25-29 tarixlərində Bakıda Türk filmləri həftəsi başlayacaq

25-29  tarixlərində  Bakıda  Türk   filmləri   həftəsi   başlayacaq

     Gələn həftədən etibarən Bakıda beşinci dəfə "Türk filmləri həftəsi" başlayır. 

 

Rezonanspress.az  xəbər  verir ki, noyabrın  25-də  Nizami Kino Mərkəzində Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin, Türkiyənin Azərbaycandakı səfirliyinin, Yerli Düşüncə Dərnəyinin, TİKA agentliyinin, təşkilatçılığı və Nizami Kino Mərkəzinin dəstəyi ilə "5-ci Türk Filmləri Həftəsi – Bakı”nın açılış mərasimi keciriləcək. 


     Açılış mərasiminə Türkiyədən gələn AK Parti Ordu millət vəkili və Yerli Düşüncə Dərnəyinin baş direktoru Metin Gündoğdu, "Locman” filminin rejissoru Şükrü Alaçam, istehsalçı Oya Işıl Cuhadar, aktyorları Yeliz Kuvancı və Nisa Sofiya Aksongur, "Çakallarla Dans 5” filminin rejissoru Murat Şeker, aktyorlar Hande Katipoğlu ve Çağla Irmak, "Kapan” filminin rejissoru Seyid
Çolak, ssenaristi Güven Adıgüzel, "Annem” filminin rejissoru Mustafa Kotan, həmçinin FİYAP Baş katibi Ahmet Edebali, SETEM Baş Direktoru Mehmet Güleryüz, "Star” qəzetinin mədəniyyət-sənət redaktoru Bedir Acar, "Türk Filmləri Həftəsi"nin lahiyə assistenti Fatma Gezer ve "Türk Filmləri Həftəs"inın baş koordinatoru Öner Kılıç qatılacaqlar.


Açılış mərasimindən əvvəl, saat 18:30-da Nizami Kino Mərkəzinin Mətbuat zalında KİV nümayəndələri üçün mətbuat konfransı keçiriləcək.

RezonansPress.az



 
 

Xəbər lenti