Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin "İnvestisiya fəaliyyətinin təşviqi üzrə əlavə tədbirlər haqqında” 2006-cı il 30 mart tarixli 1395 nömrəli, "Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında” 2015-ci il 2 fevral tarixli 1011 nömrəli, "Mingəçevir Sənaye Parkının yaradılması haqqında” 2015-ci il 26 fevral tarixli 1077 nömrəli, "Qaradağ Sənaye Parkının yaradılması haqqında” 2015-ci il 3 iyun tarixli 1255 nömrəli, "Masallı Sənaye Məhəlləsinin yaradılması haqqında” 2016-cı il 13 iyun tarixli 2115 nömrəli, "Pirallahı Sənaye Parkının yaradılması haqqında” 2016-cı il 14 sentyabr tarixli 2336 nömrəli, "Hacıqabul Sənaye Məhəlləsinin yaradılması haqqında” 2017-ci il 25 iyul tarixli 3127 nömrəli və "Sabirabad Sənaye Məhəlləsinin yaradılması haqqında” 2017-ci il 27 noyabr tarixli 3407 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "İnvestisiya fəaliyyətinin təşviqi üzrə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 30 mart tarixli 1395 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 283, № 6, maddə 511; 2007, № 5, maddə 517; 2009, № 2, maddə 74; 2010, № 2, maddə 80; 2014, № 5, maddə 477, № 12, maddə 1638; 2016, № 8, maddə 1384; 2020, № 8, maddə 923) 2.3.5-ci yarımbəndi ləğv edilsin.
2. "Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 fevral tarixli 1011 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 2, maddə 144; 2016, № 8, maddə 1384; 2019, № 5, maddə 911) 3-cü hissəsində "təşkilini və tənzimlənməsini "Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti” sözləri "təşkili, onun idarə olunması və inkişafı ilə bağlı tədbirləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyi” sözləri ilə əvəz edilsin.
3. "Mingəçevir Sənaye Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 fevral tarixli 1077 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 2, maddə 208; 2016, № 8, maddə 1384) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 3-cü hissə aşağıdakı redaksiyada verilsin:
"3. Mingəçevir Sənaye Parkının fəaliyyətinin təşkili, onun idarə olunması və inkişafı ilə bağlı tədbirləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyi (bundan sonra – Agentlik) həyata keçirir.”;
3.2. 4.2-ci bənddə "Cəmiyyətə” sözü "Agentliyə” sözü ilə əvəz edilsin.
4. "Qaradağ Sənaye Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 3 iyun tarixli 1255 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 6, maddə 717; 2016, № 8, maddə 1384) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 3-cü hissə aşağıdakı redaksiyada verilsin:
"3. Qaradağ Sənaye Parkının fəaliyyətinin təşkili, onun idarə olunması və inkişafı ilə bağlı tədbirləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyi (bundan sonra – Agentlik) həyata keçirir.”;
4.2. 5.2-ci bənddə "Cəmiyyətə” sözü "Agentliyə” sözü ilə əvəz edilsin.
5. "Masallı Sənaye Məhəlləsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyun tarixli 2115 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1118; 2019, № 5, maddə 911) 2.2-ci bəndində "idarə olunmasını, inkişafını, fəaliyyətinin təşkilini və tənzimlənməsini "Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti” sözləri "fəaliyyətinin təşkili, onun idarə olunması və inkişafı ilə bağlı tədbirləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyi” sözləri ilə əvəz edilsin.
6. "Pirallahı Sənaye Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 sentyabr tarixli 2336 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 9, maddə 1531) aşağıdakı dəyişikliklər edilsin:
6.1. 3-cü hissə aşağıdakı redaksiyada verilsin:
"3. Pirallahı Sənaye Parkının fəaliyyətinin təşkili, onun idarə olunması və inkişafı ilə bağlı tədbirləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyi (bundan sonra – Agentlik) həyata keçirir.”;
6.2. 5.2-ci bənddə "Cəmiyyətə” sözü "Agentliyə” sözü ilə əvəz edilsin.
7. "Hacıqabul Sənaye Məhəlləsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 iyul tarixli 3127 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 7, maddə 1462; 2019, № 5, maddə 911) 2.2-ci bəndində "təşkili və tənzimlənməsi "Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə” sözləri "təşkili, onun idarə olunması və inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinə” sözləri ilə əvəz edilsin.
8. "Sabirabad Sənaye Məhəlləsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 27 noyabr tarixli 3407 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2116; 2019, № 5, maddə 911) 2.2-ci bəndində "təşkili və tənzimlənməsi "Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə” sözləri "təşkili, onun idarə olunması və inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinə” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 yanvar 2021-ci il.
Xəbər lenti
-
11:33Sədaqət Vəliyeva: Azərbaycan dövləti öz sosial siyasətinin strateji prioritetlərinə sadiqdi
-
11:28Yaponiya portalı ermənilərin Azərbaycan torpaqlarında törətdikləri dağıntılar barədə videoreportaj yayıb
-
09:42Azərbaycan səfirliyinin məlumatı ABŞ mətbuatında geniş işıqlandırılıb
-
09:27ABŞ Konqresmeni Xocalı qətliamı ilə bağlı bəyanatla çıxış edib
-
08:43Meksikada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
-
08:21Peru Konqresində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat qəbul edilib
-
08:02İsveçdəki Azərbaycan diasporu Xocalı qurbanlarının xatirəsini anıb
-
07:56Ülviyyə Ağayeva: Erməni silahlı dəstələrinin müharibədən, üçtərəfli bəyanat imzalandıqdan sonra Azərbaycan ərazisində nə işi vardı?
