdirir: "Bizim əsas birləşdirici amilimiz birliyimizdir, etnik köklərdir, ortaq tarixdir, mədəniyyətdir. Budur bu gün bizi birlikdə gücləndirən amillər. Əminəm ki, gələcək nəsillər də bu amallarla yaşayacaq və bizim birliyimiz daimi olacaqdır".

Xəbər lenti