-
07:46Parisdə Xocalı soyqırımı qurbanlarını xatirəsinə onlayn konsert təşkil olunub
-
07:07Almaniya KİV-lərində alman türkoloq alim Mixael Raynhard Hesin Xocalı soyqırımına həsr olunmuş məqaləsi dərc edilib
-
14:51Azərbaycan Prezidenti: Təəssüf ki, vaksinlər dünya ölkələri arasında ədalətli bölünmür
-
14:42Tokioda yaşayan həmyerlilərimiz Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyası keçiriblər
-
14:36Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirir
-
14:33Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda peyvəndləməyə başlamış birinci ölkədir
-
14:23Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
-
14:14Öz səsini bəyənməmək özünəinam hissinin olmamasının nəticəsidir
-
14:03Prezident İlham Əliyev: Ərazilərin bərpası üzrə böyük planlarımız var və onları reallaşdıracağıq
-
13:30Erkan Özoral: Xocalı faciəsinin səbəbkarları, bu qətliamı törədənlər mütləq mühakimə olunmalıdırlar
-
12:50Prezident İlham Əliyev: Biz yeni reallıqlar yaratmışıq, Ermənistan və bütün başqa ölkələr bu reallıqla hesablaşmalıdır
-
12:07Azərbaycan Respublikası Milli Məclisi ilə ABŞ Konqresi arasında ikitərəfli münasibətlərə dair videokonfrans keçirilib
-
12:05Prezident: Biz bundan sonra da çalışacağıq ki, dünya ölkələri Xocalı soyqırımını rəsmən tanısınlar
-
12:03Avropa Şurasının prezidenti Gürcüstana səfər edəcək
-
11:39Prezident İlham Əliyev: Biz Xocalı qurbanlarının intiqamını döyüş meydanında aldıq
-
11:28Prezident İlham Əliyev: İndi bütün dünya bilir ki, Azərbaycan xalqı XX əsrin sonunda soyqırımına məruz qalıb
-
11:22Deputat: Azərbaycan Ordusu Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə Xocalı soyqırımının da qisasını alı
-
11:05Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər
-
10:50Kolumbiya Senatı Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat qəbul edib
-
10:42Prezident İlham Əliyev rəsmi “Facebook” səhifəsində Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
-
10:33Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb
-
09:43Birinci vitse-prezident Mehriban Əliyeva: Xocalı soyqırımı kimi faciələr unudula bilməz
-
08:42Heydər Əliyev Sarayı “Xocalı fəryadı”adlı layihə hazırlayıb
-
08:38Xocalı soyqırımı Peru mətbuatında geniş işıqlandırılıb
-
08:20İstanbulda “Əsrin soyqırımı-Xocalı” adlı fotosərgi açılıb
-
22:56Azərbaycan və Böyük Britaniya parlament dostluq qruplarının görüşündə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
-
21:51ATƏT Parlament Assambleyasının vitse-prezidenti Xocalı soyqırımını törədənlərin cəzalandırılmasını tələb edib
-
20:03Prezident İlham Əliyev "Signify" şirkətinin baş icraçı direktorunu və şirkətin rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edib
-
14:05ÜST-nin Azərbaycan nümayəndəliyi bölgələrdə psixi sağlamlığa və psixososial dəstəyə öz töhfəsini verir
-
13:50Prezident şəhid ailələri və müharibə əlilləri ilə görüşdü
-
13:37İlham Əliyev Şağan Reabilitasiya Pansionatının açılışında
-
13:31Azərbaycan səfiri: ilk dəfə qan tökülməsi Sumqayıtda baş verməyib
Digər xəbərlər
-
Siyasət
Sədaqət Vəliyeva: Azərbaycan dövləti öz sosial siyasətinin strateji prioritetlərinə sadiqdi
-
Siyasət
Yaponiya portalı ermənilərin Azərbaycan torpaqlarında törətdikləri dağıntılar barədə videoreportaj yayıb
-
Siyasət
Azərbaycan səfirliyinin məlumatı ABŞ mətbuatında geniş işıqlandırılıb
-
Siyasət
ABŞ Konqresmeni Xocalı qətliamı ilə bağlı bəyanatla çıxış edib
-
Siyasət
Meksikada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
-
Siyasət
Peru Konqresində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat qəbul edilib
-
Siyasət
İsveçdəki Azərbaycan diasporu Xocalı qurbanlarının xatirəsini anıb
-
Siyasət
Ülviyyə Ağayeva: Erməni silahlı dəstələrinin müharibədən, üçtərəfli bəyanat imzalandıqdan sonra Azərbaycan ərazisində nə işi vardı?
-
Siyasət
Parisdə Xocalı soyqırımı qurbanlarını xatirəsinə onlayn konsert təşkil olunub